Ölkəmizin ictimai-siyasi həyatında qadınların rolu artmaqdadır
21.04.2009 [16:49]
Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, YAP Siyasi Şurasının üzvü Nurlana Əliyeva www.yar.gov.az saytına müsahibə verib:
- Nurlana xanım, cəmiyyətimizin inkişafında, ictimai-siyasi proseslərdə Azərbaycan qadınının özünəməxsus rolu var. Ulu öndər Heydər Əliyev daim Azərbaycan qadınının adını uca tutub, onlara diqqət və qayğı gösitərib. Bu mənada gender bərabərliyi, qadınların ölkə həyatında mövqeyi haqqında nə deyə bilərsiniz?
- Mərd və mübariz Azərbaycan qadını bu gün, üçüncü minilliyin ilk on illiyində dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır, qurub yaradırlar. çünki bu gün onların yaşadığı ölkədə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurub yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranıb. Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtsiadi inkişafın vüsət alması, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması, təhsilə yeni yanaşmanın təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Müstəqil Azərbaycan dövləti BMT-nin “Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması” haqqında Konvensiyaya qoşulub. Ulu öndər Heydər Əliyevin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu gün Respublikamızın Prezidenti İlham Əliyev əbədiyaşar Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirir. Onu da qeyd etmək istəyirəm ki, yeraltı sərvətin insan sərvətinə çevrilməsi ideyası xalqın bütün arzu və istəklərinin fövqündə dayanır. Bu, xüsusilə qadınların arzusu olaraq reallaşır və təbii ki, hər birimizin sevincinə səbəb olur.
- Qeyd etdiyiniz kimi dinamik inkişaf edən ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artmaqdadır. Zəngin milli-mənəvi dəyərlərə, tarixi-mədəni abidələrə malik olan Azərbaycan bu irsi qoruyaraq dünyada təbliğ edir. Bu işdə Heydər Əliyev Fondunun xüsusi rolu var...
- Azərbaycan qadını cəmiyyət həyatına bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək, sivil dəyərləri özündə əks edirən birinci xanım ənənələrini də gətirib. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deptutatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. O, həm rəsmi bir şəxs, həm də Azərbaycanın zadəgan dəyərlərinin davamçısı, həm də ən böyük xeyriyyəçi kimi bütün layihələrdə müqəddəs analığın xidmətindədir. Mehriban xanımın fəaliyyəti nəticəsində ölkədə xeyriyyəçilik bir hərəkata çevrilib: uşaq evləri, məktəblər cəmiyyətin diqqət mərkəzinə keçib. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi hər bir vətəndaşın arzusunun reallaşmasının ifadəsidir. Bu il Heydər Əliyev Fondunun təsis edilməsinin beş ili tamam olur. Azərbaycan qadınına örnək olan Mehriban xanım Əliyeva miqyası və mahiyyəti etibarı ilə böyük işlərə rəvac verib. Onun fəaliyyəti hər birimiz üçün bir örnəkdir.
- Nurlana xanım, ölkəmizin ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında qadınlar böyük üstünlük təşkil edir. Qadınların siyasi proseslərdə fəallığını necə qiymətləndirmək olar?
- Bu gün YAP cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bunun əsas səbəbi qazanılmış uğurlar və YAP-ın sıralarındakı on minlərlə məsləkli, əqidəli insanlardır. Bizim doğrudan da geniş potensialımız var. Bəlkə elə buna görə də yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib.
öz fəaliyyəti dövründə partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşı, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən ümummilli Liderimiz onların milli xüsüsiyyətlərini olduqca yüksək dəyərləndirib: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək, qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm”.
Həmişə sülhün, əminamanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai siyasi proseslərin gedişində onların üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma torpaqların bir qisiminin işğal altına düşdüyü indiki dövrdə gəncləri Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək işində Azərbaycan qadını öz üzərinə düşən ağır yükü şərəflə çəkir. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərində sadiqdirlər, ictimai-siyasi prosesin fəal iştiakçısıdırlar.
- Yaxın günlərdə YAP Qadınlar Şurasının respublika konfransı keçiriləcək. Siz konfransa hazırlıq üzrə işçi qrupun rəhbərisiniz. ümumiyyətlə, konfransa hazırlıqla əlaqədar nə deyə bilərsiniz?
- Artıq YAP-ın bütün yerli təşkilatlarında qadınlar şuralarının hesabat-seçki konfransları keçirilib. Konfranslar zamanı görülən işlər haqqında ətraflı məlumatlar verildi və qarşıda duran vəzifələr müəyyənləşdirildi. Bu konfranslarda, həmçinin, YAP Qadınlar Şurasının respublika konfransına nümayəndələr də seçildi. Artıq hazırlıq işləri yekunlaşıb və bununla əlaqədar müvafiq sənədləri partiyanın İcra katibliyinə təqdim etmişik. Kofnransda 225 nümayəndənin iştirakı nəzərdə tutulur və yəqin ki, respublika əhəmiyyətli bu tədbir aprelin 25-də keçiriləcək.
- Siz, eyni zamanda böyük bir təhsil müəssisəsinə rəhbərlik edirsiniz. Bildiyiniz kimi parlamentin yaz sessiyası ərzində “Təhsil haqqında” qanun layihəsinin qəbul edilməsi gözlənilir. Sizcə, bu sənəd təhsilimizin inkişafına nə dərəcədə təsir göstərəcək?
- Bu gün təhsil cəmiyyətin prioritet sahələrindəndir. Bilirsiniz ki, digər sahələrin inkişafı da məhz təhsildən asılıdır. Bu gün Azərbaycanda təhsilin inkişafı və dünya təhsil sisteminə inteqrasiyası yönündə ciddi addımlar atılır, proqramlar icra olunur. Bütün görülən işlərin fövqündə isə təhsil haqqında qanun layihəsi dayanır. Artıq Milli Məclisdə bu qanun layihəsi 2-ci oxunuşda qəbul olunub və biz bu sənədin təsdiqini gözləyirik. Qanun Azərbaycan təhsilinin inkişafına böyük təkan verən bir sənəd olacaq. Bununla da təhsilimiz öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

