Azərbaycan UNESCO Proqramının Beynəlxalq Koordinasiya Şurasının konfransında təmsil olunub
13.06.2017 [09:56]
UNESCO-nun “İnsan və biosfera” Proqramı (MAB) Beynəlxalq Koordinasiya Şurasının 29-cu sessiyası Parisdə, qurumun baş qərargahında işə başlayıb.
Ölkəmizi tədbirdə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov təmsil edirlər.
Konfransda “İnsan və biosfera” proqramı katibinin, üzv dövlətlərin fəaliyyətinə, regional və tematik MAB şəbəkələrə dair hesabatlar, eləcə də dövri icmal hesabatlar dinləniləcək.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov ölkəmizin UNESCO ilə elm sahəsində, xüsusilə də “İnsan və biosfera” proqramı vasitəsilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, iqlim dəyişikliyinin Planetimizə mənfi təsirlərinə toxunaraq, bioloji müxtəlifliyin və təbii ehtiyatların qorunub saxlanması və davamlı istifadəsini təmin etməyin vacibliyini bildirib. Səfir bioloji müxtəlifliyin qorunub saxlanması və müvafiq davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində konkret nəticələr əldə olunmasında MAB-ın əhəmiyyətindən söz açıb.
Anar Kərimov bioloji müxtəlifliyin qorunub saxlanmasının hökumətimizin əsas prioritetlərindən olduğunu vurğulayıb, bu istiqamətdə ölkəmizdə görülən ən son fəaliyyətlərdən danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2016-cı il oktyabrın 3-də “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”nın qəbul olunduğunu diqqətə çatdırıb.
Səfir Milli Strategiyanın əsas məqsədləri arasında bioloji müxtəlifliyin gələcək nəsillər üçün qorunub saxlanmasının, yoxsulluğun aradan qaldırılmasının, “Yaşıl iqtisadiyyat”a keçidin, ətraf mühitə dair təhsilin təşviqinin olduğunu da bildirib. Vurğulayıb ki, Milli Strategiya MAB Strategiyası (2015-2025) və Lima Fəaliyyət Planı (2016-2025) ilə uyğundur. O, MAB Proqramı Beynəlxalq Koordinasiya Şurasına üzv olan ölkəmizin bioloji müxtəlifliyin qorunub saxlanması sahəsində beynəlxalq əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.
Dövlət İdarəçilik Akademiyasının rektoru, MAB üzrə Azərbaycan Milli Komitəsinin sədri Urxan Ələkbərov bioloji müxtəlifliyi qorumaq və davamlı inkişaf hədəflərinə nail olmaq üçün insan bacarıqlarının artırılmasının əhəmiyyətinə toxunub. Qeyd edib ki, ölkəmizdə davamlı inkişafın idarə edilməsi ixtisasının tədrisi ilk dəfə milli təhsil proqramına daxil edilib. Bu istiqamətdə bakalavr, magistr və doktorluq səviyyəsində təhsil təmin edilib. Dünya Bankının statistikasına görə, Azərbaycanda ümumi daxili məhsulun istehsalında enerjinin istifadə edilməsi son 10 ildə üç dəfə azalıb. Bu postsovet ölkələri arasında ən yaxşı, G7 ölkələri arasında isə yaxşı göstəricilərdən biri olub.
Qeyd edək ki, UNESCO-nun “İnsan və biosfera” Proqramı dünyada bioloji müxtəlifliyin qorunub saxlanması istiqamətində dövlətlərarası elmi proqramdır və beynəlxalq səviyyədə insan-təbiət münasibətlərinin təkmilləşdirilməsi məqsədilə yaradılıb və bu sahədə beynəlxalq əməkdaşlığı əlaqələndirir.
Azərbaycan 2015-ci ildə UNESCO-nun baş konfransında MAB Proqramının Beynəlxalq Koordinasiya Şurasına 4 il müddətinə seçilib.
UNESCO-nun “İnsan və biosfera” Proqramı Beynəlxalq Koordinasiya Şurasının 29-cu sessiyası iyunun 15-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

