Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Rusiya Dövlət Akademik Böyük Teatrının ulduzları “Qu gölü” tamaşasında iştirak edəcəklər

Rusiya Dövlət Akademik Böyük Teatrının ulduzları “Qu gölü” tamaşasında iştirak edəcəklər

17.01.2020 [12:25]

Fevralın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaçıların çox sevdiyi və hər zaman böyük maraqla qarşıladıqları Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcəkdir.
Opera və Balet Teatrının rəhbərliyi bu tamaşada baş rolları ifa etmək üçün rus baletinin ulduzları - Rusiya Dövlət Akademik Böyük Teatrının prima-balerinası, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Kristina Kretova (Odetta-Odilliya) və Sankt-Peterburqun Mariinski adına Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti, həmyerlimiz Timur Əsgərovu (Şahzadə Ziqfrid) dəvət edib.
Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrı balet truppasının aparıcı solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Elmira Süleymanova, Cəmilə Kərimova, solistlər Timur Oduşev, Ayan Eyvazova, Yuliya Ferştandt və b. çıxış edəcəklər.
Tamaşanı Teatrın baş dirijoru, Respublikanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Paylaş:
Baxılıb: 792 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30