Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Avstraliyada keçirilən “Multikultural Festivalda” Azərbaycan da təmsil olunub

Avstraliyada keçirilən “Multikultural Festivalda” Azərbaycan da təmsil olunub

17.05.2016 [10:05]

Avstraliyanın Milli Universitetində keçirilən “Multikultural Festival”da Azərbaycan da təmsil olunub.
Universitetdə təhsil alan əcnəbi tələbələr qonaqlara təmsil etdikləri ölkələrin mədəniyyəti barədə məlumat verərək, milli mətbəx nümunələrini təqdim ediblər.
Əllidən çox ölkənin təmsil olunduğu festivalda həmyerlilərimiz, universitetin tələbələri İlkin Əliyev və Nicat Hacıxanov ölkəmiz haqda məlumatları qonaqlara çatdırıblar. Bildirilib ki, yüksək tolerantlığı və müxtəlif xalqların mədəniyyətini özündə əks etdirən Azərbaycanda 2016-cı il Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilib.
Azərbaycanın Avstraliyadakı səfirliyinin dəstəyi ilə qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub və ölkəmiz haqda müxtəlif nəşrlər paylanıb.

Paylaş:
Baxılıb: 988 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30