Əməkdar memar Rasim Əliyevin “Xatirələr” kitabının təqdimatı olub
08.04.2017 [12:18]
Aprelin 7-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Əliyevin müəllifi olduğu “Xatirələr” kitabının təqdimatı olub. Kitab Azərbaycan, rus və ingilis dillərində nəşr edilib.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rasim Əliyevin Azərbaycan mədəniyyətinə, memarlığına verdiyi dəyərli töhfələrdən danışıb. Bildirib ki, onun yaradıcılığı yaşadığı epoxanın portretidir.
Qeyd olunub ki, Rasim Əliyev haqqında danışarkən onun istedadlı memar, fırça ustası olması ilə yanaşı, böyük yaradıcılıq və şəhərsalma prosesinin təşkilatçısı kimi fəaliyyətini də vurğulamaq lazımdır. Bakının, eləcə də ölkəmizin bölgələrində yerləşən tarixi abidələrimizin bugünkü görkəmində məhz Rasim Əliyevin dəstxətti görünür.
Görkəmli ziyalı, akademik Həsən Əliyevin ailəsində dünyaya göz açan Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun və Naxçıvan Hava limanının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. O, 1965-ci ildə Bakının baş memarı təyin olunub və 23 il müddətində bu vəzifəni şərəflə, ləyaqətlə yerinə yetirib.
Görkəmli memarın böyük tələbə ordusu olduğunu söyləyən natiq deyib ki, Rasim Əliyev nəinki Azərbaycanda, xarici ölkələrdə də tanınır.
Nazir təqdimatı keçirilən kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, kitabın “Ön söz” müəllifi Anar yüksək poliqrafik şəkildə nəşr edilən nəşrin böyük bir ömrün salnaməsi olduğunu söyləyib. Bildirib ki, Rasim Əliyevin memarlıq və rəssamlıq əsərləri zəngin insanın sənət həyatını əks etdirir. Kitabda kamil bir Azərbaycan ziyalısını görürük.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Rasim Əliyevin hisslərlə yaşayan insan olduğunu deyib. Bildirib ki, bu səbəbdən də onun əsərləri belə gözəl və baxımlıdır. O, memarlığa, rəssamlığa vurğun insan olan Rasim Əliyevlə birgə həyata keçirdikləri layihələrdən də danışıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova Rasim Əliyevi müasir Azərbaycan memarlığının patriarxı kimi dəyərləndirib. Bildirib ki, o, uzun və şərəfli yaradıcılıq yolu keçib, XX əsrin ikinci yarısı Azərbaycan memarlıq tarixi onun adı ilə bağlıdır.
Qeyd olunub ki, geniş dünyagörüşə, dərin biliklərə sahib Rasim Əliyev memarlıq fəaliyyətini istiqamətləndirən şəxsiyyətlərdəndir.
Rektor Rasim Əliyevin əsərlərini təqdim etmək, həyat və yaradıcılığı barədə məlumat vermək baxımından kitabı yüksək qiymətləndirib.
Tədbir boyu kitabda yer alan xatirələr əsasında ekranlaşdırılan videoçarxlar nümayiş olunub. Həmçinin Azərbaycan və xarici musiqilər səsləndirilib.
Sonra çıxış edən Rasim Əliyev öz həyatında, yaradıcılığında Ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd edib. Memar, Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya memarlıq sahəsinə göstərdikləri böyük diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib.
Müəllif kitabı atası Həsən Əliyev, anası Zərqələm Əliyeva və əmisi Heydər Əliyevin işıqlı xatirəsinə ithaf etdiyini söyləyib.
Rasim Əliyev kitabın yazılmasında əməyi keçənlərə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

