Moskvada böyük Müslüm Maqomayevin abidəsinin təməl daşının qoyulması mərasimi keçirilib
04.02.2010 [10:05]
Moskva Hökumətinin tapşırığı ilə mərasimdə çıxış edən paytaxt merinin birinci müavini Lyudmila Şvetsova insanların böyük əksəriyyətinin fikirlərini ifadə edərək bildirib ki, böyük Maqomayevin xatirəsi əbədidir, çünki ürəklərimizdə onun obrazı yaşayır, yalnız gözəl əhval-ruhiyyə doğuran nəğmələri səslənir: “O, doğma Azərbaycan torpağında dəfn olunmuşdur. Ancaq Moskva torpağında da elə bir yer olmalıdır ki, onun çoxsaylı qədirbilən pərəstişkarları, doğma və yaxınları gəlib öz hisslərini izhar edib, böyük müğənninin xatirəsini ana bilsinlər”.
RF Dövlət Duması sədrinin müavini Lyubov Sliska deyib: “Bu, Müslüm Maqomayev yaradıcılığının pərəstişkarlarının, onun dostlarının və yaxınlarının həyatında olduqca əhəmiyyətli bir gündür. Müğənninin həyatımıza gətirdiyi mahnılar təkcə Sovetlər İttifaqını deyil, həm də konsert verdiyi bütün ölkələri fəth edib. Maqomayevin öz yaradıcılığı ilə nail olduğu bu birlik həyatda heç də hər kəsə müyəssər olmur. Abidələr susur, Müslüm Maqomayevin nəğmələri isə hələ uzun illər bizimlə olacaq”.
Mərasimdə Müslüm Maqomayevin xanımı, SSRİ xalq artisti Tamara Sinyavskaya, Moskvanın Mədəniyyət departamentinin rəhbəri Sergey Xudyakov, Moskva Şəhər Dumasının komissiya sədri Yevgeni Gerasimov, böyük opera müğənnisi Yelena Obraztsova, Maqomayevin yaxın dostu, “Krokus-İnternəşnl” şirkətlər qrupunun prezidenti Araz Ağalarov, televiziya aparıcısı Svyatoslav Belza, üAK-ın prezidenti Məmməd Əliyev, Azərbaycan diasporunun, yaradıcı ziyalıların nümayəndələri və paytaxt sakinləri iştirak ediblər.
Təməlqoyma mərasimində çıxış edənlər xüsusi vurğulayıblar ki, Müslüm Maqomayevin abidəsi nəinki onun yaradıcılığını əbədiləşdirəcək, həm də Rusiya və Azərbaycan xalqları arasında dostluğun rəmzinə çevriləcək.
Rəsmi mərasimdən sonra böyük həmvətənimiz Müslüm Maqomayevin gələcək abidəsinin təməl daşına güllər qoyulub.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22

