“Onlar sadəcə 1-2 faiz səs uğrunda mübarizə aparacaqlar”
30.08.2013 [09:43]
Siyavuş Novruzov: Qanunun tələbinə baxan kimi fikirləşəcəklər ki, Rüstəm İbrahimbəyov ya normal adam deyil, ya da təxribatçıdır
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Gündəlik Teleqraf”a müsahibə verib:
- Siyavuş bəy, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi üçün lazımi sayda imza toplanıb və İlham Əliyevin namizədliyi MSK tərəfindən təsdiqlənib. Hazırda partiya seçki yönündə hansı işləri görür?
- Təbliğat-təşviqat kampaniyasına hazırlıq gedir. Sentyabrın 16-dan təbliğat-təşviqat kampaniyası başlayacaq. Partiya bu işə hazırlaşır. Bundan əlavə, namizədimiz qeydiyyatdan keçdiyinə görə Seçki Məcəlləsinin tələbinə uyğun olaraq hər məntəqəyə bir nəfər məşvərətçi səs hüquqlu üzv və bir nəfər də müşahidəçi təyin edirik. Azərbaycanda 5 mindən artıq məntəqə var. 10 minə yaxın insan təyin edəcəyik.
- MSK “Milli şura”nın namizədi Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almadı, o da MSK-nı məhkəməyə verməyə hazırlaşır. Onun bu istəyini necə qiymətləndirirsiniz?
- Bu qərar Rüstəm İbrahimbəyov üçün yenilik deyildi. O bilirdi ki, namizədliyi qeydə alınmayacaq. Konstitusiyada açıq-aydın, birbaşa göstərilib ki, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər prezidentliyə namizəd ola bilməz. Bunu R.İbrahimbəyov əzbər bilir. İstəyir Azərbaycan məhkəmələrinə, istərsə də Avropa məhkəməsinə versin, hansına istəyirsə müraciət etsin. Qanunun tələbinə baxan kimi fikirləşəcəklər ki, bu, ya normal adam deyil, ya da təxribatçıdır.
- Bəs İlqar Məmmədovun necə, onun qeydə alınmaması ilə bağlı problemlər vardı və buna hakimiyyətin əngəl törətdiyi fikirləri yayılırdı...
- MSK qanunauyğun olaraq 5 gün müddətində Məmmədovun sənədlərini araşdırdı. Araşdırma nəticəsində məlum oldu ki, onun sənədləri səlahiyyətli nümayəndəsi vasitəsilə deyil, cinayət prosesinə çıxan vəkili vasitəsilə təqdim olunub. Bu da Seçki Məcəlləsinin tələblərinə ziddir. İ.Məmmədovun göndərdiyi ərizə və seçki ilə bağlı digər sənədlər onun hazırda saxlanıldığı təcridxananın rəhbərliyi tərəfindən təsdiq olunmalıdır. Bu halların hamısı qanunvericiliyin tələbidir. O tələblər yerinə yetiriləndən sonra qeydə alındı. İmza vərəqələri veriləcək, getsin imzalarını toplatsın.
- R.İbrahimbəyovun “1 manat” aksiyacs çağırışını necə qarşılayırsınız?
- Görünür, pulu azalıb. Müxalifətçilərə bir az pul xərclədi, evinin də kirayəsini vermədilər. Əvvəllər evini kirayə verirdi, sonra müxalifətçilərə verdi. Ona görə əli aşağıdır. Belə bir aksiya keçirmək istəyir ki, 5-10 manat qazansın. Yadıma bir hadisə düşdü. Bir nəfər deyirdi ki, kim milyoner olmaq istəyirsə, mənə bir məktub göndərib içərisinə 1 dollar qoysun. O qədər də dərin ağıla malik olmayan adam elə bilirdi ki, 1 dollar göndərməklə məsləhət alıb milyonçu olacaq. Təsəvvür edin ki, neçə milyon adam məktub göndərdi, həmin adam özü milyoner oldu. Dedi ki, bax milyonçu olmağın şərti bundan ibarətdir. ABŞ-da onu həbs etmişdilər. Bu baxımdan R.İbrahimbəyov həmin təcrübəni təkrarlamaq istəyir.
- ABŞ-da ianə təcrübəsi var axı...
- ABŞ-da belədir ki, hər bir prezidentliyə namizəd insanlara müraciət edir ki, seçki fonduna yardım göstərsin. ABŞ-ın prezidentliyə namizədi ilkin olaraq 50 milyona yaxın ABŞ dolları pul yığa bilmirsə, o ümumiyyətlə, seçki kampaniyasında iştirak etmir. Kampaniyanın aparılması və lazımi ehtiyacların təmin olunması üçün bu pul olmalıdır. Bundan öncəki seçkilər ABŞ-da ən bahalı seçkilər idi. Çünki hər bir namizəd seçkilərə yarım milyard dollardan artıq pul xərcləmişdi.
- Cəmil Həsənliyə qarşı sui-qəsdə cəhd olunduğu, hətta evinin izləndiyi barədə xəbərlər dolaşır. Bu barədə nə deyə bilərsiniz?
- Bunlar hamısı mənasız şeylərdir, seçkiqabağı şou düzəldirlər. Bu günə qədər Cəmil Həsənli Azərbaycanda sərbəst hərəkət edib, amma heç kəs ona “gözün üstə qaşın var” deməyib. Nə oldu birdən-birə ona sui-qəsd etməyə cəhd göstərdilər?
- YAP Cəmil Həsənlini rəqib sayır?
- Bu gün Azərbaycanda prezident seçkilərində iştirak edənlərin hamısı birlikdə YAP-ın namizədinə çox böyük fərqlə məğlub olacaqlar. Onlar sadəcə 1-2 faiz səs uğrunda mübarizə aparacaqlar.
- Milli Məclisin növbəti sessiyası gəlir. Seçkilər iclaslardakı davamiyyətə təsir göstərməyəcək?
- Bu saat seçki ilə məşğuluq. Milli Məclisin iclaslarının heç bir maneçiliyi olmayacaq.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

