"Koroğlunun Çənlibelə qayıdışı"...
08.06.2010 [14:27]
Bu günlərdə filologiya elmləri doktoru, professor Adil Babayevin “Koroğlunun çənlibelə qayıdışı” adlı nəfis tərtibatlı kitabı işıq üzü görüb. Kitabda yer alan eyniadlı pyes Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq uğrunda mübarizəsinə həsr olunub.
Nəşrdə, həmçinin, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, NDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sevindik Vəliyev, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, habelə, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Əbülfəz Quliyev və filologiya elmləri namizədi Firudun Rzayevin əsər və əsərin səhnə həlli haqqında fikirləri yer alıb.
Xatırladaq ki, 1938-ci ildə Naxçıvan MR Ordubad rayonunun Dırnıs kəndində anadan olan Adil Məhəmməd oğlu Babayev dilçilik, ədəbiyyatşünaslıq, həmçinin, bədii yaradıcılıq sahəsində 16 kitab, 12 proqramın müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, o cümlədən, AMEA orfoqrafiya komissiyasının üzvüdür. Müəllif 12 elmlər namizədliyi işinin rəhbəri, 3 nəfər elmlər doktorunun məsləhətçisi, 32 nəfərin rəsmi opponenti olub. Onun “O, qızı hər gün görürsən” (İşıq), “Sarı gəlin” kimi pyesləri dəfələrlə tele-ekrandan nümayiş olunub. “Koroğlunun çənlibelə qayıdışı” pyesi isə Naxçıvan Musiqili Dram Teatrında uğurlu səhnə təcəssümünü tapıb.
Kitabda “Koroğlunun çənlibelə qayıdışı” pyesinin yazılma tarixçəsindən danışan müəllif bildirir ki, Ulu öndərə vətəndaş sevgisi hələ 1969-cu ilin payızında ADU-nun 50 illik yubileyində Heydər Əliyevin ana dilində çıxışı zamanı yaranıb. A.Babayev, bildirir ki, o vaxt I katibin ana dilində danışması böyük hadisə hesab olunurdu. “Sonradan Ulu rəhbərin hər bir hərəkətində dərin məna tapdığım üçün Ona olan sevgim daha da artmağa başladı. Onun haqqında çoxlu məqalə və şeirlər yazdım. 1993-cü ildə “Koroğlunu çənlibelə qoymurlar” adlı hekayə qələmə aldım. 1997-ci ildə isə “Koroğlunun çənlibelə qayıdışı” pyesi ərsəyə gəldi”.
Qeyd edək ki, professor Adil Babayevin elmi fəaliyyəti ilə bədii yaradıcılığı bir-birini tamamlayır. Onun bədii yaradıcılığında tarixilik və elmilik notlarının qabarıq nəzərə çarpması bunu bir daha təsdiq edir. Elə müəllifin adıçəkilən əsərini də tarixiliyin və müasirliyin vəhdəti adlandırsaq yanılmarıq. Belə ki, müəllif əsərdə xalq qəhrəmanı Koroğlu ilə ümummilli lider Heydər Əliyevin mübarizəsini və ideallarını böyük məharətlə uzlaşdırıb.
Böyük zaman məsafəsindən (2008-ci il) sonra əsər Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun dəstəyi ilə Ulu öndərin 85 illiyi münasibətilə 125 illik ənənəsi olan C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilib. Premyeradan sonra Vasif Talıbov yaradıcı kollektivi uğurlu tamaşaya görə təbrik edərək, təəssüratlarını belə ifadə edib: “ötən əsrin 90-cı illərində baş verən hadisələri acı olsa da, hər birimiz yaşamışıq. Bizim Vətənpərvər, uzaqgörən insanlarımızdan biri yazıçı-publisist professor Adil Babayev ibrət olsun deyə gənc nəsillər üçün o dövrü qələmə alıb. Sizlər isə bugünkü ifanızla öz sənətinizə nə qədər vurğun olduğunuzu və ümummilli liderin yoluna nə qədər sədaqətli olduğunuzu bir daha nümayiş etdirdiniz. Yalnız ümummilli liderin yoluna ürəkdən bağlı olan insanlar bu rolları ürəkdən ifa edə bilərdilər. Tarix yazılır, yaşanır və yaşadır. Siz isə tarixi bir daha bizə yaşatdınız”.
Azərbaycan dilçiliyinin inkişafında xüsusi xidmətləri olan, öz tədqiqatları ilə onu daha da zənginləşdirən professor Adil Babayevin qələmə aldığı əsərdə cərəyan edən hadisələrin hamısı yaxın keçmişdə baş verdiyi üçün hər kəsə yaxşı tanışdır. Əsərin qısa məzmunu isə belədir. öz havadarlarının dəstəyi ilə mənfur qonşumuz olan ermənilər Azərbaycan rəhbərlərinin istedadsızlığından və səriştəsizliyindən istifadə edərək vətənimizi işğal etməyə çalışır, igidlərimiz məhv olur, məmləkətimiz alovlar içərisində fəryad edir. İllər boyu Koroğlunun süfrəsində çörək yeyən insanlar müasirləşdirilərək 1992-93-cü illərə gətirilir. Onlar ölkəni xaosda saxlamaq istəyirlər. Bədnamların ruhuna bələd olan sovet rəhbərliyi isə dönüklərin hərəsinə bir vəd verərək Azərbaycanın xilaskarının (əsərdə Koroğlunun) əleyhinə çevirir. Elə bu vaxt Koroğlunun şaqraq səsi eşidilir:
Başsızmı sən gördün Azərbaycanı?!
Əlini kəsərəm yerini tanı!
Xalq artisti Kamran Quliyevin quruluş verdiyi “Koroğlunun çənlibelə qayıdışı” əsərinin sonluğunda Azərbaycan Dövlət müstəqilliyi təmin edilərək, möhkəmlənir. Məlumat üçün bildirək ki, Xalq rəssamı Hüseynqulu Əliyevin bədii tərtibatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovun musiqi tərtibatı əsəri tamaşaçılara daha aydın şəkildə çatdırır.
Turanə QADİRQIZI
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

