Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / İrəvan teatrı yubileyini “Burdan min atlı keçdi” tamaşası ilə qeyd etdi

İrəvan teatrı yubileyini “Burdan min atlı keçdi” tamaşası ilə qeyd etdi

21.04.2022 [16:35]

Aprelin 19-da Rus Dram Teatrında İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Burdan min atlı keçdi” adlı tamaşası izləyicilərə təqdim edildi.

Tamaşa İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illik yubileyinə həsr olunmuşdu. Rejissor Firudin Məhərrəmovun quruluşunda təqdim olunan tamaşa maraqlı səhnə həlli ilə diqqət çəkirdi. İzləyənlər arasında əsərin müəllifi şair-dramaturq Hidayət Orucov da var idi.

Tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədi ilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir. Əsərdə cərəyan edən hadisələr 1968-ci ildən günümüzə qədərki dövrü əhatə edir.

Tamaşada Heydər Əliyev obrazını canlandıran İftixar Piriyevin adını xüsusilə çəkmək lazımdır. İftixar Piriyev ulu öndərin səsini, jest və mimikalarını o qədər inandırıcı təqdim edirdi ki, gözünü yumub dinləyəndə, sanki Heydər Əliyevi eşidirsənmiş kimi hiss yaranırdı. Uzun illər İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik etmiş yazıçı Hidayət Orucov öz əsərində ermənilərin içində olsa da, milli ənənələrini qoruyub saxlaya bilmiş İrəvan teatrının keçdiyi çətin, lakin uğurlu yoldan bəhs edib.

“Yeni Azərbaycan” qəzeti İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illik yubileyi münasibətilə təbrik edir, bu qədim sənət ocağına daha böyük uğurlar arzulayır. İlhamə

Paylaş:
Baxılıb: 1203 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30