/ / Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun Baş direktoru ilə görüşüb
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun Baş direktoru ilə görüşüb
19.11.2019 [10:14]
Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində quruma üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumu keçirilir.
Forum çərçivəsində Azərbaycan Mədəniyyət naziri Əbülfəs Qarayev İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-İSESKO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Nazir Əbülfəs Qarayev təşkilatın Baş direktorunu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib. Görüşün İSESKO-nun Baş direktoru vəzifəsinə təyin edildikdən sonra ilk görüş olduğunu bildirərək, belə görüşlərin davamlı olacağına inandığını qeyd edib.
Nazir ötən dövr ərzində Azərbaycan-İSESKO əlaqələrinin inkişafı barədə qısa məlumat verərək diqqətə çatdırıb ki, bu əməkdaşlığın inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və şəxsən Prezident İlham Əliyevin böyük töhfələri olubdur. Azərbaycan İSESKO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirmiş, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam Mədəniyyətinin Paytaxtı seçilmiş, 2009-cu ildə Bakıda İslam ölkələrinin Mədəniyyət Nazirlərinin Toplantısı, 2015-ci ildə İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclası keçirilmişdir.
İSESKO ölkə başçısının qlobal təşəbbüsü olan və hazırda BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”nin əsas tərəfdaşlarındandır və bu təşəbbüs çərçivəsində 2011-ci ildən təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında rəsmi tərəfdaş qismində iştirak edibdir.
Azərbaycan-İSESKO əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanaraq, yeni mərhələdə də bu əlaqələrin davamlı olaraq inkişaf edəcəyinə əminlik ifadə edilib.
İSESKO-nun Baş direktoru nazir Əbülfəs Qarayevə təşəkkür edərək, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və özündə yeni elementləri ehtiva edəcəyinə əmin olduğunu bildirib. Əlaqələrin inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirib. O, həmçinin İSESKO-da aparılan islahatlar və bir çox layihələr barədə məlumat verib. Qeyd edib ki, bu gün İSESKO və UNESKO arasında 5 layihənin həyata keçirilməsi ilə bağlı sənəd imzalanacaqdır. Bu layihələrin həyata keçirilməsi ilə bağlı digər beynəlxalq qurumlarla da iş aparılır.
Əbülfəs Qarayev İSESKO-da aparılan islahatları təqdir etdiyini bildirib. Nazir Bakı şəhərinin UNESKO tərəfindən “Yaradıcı şəhər” elan edilməsi barədə məlumat verərək, gələcəkdə İSESKO çərçivəsində də bənzər layihələrin həyata keçirilə biləcəyini qeyd edib. O, həmçinin İSESKO çərçivəsində irsin qorunması ilə bağlı layihə həyata keçirilə biləcəyini və bu layihə vasitəsilə İslam dünyasında mədəni irsin qorunmasına töhfə verilə biləcəyini diqqətə çatdırıb.
Nazir İSESKO Baş direktorunu Azərbaycana səfər etməyə dəvət edib və dəvət məmnuniyyətlə qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43

