Musiqimizin Müslümü...
25.10.2023 [11:50]
O, zəngin yaradıcılığı, Vətənə olan bağlılığı və sonsuz sevgisi ilə rəğbət qazanan sənətkar kimi xalqımızın qəlbində daim yaşayır. İstedadlar diyarı olan Azərbaycan bütün dövrlərdə dahi sənətkarları ilə fəxr edib. Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı və dünyada tanıdılmasında böyük xidmətləri olan sənət adamları sırasında Müslüm Maqomayevin özünəməxsus yeri olub. Milli mədəniyyətimizin inkişafında və təbliğində xüsusi əməyi olan Müslüm Maqomayevin irsən gələn istedadı və böyüdüyü mühit onun gələcək taleyində həlledici rol oynamışdı...
Şöhrətə gedən yol...
Musiqi sənətimizdə böyük iz qoyaraq ölkəmizi dünyaya tanıdan Müslüm Maqomayevin şöhrətə gedən yolu cavan yaşlarında başlayıb. Onu 14 yaşında Bakı dənizçilər evində keçirilən konsertdə xüsusi nömrə ilə çıxış etməyə çağırırlar. Ailəsi hələ yeniyetmə olduğu üçün səsinin batmasından qorxaraq solo konsertlə çıxış etməyə icazə vermir. Müslüm isə artıq səsinin tam formalaşdığını düşünür və qəti qərarını verir. Bu çıxışı böyük uğur gətirərək onu yüksəklərə aparır. O, 1961-ci ildə Bakı hərbi dairəsinin mahnı və rəqs ansamblının solisti olur və bu zaman Müslümün Zaqafqaziya üzrə ilk qastrolu baş tutur. Həmin il Helsinkidə keçirilən gənclər festivalında “Buxenvald harayı”nı mükəmməl şəkildə ifa etdikdən sonra Müslüm Maqomayev məşhurlaşmağa başlayır. 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurla çıxış edir və həmin “haray” Kreml sarayında ifa edildikdən sonra sovet televiziya efirinə böyük səs gətirir. Bundan sonra Müslüm Maqomayev şöhrət addımlarını sürətlə atmağa başlayır. Ardı-arası kəsilməyən solo konsert təklifləri onu daha da məşhurlaşdırırdı və çıxışlarına görə Sovet dövlət mükafatları alırdı. Sonrakı mərhələ artıq dünya miqyaslı səhnələr idi. 1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verdi. Bundan sonra beynəlxalq mükafatlar da almağa başladı. 1969-cu ildə Polşada keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını aldı. Hər şey çox tez baş verirdi, sanki dünya onu gözləyirdi...
31 yaşlı SSRİ Xalq artisti...
Dünya şöhrətli musiqiçimiz Müslüm Maqomayev SSRİ “Qırmızı Əmək Bayrağı” və “Xalqlar Dostluğu” ordenləri ilə təltif edilib və 31 yaşında SSRİ Xalq artisti adına layiq görülüb. 1971-ci ildə haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilib və bir çox kitablar çap olunub.
Repertuarında 600-dək əsəri olan Müslüm Maqomayevin ən gözəl əsərlərindən biri Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və ölkəmizə ithaf olunmuş “Azərbaycan” mahnısıdır. Bu mahnı artıq ölkəmizin simvoluna çevrilib. Müslüm Maqomayev, həm də gözəl mahnılar müəllifidir.
Dostlar dilə gəldi, dünya ondan danışdı...
Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də ürək xəstəliyindən vəfat etdi. Onun ölüm xəbəri dinindən və dilindən asılı olmayaraq, çox insanların gözlərini yaşartdı. Gözlər yaşardıqca, xatirələr dilə gəldi. Nüfuzlu dövlət başçıları, tanınmış siyasətçilər, sənət adamları, sadə vətəndaşlar...
Müslüm Maqomayevin sənəti elə bir zirvədə qərar tutmuşdu ki, Azərbaycan üçün bütöv bir dövrün rəmzi, əsl sənətin təcəssümü idi. Səsi, sənəti, səhnə mədəniyyəti ilə bütün kainatı fəth etmişdi. Ən böyük uğuru isə əldə etdiyi zirvədə müdrikliyini və sadəliyini qoruyub saxlaya bilməsi oldu.
Prezident İlham Əliyev Müslüm Maqomayevin sənətinə daim yüksək qiymət verib. Onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində hər il Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər həyata keçirilir. Ötən il avqustun 17-də Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Bakının Dənizkənarı Milli Parkında sənətkarın abidəsinin açılışı olub. Mərasimdə Müslüm Maqomayevin bənzərsiz yaradıcılığından danışan İlham Əliyev onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.
Müslüm Maqomayev təkrarolunmaz səsi və yüksək səhnə mədəniyyəti ilə incəsənətimizin carçısına çevrilmişdi. O, sənəti, bənzərsiz ifaları ilə Azərbaycan xalqının qəlbində daim yaşayacaq!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16

