İctimai xadim və qayğıkeş Ana
08.08.2009 [15:45]
Dünya tibb elminin inkişaf və intibah dövrü kimi dəyərləndirilən XX əsr bir daha sübut etdi ki, insan cəmiyyətini səhiyyənin uğurlarından kənarda düşünmək qeyri-mümkündür. Təbii ki, bunlar təbabətin elmi təfəkkürünün daşıyıcıları olan hər bir insanın taleyini öz taleyi kimi yaşamağı bacaran tibb alimlərinin gərgin əməyi, intkellektual səviyyəsi, gözəl insani keyfiyyətləri sayəsində mümkün olub. Belə qayğıkeş alimlərdən biri dünya oftalmologiya elminin unikal tədqiqatçısı, Azərbaycan oftalmologiya məktəbinin banisi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Zərifə xanım Əliyevadır.
Deyirlər atasına bənzəyən qız xoşbəxt olur. O da atasına bənzəyirdi-zahirən də, xarakteri ilə də. Şəxsi həyatında xoşbəxt olduğu kimi, ictimai fəaliyyəti ilə də özünə xoşbəxtlik-ölməzlik qazandı. Neçə-neçə insanın gözünə nur verdiyi kimi, təkcə Azərbaycan deyil, dünya tibb elminə töhfəsini verməyi də bacardı. Fədakar həyat yoldaşı, qayğıkeş Ana obrazını dünyanın yaddaşına həkk etməklə yanaşı, ictimai xadim kimi Şərq qadınının elmdə və cəmiyyətdə rolunu və yerini müəyyənləşdirdi. Azərbaycanlı alim, xalqımızın fədakar qızı, akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə həsr edilmiş “Akademik Zərifə xanım Əliyeva və milli oftalmologiyamız” kitabında məhz bu barədə söhbət açılır, oxucuya ətraflı məlumat verilir.
“Parni iz Baku” nəşriyyatının məhsulu olan kitabın müəllifi Türk Dünyası Araşdırmaları Dövlətlərarası Elmlər Akademiyasının akademiki Kərəm Kərimovdur. Kitabda Zərifə xanım Əliyevanın dünya və Azərbaycan tibb elminə verdiyi töhfələrdən geniş söhbət açan müəllif Rusiya Keyfiyyət Problemləri və Nyu-York akademiyalarının, Avropa Oftalmoloqlar Assosiasiyasının və Amerika Biabetoloqlar Cəmiyyətinin üzvüdür. Türkdilli Dövlətlər Oftalmoloqlar Assosiasiyasının Azərbaycan və Orta Asiya üzrə həmsədri olan Kərəm Kərimov həm də akademik Zərifə xanım Əliyevanın yetirməsidir. 280-dən artıq məqalənin, 6 monoqrafiyanın, 30 metodik tövsiyənin, 2 ixtiranın müəllifi olan K.Kərimov 2000-2002-ci ildə Azərbaycan Eksimer və fako lazer mərkəzlərini yaradaraq onlara rəhbərlik edir.
Kitabın müəllifi professor K.Kərimov bu mübariz qadının keçdiyi şərəfli ömür yolunu qələmə alaraq onun mənalı həyatının mərhələlərini oxuculara məharətlə çatdırır. Professor bir oftalmoloq kimi yetişməsində böyük rol oynayan akademik Zərifə xanım Əliyevanın xatirəsini minnətdarlıqla anaraq, oftalmologiya sahəsində və ictimai-siyasi həyatda əvəzolunmaz xidmətlər göstərmiş akademikin həyat yaşantıları, elmi nailiyyətləri haqqında geniş məlumat verir.
Kitaba, eyni zamanda, Azərbaycan və Rusiyanın tibb alimlərinin, görkəmli şəxsiyyətlərinin fikirləri və xatirələri də toplanıb. Onların arasında Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı A.Nesterovun xatirələri böyük maraq doğurur: “Zərifə xanım əhali arasında tibbi biliklərin təbliğ olunmasında kütləvi informasiya vasitələrinin gördüyü işi yüksək qiymətləndirirdi. Bununla yanaşı, jurnalistin təkbaşına mübahisəli və səhiyyənin mürəkkəb problemlərinin həllini öz üzərinə götürməsini düzgün hesab etmirdi. Jurnalist faktları şərh etməli və hər iki tərəfin fikirlərini əks etdirməli, eyni zamanda, həkim kimi son qərar çıxarmağa tələsməməlidir”.
Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun göz kafedrasının müdiri əməkdar elm xadimi, professor Nina Şulpinanın fikirləri də bu cəhətdən maraq doğurur: “Obyektivlik naminə qeyd etmək lazımdır ki, Zərifə Əziz qızı elmi tədqiqatların rəhbəri, alim-pedaqoq, həkim, ictimai xadim kimi öz missiyasını yüksək səviyyədə yerinə yetirməklə yanaşı, həm də gözəl ana və həyat yoldaşı idi. O, bütün varlığı ilə həyat yoldaşının, uşaqlarının, daha sonra isə nəvələrinin qayğıları ilə yaşayırdı”.
Qeyd edək ki, nəfis tərtibatla nəşr edilən kitaba Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı ömər Eldarov rəy verib. Redaktorlar isə publisist Amalya Bayramova və yazıçı-jurnalist Şövkət Hüseynovadır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20

