Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır
26.06.2015 [10:22]
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Adil Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Adil müəllim, hazırda ölkəmizdə 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilir. Sizcə, bütövlükdə ordu dövlət və cəmiyyət üçün nə deməkdir?
- Öncə xalqımızı 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə təbrik edirəm. Azərbaycan Xalq Cümhuriyyətinin əsas uğur və nailiyyətlərindən biri də Milli Ordunun yaranması idi. 40 minlik ordu qısa zaman ərzində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və düşmənlərin hücumlarının qarşısı alındı.
Bu gün də ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Hazırda müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Ordusu zəif olan dövlətlərə təsir etmək daha asandır. Yaxşı bir deyim var: Ordun varsa, yurdun var. Nəzərdən qaçırmamalıyıq ki, bütün diplomatik danışıqların arxasında güclü ordu dayanır. Ona görə də bu sualınıza bu prizmadan yanaşarsaq, ordunun dövlət və cəmiyyət üçün önəmi ortaya çıxır.
- Nəzərə alsaq ki, torpaqlarımızın böyük bir hissəsi işğal altındadır, onda Silahlı Qüvvələrimizin üzərinə böyük bir məsuliyyət düşür. Necə hesab edirsiniz, ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdırmı?
- Hal-hazırda Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur. Hətta, beynəlxalq hərbi təşkilatlar öz hesabatlarında açıq-aydın yazırlar. Xarici ekspertlər Azərbaycanın Ordusunun gücünü qeyd edirlər.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesi bu gün uğurla davam etdirilir. Bu gün də bu məsələ Ali Baş Komandan İlham Əliyevin diqqətindədir.
Düşmənin bütün təxribatlarının qarşısı yerindəcə alınır. Ordumuz daim düşməni vahimə içərisində saxlayır. İstənilən zaman ordumuz torpaqlarımızı azad etməyə qadirdir. Bunu Prezident İlham Əliyev dəfələrlə çıxışında bəyan edib. Ermənilər özləri etiraf edirlər ki, Azərbaycana bütün sahələrdə məğlub oluruq. Düşmən dərk edir ki, onların qarşısında 90-cı illərdə olan özünümüdafiə dəstələri yox, nizami və yüksək silahla təmin edilmiş Azərbaycan Ordusu var. Xalqımızda ruh yüksəkliyi var. Ermənistan ordusunda isə əksinə bir vəziyyət yaşanır. Erməni gəncləri orduda xidmət etmək istəmirlər və fərarilik get-gedə artmaqdadır, həmçinin, xaos ordunu iflic hala gətirib. Əsgər anaları İrəvanın mərkəzində etiraz aksiyaları keçirirlər. Uşaqlarının boş və mənasız yerə ölmələrini istəmirlər.
- Ordumuzun NATO standartlarına uyğunlaşdırılması məsələsi də daim cəmiyyətin diqqət mərkəzində olub. Bu baxımdan, mövcud vəziyyəti necə dəyərləndirmək olar?
- Bildiyiniz kimi Avroatlantik məkana inteqrasiya Azərbaycan dövlətinin əsas prioritet xətlərindəndir. Azərbaycan 1994-cü ildən “Sülh Naminə Tərəfdaşlıq proqram”ı çərçivəsində NATO ilə əməkdaşlıq edir. 2005-ci ilin avqustunda “Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı” imzalanıb və hazırda həyata keçirilir. Ondan öncə Azərbaycan 2002-ci ildən NATO PA-nın assosiativ üzvüdür.
Bu gün ordumuzun NATO standartlarına uyğunlaşdırılması yüksək səviyyədə aparılır. Ölkə rəhbərliyi tərəfindən bu bəyan edilib. Hərbçilərimiz NATO kurslarına göndərilir və hərbi yenilikləri mənimsəyirlər. Hərbçilərin qarşılıqlı səfərləri olur. Onu da qeyd etmək lazımdır ki, NATO-nun birləşmiş qüvvələr komandanlığında və ana qərargahında (Brüssel) Azərbaycan zabitləri yüksək səviyyədə öz bilik və bacarıqlarını göstərirlər.
- Adil müəllim, Milli Məclis hərbi qanunvericiliklə bağlı ardıcıl olaraq müvafiq addımlar atır. Bu sahədə qanunvericilik bazasını necə qiymətləndirirsiniz?
- Ordumuzla bağlı ən yüksək tələblərə cavab verən qanunlar qəbul edilib. “Hərbi vəziyyət haqqında”, “Sülhməramlı əməliyyatlarda iştirak haqqında”, “Hərbi tribunallar haqqında”, “Hərbi qulluqçuların pensiya təminatı haqqında”, “Hərbi xidmət keçmə haqqında” və bir sıra digər qanunlar ordumuzun güclənməsinə təsir göstərən qanunlardır. Qəbul edilən və yenilənən qanunlar ordumuzun inkişafına və rifahına xidmət edir. Hərbi qulluqçuların sosial problemləri daima öz həllini tapır. Dövlətimiz hər zaman hərbi qulluqçuların statusunu diqqət mərkəzində saxlayır.
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14

