/ / Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi AZƏRTAC-ın bir qrup əməkdaşını mükafatlandırıb
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi AZƏRTAC-ın bir qrup əməkdaşını mükafatlandırıb
05.03.2020 [09:19]
Cəmilə Səttarova: Sizinlə birgə keçdiyimiz yollar seçimimizin düzgün olduğundan xəbər verir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 100 illik yubileyi münasibətilə martın 4-də agentliyin kollektivi ilə görüşüb, təmsil etdiyi qurumun adından təbriklərini çatdırıb.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov həmkarlar ittifaqlarının cəmiyyət həyatındakı önəmli rolundan danışaraq qeyd edib ki, 100 yaşlı agentliklə Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi arasında işgüzar əlaqələr və xoş münasibətlər mövcuddur. Mədəniyyət sahəsində çalışan hər bir işçi öz həyatında komitənin diqqət və qayğısını hiss edir. Bu baxımdan Cəmilə Səttarovanın xidmətlərini yüksək qiymətləndirən İdarə Heyətinin sədri deyib: “Siz böyük təşkilatçılıq bacarığınız və zəngin təcrübəniz, insanlara həssas münasibətiniz sayəsində uzun illərdir bu gərəkli işin və məsul vəzifənin öhdəsindən məharətlə gəlirsiniz. Minlərlə işçinin sağlamlığı, istirahəti və digər həyati problemləri ilə bağlı məsələlərin həllinə həmişə diqqətlə yanaşırsınız. Bu qayğıdan AZƏRTAC-ın kollektivinə də pay düşür və buna görə sizə minnətdarıq”.
Görüşdə Azərbaycanın son illərdə qazandığı böyük uğurlara nəzər salınıb, dünyaya öz brendlərini və inkişaf modellərini təqdim etdiyi diqqətə çatdırılıb. Bütün bu uğurların Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb.
Agentliyin ötən 100 ildə keçdiyi inkişaf yolundan danışan Aslan Aslanov Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı, Prezident İlham Əliyevin KİV-ə hərtərəfli dəstəyi sayəsində AZƏRTAC-ın dünya informasiya məkanında layiqli yer tutduğunu, əməkdaşların iş və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atıldığını vurğulayıb. Qeyd olunub ki, bu gün 8 dildə informasiya yayan agentlik ölkəmizin dinamik inkişafı barədə xəbərləri, Azərbaycan həqiqətlərini, o cümlədən mədəniyyət sahəsində qazanılan nailiyyətləri dünyaya çatdırır.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova yubiley münasibətilə AZƏRTAC-ın kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rəsmi dövlət informasiyasının əsas mənbəyi olan AZƏRTAC-ın ölkədə obyektiv və peşəkar xəbər təminatı sahəsində ön sıralarda getdiyini vurğulayan Cəmilə Səttarova təmsil etdiyi qurumun fəaliyyətinin hərtərəfli işıqlandırılmasına görə minnətdarlığını bildirib.
“Yüz il çox böyük bir yoldur, çox böyük tarixdir. Qürur hissi ilə deyə bilərəm ki, AZƏRTAC bir əsrlik yolu şərəflə keçib, tariximizin bu dövrünün salnaməsini yazıb. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı 115 il əvvəl yaradılıb. Komitəmizin tarixi həmin vaxtdan başlanır. Fəaliyyətimizin işıqlandırılmasında AZƏRTAC-ın hər zaman böyük rolu olub. Bu gün jurnalistlərdən təkcə peşəkarlıq deyil, eyni zamanda, yüksək intellektual səviyyə tələb edilir. Dünyada gedən proseslərdən baş çıxarmaq, ilk növbədə, Azərbaycanın dövlətçilik maraqlarından, milli mənafelərdən çıxış etmək vacibdir. Bu baxımdan agentliyinizə müasir dövrümüzdə daha çox ehtiyac duyulur. Əminəm ki, informasiya-kommunikasiya texnologiyaları nə qədər dəyişsə də, müstəqil Azərbaycan dövlətinin əsas informasiya ruporu olan AZƏRTAC daim yaşayacaq. Birgə keçdiyimiz yollar ondan xəbər verir ki, seçimimiz düzgündür. Hər zaman AZƏRTAC-ın dəstəyini görürük. Onun imzası ilə buraxılan hər bir informasiya dürüstlüyü və obyektivliyi ilə seçilir. İnsanlar sizə inanır və etibar edirlər. Hesab edirəm ki, bu amil kollektivinizin əsas uğur göstəricisidir”.
Görüşdə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova xatirə hədiyyəsi təqdim olunub, bir qrup əməkdaş Fəxri fərmanlarla mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16

