20 Yanvar faciəsinin qurbanlarının xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
19.01.2017 [10:10]
Faciənin iyirmi yeddinci ildönümü ilə əlaqədar tamaşaların göstərilməsi, sərgi-tədbirlərin keçirilməsi, o cümlədən bədii və sənədli filmlərin nümayiş etdirilməsi planlaşdırılır
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsinin 27-ci ildönümü tamam olur. Məlum olduğu kimi, hər il ölkəmizdə, eləcə də ölkəmizin sərhədlərindən kənarda 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilir, bu faciədə şəhid olmuş qəhrəmanların xatirələri anılır. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” da təsdiq edilib. Məlumat üçün bildirək ki, sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.
Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs aparılacaq, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Bu məqamda qeyd edək ki, sözügedən sənədə uyğun olaraq bir sıra teatr və mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş geniş anım mərasimlərinin keçirilməsi planlaşdırılır. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə yanvarın 17-19-da nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrində Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş etdirilir.
Bununla yanaşı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yanvarın 20-də Hüseynbala Mirələmovun “Xəcalət” tamaşası təqdim olunacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, pyesdə müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurduğu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsirli boyalarla təsvir edə bilib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) isə yanvarın 20-də yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı nümayiş etdirəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyeva bildirib ki, tamaşanın süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub. Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar şəhidlərinə həsr olunmuş səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı isə Vladimir Neverovdur.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunacaq. Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 19-da baş tutacaq tədbirdə faciə zamanı ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi anılacaq, onların keçdiyi ömür və qəhrəmanlıq yolunu əks etdirən fotosərgi nümayiş etdiriləcək. Tədbir vətənpərvərlik ruhunda bəstələnmiş kompozisiyalardan ibarət konsert proqramı ilə davam edəcək.
Füzuli Dövlət Dram Teatrında isə artıq 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş “Tarixləşən yaddaşımız” adlı poetik xalq faciəsi orta təhsil məktəblərinə, idarə və müəssisə işçilərinə təqdim olunmağa başlayıb. Tamaşada 20 Yanvar şəhidləri İlham və Fərizə, Larisa, İlqar, Ülvi və digər faciə qurbanlarının obrazı canlandırılıb, onların şəhidlik tarixçəsi, keçdiyi həyat yolu, gələcək arzuları səhnələşdirilib.
O cümlədən paytaxtın bir çox muzey və sərgilərində də 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş anım tədbirləri planlaşdırılıb. Məsələn, yanvarın 19-da Bakı Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının birgə təşkilatçılığı ilə “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı uşaq rəsm sərgisi gerçəkləşəcək. Eyni zamanda, yanvarın 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “20 Yanvar - hüzn və milli qürur günü” adlı geniş kitab sərgisinin açılışı olacaq.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

