“Vaqif” operası yeni quruluşda təqdim olunub
29.11.2016 [09:24]
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 108-ci mövsümündə baş tutan premyeraya maraq böyük olub
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, unudulmaz bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası teatrsevərlərin ixtiyarına verilib. Yeni quruluşda hazırlanan səhnə əsərinin nümayişi bəstəkarın 90 illik yubileyinə həsr olunub.
Məlumat üçün bildirək ki, “Vaqif” operası ilk dəfə 1960-cı il iyunun 23-də Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub. Səhnə əsəri iki il sonra Moskvada bəstəkarların ümumittifaq müsabiqəsində laureat adına layiq görülüb. Bəstəkar R.Mustafayev müxtəlif dövrlərdə operanı bir neçə dəfə redaktə edərək onu daha da təkmilləşdirib.
Tamaşanın quruluşunu hazırlayan Əməkdar incəsənət xadimi Hafiz Quliyevin sözlərinə görə, əsərə xələl gəlmədən tamaşada müəyyən yeniliklər edilib: “Bildiyiniz kimi, “Vaqif” operası Xalq şairi Səməd Vurğunun eyniadlı dramı əsasında yazılıb. Operanın libretto müəllifi Firudin Mehdiyevdir. Musiqi dramaturgiyasına toxunmamaq şərtilə, müəyyən texniki gedişlərlə ikipərdəli tamaşa qurduq”.
Vaqif obrazını isə Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Ramil Qasımov ifa edib. Solist bu obrazın onun üçün çox önəmli olduğunu bildirib: “Bu obrazı ifa etmək mənim üçün şərəfdir. Təbii ki, bunu gerçəkləşdirmək böyük əzmkarlıq, eyni zamanda, məsuliyyət tələb edir. Çalışacağam ki, bu etimadı Ramiz Mustafayev sənətini sevənlərin, eyni zamanda, klassik musiqiyə dəyər verən tamaşaçılar qarşısında doğruldum. Fürsətdən istifadə edib bütün yaradıcı və texniki heyətə uğurlar diləyirəm”.
Foyedə gül-çiçəklə sevimli aktyorların yolunu gözləyən tamaşaçıların sırasında tanınmış simaları da görmək olardı. Premyeraya həyat yoldaşı ilə təşrif buyuran tanınmış tarzən, Xalq artisti Zamiq Əliyev baş rolun ifaçısına yaradıcılıq uğurları arzulayıb: “İstedadlı ifaçımız Ramil Qasımovun çıxış edəcəyi “Vaqif” operasını izləməyə gəlmişik. Sevindirici və qürurverici andır ki, yaşca gənc olan Ramil tarixi bir obraza can verəcək. Düşünürəm ki, tamaşaçılar üçün də maraqlı keçəcək. İndidən deyə bilərəm ki, Ramilin digər rolları kimi, bu tamaşası da yadda qalan olacaq. Ona uğurlar arzu edirəm”.
Azərbaycanın Xalq artisti, görkəmli muğam ustası, professor Arif Babayev də tamaşanı izləməyə gələnlərin sırasında öz yerini almışdı. Tamaşa öncəsi sənətkarın da fikirlərini öyrəndik: “Bildiyiniz kimi, premyera görkəmli bəstəkar Ramiz Mustafayevin 90 illiyinə həsr olunub. Bu tamaşa yenidən teatrsevərləri bir araya topladı. Baş rolun ifaçısı Ramil Qasımovun üzərinə böyük missiya düşüb. Əminəm ki, çox peşəkarlıqla öhdəsindən gələcək”.
Görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimov da premyeranı izləyənlər sırasında idi: “Uzun illərdir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıram. Demək olar ki, bura mənim doğma evim-məbədgahımdır. Bir-birindən maraqlı premyeraların şahidi olmuşam. Əminəm ki, bugünkü sənət əsəri də tarixdə özünə yer qazanacaq. Tamaşada əməyi olan yaradıcı və texniki heyətə uğurlar arzu edirəm”.
Qeyd edək ki, tamaşaçılarla dolu olan zal uzun müddət ayaq üstə aktyorları alqışladı. Tamaşadan sonra izləyicilərin də fikirlərini öyrəndik. Onların sırasında Gülnar rolunun ifaçısı Səbinə Əhmədovanın anası da vardı. Sevinc gözyaşlarını saxlaya bilməyən Zöhrə Əhmədova qızı ilə qürur duyduğunu deyir: “Bir ana kimi bu gün çox sevincliyəm. Qızım Səbinəni səhnədə görmək mənə dünyalara bədəldir. İllərdir həvəslə öz üzərində çalışır. Nəhayət ki, bu gün bəhrəsini gördü. Və səhnədə alqışlara qərq oldu”.
Həmsöhbətim Elman Hüseynov da tamaşadan razı qaldığını deyir: “Vaxtım olduqca ailəmlə birlikdə tamaşaları izləməyə gəlirik. Zalda canlı orkestrin müşayiəti ilə səslənən musiqi, qurulan dekorasiya, rəqslər, aktyorların geyimləri, bir sözlə, zövq aldıq. Xüsusilə də Qacar rolunu ifa edən aktyora heyran qaldıq. Bir daha hər kəsi təbrik edirəm”.
Vurğulamaq yerinə düşər ki, rolları Xalq artisti Əli Əsgərov (Vəzir), əməkdar artistlər Ramil Qasımov (Vaqif), İlahə Əfəndiyeva (Xuraman), Əkrəm Poladov (Vidadi), Fərid Əliyev (Qacar), Cahangir Qurbanov (Eldar), gənc solistlər Taleh Yahyayev (İbrahim xan), Tural Ağasıyev (Əlibəy), Səbinə Əhmədova (Gülnar) və digərləri canlandırıblar. Yeni quruluşda təqdim olunan tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

