Müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş sərgi açılıb
29.12.2016 [09:52]
Dekabrın 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların sənət əsərlərindən ibarət rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgi müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunub. Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.
Vurğulanıb ki, sərgidə Azərbaycan Rəssamlar İttifaqı və Gənc Rəssamlar Birliyinin üzvü olan fırça ustalarının 100-dək sənət əsəri yer alıb. Sərgidə vətənpərvərlik və dövlətçilik mövzusunda olan əsərlərin məna və məzmun baxımından mükəmməlliyinə toxunan F.Xəlilov təqdim edilən hər bir işin özəlliyini xüsusi vurğulayıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, sərgi dövlət başçısının təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq təşkil olunub. Belə sərgilərin açılmasının məqsədi gənc nəsildə Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, onları milli ruhda tərbiyə etmək, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltməkdən ibrətdir. Sərgidə əsərləri nümayiş olunan fırça ustalarının gələn ilin yanvarında mükafatlandırılması nəzərdə tutulur.
Nazir müavini tədbir çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, tanınmış heykəltəraş-rəssam Arif Qazıyevi 80 illik yubileyi münasibətilə təbrik edib. Həmçinin tanınmış rəssamlar Kamal Əvəzov və Rafiq Abdullayevə “Fəxri mədəniyyət işçisi” döş nişanları təqdim olunub.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Üç gün davam edəcək sərgidə müstəqilliyimizin bərpasından bu günədək dövlətimizin qazandığı uğurların, torpaqlarımızın azadlığı uğurunda canlarından keçmiş Vətən övladlarının qəhrəmanlıqlarının əks olunduğu rəngkarlıq, qrafika, heykəltəraşlıq və plakat sənəti janrlarında rəsm əsərləri nümayiş etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

