Siyavuş Novruzov: Hazırda ABŞ-la münasibətlərimiz tam normaldır
01.05.2015 [10:23]
“Görüşdə Kerri məsələsinə toxunmadıq”
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “a24.az”a müsahibəsində dünən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə partiyanın mənzil qərargahında keçirilən görüş və ABŞ-Azərbaycan münasibətləri barədə danışıb.
Həmin müsahibəni təqdim edirik.
- Siyavuş müəllim, bu gün təmsil etdiyiniz partiyada ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüş keçirildi. Sirr deyilsə, görüşdə hansı məsələlər müzakirə olundu?
- ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta YAP-da görüş istəyirdi. Onunla görüş keçirildi. Təbii ki, hər bir səfir ölkəyə gələndə, ayrı-ayrı dövlət strukturları ilə yanaşı, həm də siyasi sistemdə mövcud olan siyasi partiyalarla da görüş keçirir.
Görüşdə ölkələr arasında hazırkı münasibətlər, partiyanın vəziyyəti, gələcəkdə əməkdaşlıq məsələləri müzakirə olundu. İlk dəfə idi ki, yeni səfirlə görüş keçirilirdi.
- Mediada birinci Avropa Oyunlarına qarşı Amerika dövlət katibi Con Kerrinin də iştirak etdiyi anti-Azərbaycan kampaniyası ilə bağlı araşdırma yayılıb. Görüşdə bu məsələ ilə bağlı müzakirə aparıldımı?
- Xeyr. Görüşdə bu məsələyə toxunmadıq. ABŞ-ın özündə də bəzən Konqresdə, Senatda və yaxud qeyri-hökumət təşkilatı, keçmiş səfir bir bəyanat verir. Amma biz bunu ABŞ dövlətinin bəyanatı hesab etmirik. Baxmayaraq ki, Azərbaycanda çoxları çalışır ki, bunu ABŞ-Azərbaycan münasibətlərinin korlanması kimi qələmə versin. Təbii ki, belə qüvvələr var. Hesab edirik ki, hər hansı qeyri-hökumət təşkilatı və yaxud da erməni lobbisi tərəfindən maliyyələşən ayrı-ayrı qurumların verdiyi bəyanat ABŞ dövlətinin adından deyil. O cümlədən, Azərbaycan mətbuatında da ayrı-ayrı deputatlar, siyasətçilər, yaxud mətbuat qrupu, özəl şirkətlər, təşkilatlar bəyanat verirsə, bu da Azərbaycan dövlətinin adından deyil. Azərbaycan dövləti hər zaman ABŞ-la strateji tərəfdaş olub, bundan sonra da bu tərəfdaşlığını davam etdirəcək.
Hazırda ABŞ-la münasibətlərimiz tam normaldır. Bunun yaxşı olmasını istəməyən dövlətlər var. O cümlədən, başqa dövlətlərlə də Azərbaycanın münasibətinin yaxşı olmasını istəməyən qüvvələr var. Bəzən bu qüvvələr münasibətlərin pisləşməsində rol oynayır. Azərbaycanda hansısa dövlətlərə işləyən siyasi partiyalar tərəfindən, qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif fikirlər səsləndirilir. Amma buna baxmayaraq, Azərbaycan ABŞ-la hələ antiterror əməliyyatları başlayandan birlikdədir. Azərbaycan öz hava məkanını Əfqanıstanda keçirilən əməliyyatlarla bağlı ABŞ-ın üzünə açdı. Baxmayaraq ki, bizi əhatə edən qonşu dövlətlər bundan narahat olmağa başladılar.
O cümlədən, bütün yüklərin daşınması, hərbi texnikanın və əsgərlərin daşınması məhz Azərbaycan vasitəsilə həyata keçirildi. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ABŞ-la birlikdə həm Kosovada, həm Əfqanıstanda, həm də İraqda sülhyaratma prosesində iştirak etdilər. Bu gün də artıq Silahlı Qüvvələrimizin nümayəndələri Əfqanıstanda bu prosesi çox yüksək şəkildə yerinə yetirirlər.
Hesab edirəm, əməkdaşlığın bu cür davam etdirilməsinə təbii ki, əngəl törədən qruplar var. Bu qruplar da qeyd etdiyim kimi, erməni maliyyəsi ilə maliyyələşən qruplardır. Azərbaycan hazırda müstəqil siyasət aparan bir ölkədir. Azərbaycan kimisə özünə böyük qardaş seçmir, hansısa beynəlxalq təşkilatların verdiyi qərarlarla hərəkət etmir. Ölkəmiz azad, müstəqil, balanslaşdırılmış siyasət yeridir. Böyüklüyü və kiçikliyindən asılı olmayaraq, hər bir ölkə ilə bərabər tərəfdaş kimi çıxış edir. Bu gün ayrı-ayrı dövlətlər bir-birləri ilə birləşərək müxtəlif qruplaşmalar yaradıblar. Amma kimsə bizi vadar edə bilməz ki, ABŞ və yaxud, antirusiya koalisiyasına qoşul, yaxud İrana qarşı ol. İran məsələsi olanda, Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, ərazimizdən İrana heç bir hərbi müdaxilə ola bilməz. Bu isə bəzi dövlətlərin xoşuna gəlmir. Yaxud, İran da bizə deyə bilməz ki, İsrail və ya ABŞ-la niyə müttəfiqlik, dostluq edirsiniz. Bu da Azərbaycanın özünün xarici siyasətinin əsas özəyini təşkil edir. Bu cür məsələlər ölkəmizdə artıq öz həllini tapıb. Bu siyasətin təməlini Ümummilli lider Heydər Əliyev qoyub, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bir sözlə, hesab edirəm ki, ABŞ-Azərbaycan münasibətlərinin gərginləşdiyini heç kəs fikirləşməsin və ölkələr arasında münasibətlər normaldır. İnanırıq ki, bu cür əməkdaşlıq gələcəkdə də yüksələn xətlə inkişaf etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

