Qürurunu Şah dağlardan alıb...
31.07.2009 [10:00]
Tanınmış publisist, dramaturq və kinorejissor Əmir Pəhləvan bu günlərdə ömrünün əllinci ilini geridə qoydu. Yaradıcılığına Pəhləvan təxəllüsü ilə başlayan Əmir Hacıyev 1959-cu il iyulun 29-da Şahbuz rayonunun Mahmudoba kəndində dünyaya göz açıb. Ali təhsilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində alıb.
Bu gün Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət edən hər kəs, istər yazıçılar, istərsə də kinossenaristlər onu özlərinə doğma biri sayırlar. Ə.Pəhləvan həm də ölkənin ictimai-siyasi həyatında öz rolu olan qələm sahiblərinə-jurnalistlərə çox doğmadır. Vaxtilə “Bakı”, “Baku” axşam qəzetlərində, “Azərbaycan müəllimi” qəzetində müxbir kimi çalışıb. 1990-cı ildə ümumittifaq Teatr Yaradıcılıq İstehsalat Birliyinin köməyi ilə “İlham” adlı mədəniyyət qəzeti təsis edib. Baş redaktor kimi çapa imzaladığı “İlham” qəzetinin müasir mətbuat tarixində öz yeri var. Bundan başqa, yubilyar Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında “Gəncliyin səsi” proqramının yaradıcısı hesab olunur.
“Mənim dilim
Anam Odlar yurdu kimi,
Alovları dilim - dilim!...
... Qürurunu
Şah dağlardan alıb bu dil!
Mənim dilim - ən uludur,
Ulu Türkün özü kimi”.
Əmir Pəhləvanın yazıçı və kino xadimi kimi xidmətlərinə gəldikdə, o, 1995-ci ildə “Step LTD” kino şirkətini yaradıb. ümumilikdə, şirkətdə 10-dan artıq bədii və sənədli film istehsal olunub. Şirkətin xətti ilə çəkilən “Fransız”, “Qarabağ şikəstəsi”, “Spasibo”, “Qız qalası” bədii filmlərinin böyük uğur qazanmasında ssenari müəllifi kimi onun böyük xidməti var. Əmir Pəhləvan həm də “Bakı nefti və Nobellər”, “Göyçay yəhudiləri”, “Doqquzuncu oğuz- uyğurlar”, “Kurqanlar” və başqa sənədli filmlərin ssenari müəllifi və rejissorudur.
Hələ 1998-ci ildə kinorejissorun “Spasibo” filmi Hollivudda sənədli filmlər festivalında mükafata layiq görülüb. Los-Ancelesin 18 televiziya kanalı ilə nümayiş olunub. 2001-ci ildə Fransada təşkil olunan “üç qitə” festivalında “Bakı nefti və Nobellər” üçhissəli sənədli filmi isə iki medala layiq görülüb. “Hollivud” Beynəlxalq Kino Assosiasiyasının üzvü olan Ə.Pəhləvan Azərbaycan teatr tarixində özünəməxsus yeri olan gözəl səhnə əsərlərinin də müəllifidir. Belə ki, onun “İnsan və İblis” dram əsəri Bələdiyyə Teatrında səhnə ömrünü yaşayır. Musiqili Komediya Teatrında isə müəllifin librettosu əsasında “Buna da şükür” tamaşası ərsəyə gətirilib. 20-yə yaxın kitabın müəllifi olan yubilyarın nəşrləri nəinki döğma vətəndə, Türkiyə, ABŞ və Almaniyada da nəşr olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20

