Görkəmli bəstəkar Qara Qarayevin xatirəsi anılıb
08.02.2017 [09:54]
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi Azərbaycan bəstəkarı, görkəmli alim, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti Qara Qarayevin anadan olmasının 99 illiyinə həsr edilən tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə musiqişünas Nərgiz Kərimova çıxış edərək dahi bəstəkarın yaradıcılığından söz açıb. Bildirib ki, Qara Qarayev ənənədən yaradıcı tərzdə bəhrələnərək musiqinin yeni formalarını yaradıb.
Qeyd edilib ki, Qara Qarayevin Azərbaycan mədəniyyətinə XX əsrin ortalarından başlayaraq musiqi dili ilə gətirdiyi yeniliklər onu dünya səviyyəsinə qaldıraraq bəşəriyyətin ən öndə gedən sənətkarları sırasına çıxartdı. Gənc yaşlarından istedadının gücünə güvənərək dünya səviyyəli bəstəkarlarla tərəfdaşlıq edən, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi dahilərdən dərs almış Qara Qarayev böyük bir musiqi məktəbi ənənəsinin əsasını qoyub.
Daha sonra tədbir konsert proqramı ilə davam edib. Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin və Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin birgə iştirakı ilə baş tutan konsertdə unudulmaz bəstəkarın əsərləri ilə yanaşı, Fikrət Əmirov, Vasif Adıgözəlov, Süleyman Ələsgərov, Nazim Əliverdibəyov, Hacı Xanməmmədov, İ.S.Bax və V.Montin musiqiləri səsləndirilib.
Konsertə təşrif buyuran Qara Qarayev sənətinin vurğunları tədbirdən olduqca razı qaldıqlarını vurğulayıblar. Qeyd olunub ki, Qara Qarayev görkəmli bəstəkar olmaqla yanaşı, həm də bənzərsiz pedaqoq idi. O, neçə-neçə istedadlı tələbə yetişdirərək Azərbaycan bəstəkarlıq məktəbinə böyük töhfələr verib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

