/ / Zirə Mədəniyyət Mərkəzində “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi açılıb
Zirə Mədəniyyət Mərkəzində “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi açılıb
22.11.2017 [09:52]
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 21-də Zirə Mədəniyyət Mərkəzində “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Yer Kürəsi insanları öz ağuşuna alır, onları bəsləyir, yaşamaları üçün özünün malik olduğu sərvətlərdən faydalanmasına imkan yaradır. Uzun əsrlərdən bəri bu sərvətlərdən faydalanan insanlar da onun qayğısına qalırlar. “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərginin təşkili də bu amala xidmət edir.
Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na əsasən təşkil olunan sərginin məqsədi gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu mövzuda maarifləndirilməsi, yaradıcılıq potensiallarının dəstəklənməsi və sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və nazir Azad Rəhimov sərgidə 14-29 yaşlı gənclərin əl işlərinə baxıblar.
Məlumat verilib ki, burada sənətin müxtəlif növləri, o cümlədən monumental rəngkarlıq, dəzgah rəngkarlığı, ebru sənəti və digər üslublarda hazırlanan əsərlər nümayiş etdirilir.
Sonra tədbir iştirakçıları Zirə Mədəniyyət Mərkəzindəki “Art studiya” ilə tanış olublar.
Mərkəz uşaqların rəssamlığın incəliklərini öyrənmələri üçün hər cür şərait və dərs vəsaiti ilə təchiz edilib. Burada, həmçinin gənc rəssamların ekoloji mövzuda çəkdikləri rəsmlər sərgilənir.
Leyla Əliyeva gənc aktyorların iştirakı ilə ekoloji mövzuya həsr olunan pantomim tamaşaya da baxıb.
Sonda fərqlənən tələbələr mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

