UNESCO-nun Baş direktoru “Xoşməramlı səfirlər” miniatür kitabını yüksək qiymətləndirib
19.07.2017 [09:00]
Mən sizə UNESCO-nun xoşməramlı səfirləri haqqında miniatür kitabların çap olunması kimi müstəsna təşəbbüsünüzə görə ən səmimi təşəkkürlərimi bildirirəm. Fürsətdən istifadə edərək, IV Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya son səfərim zamanı bu nadir miniatür nəşrin nüsxəsini mənə təqdim etdiyinizə görə də sizə çox böyük minnətdarlığımı bildirmək istəyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri UNESCO-nun Baş direktoru İrina Bokova Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahovaya “Xoşməramlı səfirlər” (“Goodwill Ambassadors”) kitabı ilə əlaqədar göndərdiyi məktubunda yazıb.
UNESCO-nun Baş direktorunun məktubunda deyilir ki, fəxri və xoşməramlı səfirlərin həyata keçirdikləri mühüm işlərin təbliğində “Xoşməramlı səfirlər” miniatür kitabının müstəsna əhəmiyyəti var.
İrina Bokovanın məktubu ilə bağlı fikirlərini bölüşən Zərifə Salahova deyir: “Mən “Xoşməramlı səfirlər” kitabını IV Bakı Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən tədbirdə UNESCO-nun Baş direktoruna təqdim etdim. Dedim ki, bu miniatür kitab UNESCO-nun yarandığı gündən elan olunmuş xoşməramlı səfirlərdən bəhs edir. Kitabda 68 xoşməramlı səfir, həmçinin 2004-cü ildən UNESCO-nun ən fəal xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında qiymətli məlumatlar yer alıb. Bizim növbəti miniatür kitabımız xanım Bokovanın çox xoşuna gəldi”.
“Xoşməramlı səfirlər” kitabının məziyyətlərindən danışan Zərifə Salahova bildirib ki, nəşrin yaranması ideyasını birinci olaraq Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə dəstəkləyib. Miniatür kitabın ərsəyə gəlməsində Katibliyin əməkdaşlarının mühüm rolu olub. Buna görə Dilarə xanıma və onun komandasına minnətdarlığımı bildirirəm.
Ölçüləri 50x60 millimetr olan bu nəşr ingilis dilində Miniatür Kitab Muzeyi tərəfindən “İndigo” mətbəəsində 100 nüsxə tirajla çap edilib. Kitabın forzasında UNESCO-nun loqosu yer alıb. Kitab 376 səhifədən ibarətdir. Nəşrə 68 portret və 52 rəngli Dünya İrsi Abidələrinin fotoları daxil edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

