Muzeylər ziyarətçiləri qəbul edir
18.09.2020 [09:07]
Vətəndaşların asudə vaxtlarının daha səmərəli təşkil olunması üçün fəaliyyətini davam etdirən muzeylərdə sanitar-gigiyena qaydalarının tələblərinə uyğun bütün şərait yaradılıb
Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində görülən məqsədyönlü tədbirlər nəticəsində epidemioloji vəziyyət nəzarət altındadır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər aradan qaldırılıb, o cümlədən muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub. Mədəniyyət Nazirliyindən qəzetimizə bildirilib ki, vətəndaşların asudə vaxtlarının daha səmərəli təşkil olunması üçün muzeylərdə sanitar-gigiyena qaydalarının tələblərinə uyğun bütün şərait yaradılıb. Belə ki, muzeylərin girişində ziyarətçilərin hərarəti ölçülür, onlara maska, əlcək, dezinfeksiyaedici məhlul təqdim olunur. Həmçinin muzey daxilində sosial məsafənin qorunması barədə xəbərdaredici lövhələr asılıb. Gün ərzində müvafiq qrafik üzrə muzeylərdə təmizlik-dezinfeksiya işləri həyata keçirilir.
Bununla yanaşı, muzeylərdə sanitar-gigiyenik qaydaların həyata keçirilməsinə nəzarət edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Səməd Vurğunun ev-muzeyi və digər muzeylərə baxış keçirilib, yerində təhlillər aparılıb və müvafiq tövsiyələr verilib.Beləliklə, sentyabrın 2-dən həftənin çərşənbə axşamı-cümə günləri muzeylər ziyarətçiləri qəbul etməyə başlayıb.
Qeyd edək ki, muzeylərə virtual səyahət etmək imkanı yaradan museum.az saytı öz fəaliyyətini davam etdirir. Məsələn, “İçərişəhər” Muzey Mərkəzi sentyabr ayının 1-dən etibarən muzeylərə ziyarəti açıq elan edib. Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası, Bəylər məscidi, Sıratağlı Dini Memarlıq Kompleksi və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ziyarətçilərin yolunu gözləyir! Muzeylərə beş nəfərədək qruplar buraxılacaq. Tibbi maskalardan istifadə mütləqdir.
Həmçinin Azərbaycan Milli Xalça Muzeyi sentyabrın 2-dən fəaliyyətini bərpa edib. Muzey həftə içi çərşənbə axşamı-cümə günləri, saat 10.00-dan 19.00-dək açıq olacaq. Muzeyin fəaliyyəti mövcud qaydalara, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılır. Şənbə-bazar günləri dezinfeksiya işləri ilə əlaqədar muzey ictimaiyyət üçün bağlı olacaq.Muzey həmişə olduğu kimi, balaca dostlarını da sevindirməyə davam edir. Belə ki, həftənin çərşənbə günləri muzeyin “Qarabağ” otağında uşaqlar üçün oxu saatı təşkil olunur, onlar üçün maraqlı nağıllar oxunur.Eləcə də cümə axşamı günü müxtəlif tamaşalar göstərilir. Muzeyin balaca dostları kilimarası “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Tıq-tıq xanım”, “Cırtdan”, “Məlikməmmədin nağılı” tamaşalarına, surdo tərcümə ilə müşayiət olunan “Cırtdan” kölgə teatrına baxmaq şansı əldə edirlər. Hər həftənin cümə günü isə Milli Xalça Muzeyində tanınmış mütəxəssislərin ayrı-ayrı mövzulara həsr olunmuş maraqlı mühazirələri dinlənilir.
Qobustan Milli Tarix-Bədii Qoruğu da fəaliyyətini bərpa edib
Öz növbəsində, avqustun 31-dən Qobustan Milli Tarix-Bədii Qoruğu fəaliyyətini bərpa edib. Qoruğun fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydaları və metodiki göstərişlərinə, sanitariya normalarına uyğun təşkil olunub. Bu məqsədlə muzeyin girişində və zallarında COVID-19 infeksiyasından qorunmaq üçün məlumatlandırıcı lövhələr asılıb, sosial məsafənin qorunması məqsədilə nişanlanma aparılıb. Bundan başqa, qoruq əməkdaşları tərəfindən muzeyə daxil olan hər bir ziyarətçinin hərarəti ölçülür, əllərinin dezinfeksiyası üçün vasitələr təqdim olunur. Qoruq ərazisinə daxil olarkən tibbi maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə Qobustan Milli Tarix-Bədii Qoruğu fəaliyyətini onlayn surətdə davam etdirərək izləyicilərə virtual xidmətlər göstərib. Hazırda Qobustan Milli Tarix-Bədii Qoruğu öz normal iş rejimini bərpa etməklə yanaşı, onlayn fəaliyyətini daha da genişləndirməyi və bu istiqamətdə izləyicilərə yeni layihələr təqdim etməyi planlaşdırır.Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək, bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaq istəyirsinizsə, Qobustan Milli Tarix-Bədii Qoruğu qədim tarixi, ecazkar qayaüstü təsvirləri və füsunkar təbiəti ilə yolunuzu gözləyir.
“YARAT” da ziyarətçiləri qəbul etməyə hazırdır
Bundan başqa, “YARAT” Müasir İncəsnət Məkanının “Artım” layihə məkanı hər kəsi yenidən qarşılamağa hazırdır. Sözügedən məkanda rəssam Elturan Məmmədovun “Müvafiq tədbirlər” adlı fərdi sərgisi ilə həftənin II, III, IV və V-ci günləri, 12:00-dan 20:00-dək tanış olmaq mümkündür. Sərginin müddəti oktyabrın 2-nə qədər uzadılıb. Ziyarətçilər, həmçinin tanınmış rəssam Fərid Rəsulovun “Qurban olum” sərgisi ilə tanış ola bilərlər. Sərgiyə yeni hazırlanmış heykəllər, rəsm əsərləri və film daxildir. Daha əvvəl Azərbaycanı 53-cü və 55-ci Venesiya Biennalesində - Beynəlxalq İncəsənət Sərgisində təmsil edən Fərid Rəsulov həm Azərbaycan, həm də daha geniş Şərq ənənələrinə həsr olunmuş əsərləri ilə məşhurdur. O, rəssamlıq, instalyasiya, animasiya, heykəltəraşlıq və 3D qrafikası da daxil olmaqla müxtəlif vasitələrlə işləyir və əsrlər boyu dəyişməyən bu ənənələrə xas olan idealların doğruluğunu əks etdirən xalq sənətkarlığı və mərasimlərindən ilham alır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

