Eldar İbrahimov: Konstitusiyaya təklif olunan dəyişikliklər zamanın tələbidir
21.07.2016 [09:46]
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun SƏS TV-yə müsahibəsi:
- Eldar müəllim, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalayıb. Məsələyə sizin də münasibətinizi öyrənmək istərdik.
- Mən Referendum Aktını yüksək qiymətləndirirəm və hesab edirəm ki, təklif olunan dəyişikliklər, həqiqətən də, zamanın tələbidir. Azərbaycan gündən-günə inkişaf edir və yeni tələblər ortaya çıxır. Bu tələblərə cavab vermək üçün 21 il bundan əvvəl qəbul olunmuş Konstitusiyamıza dəyişikliklərin edilməsi vacibdir. Təklif edilən dəyişikliklərin hər biri həyati vacib, taleyüklü dəyişikliklərdir ki, onlardan da biri budur - əgər kimsə mülkiyyətindən cəmiyyətin məqsədləri üçün istifadə etmirsə, o zaman həmin torpaq özəlləşdirilə bilər. Yeni dəyişikliklərdə buna icazə verilir. Hazırda 200 min hektara qədər torpaq ayrı-ayrı şəxslər tərəfindən zəbt edilib. Yəni həmin torpaqlardan istifadə edilmir. Axı bu torpaq dövriyyəyə qatılmalıdır. Həmin torpaqlarda kənd təsərrüfatı məhsulları istehsal edilməlidir ki, ölkənin ərzaq bolluğunu, ərzaq təhlükəsizliyini təmin edə bilək. Ölkədə istifadəsiz torpaqlarla bağlı xüsusi vergi, cərimələr, cinayət məsuliyyətinə cəlb edilməsinin məqsədi bu cür torpaqların əkilməyə məcbur edilməsidir. Bu baxımdan Konstitusiyaya təklif edilən dəyişiklik çox böyük əhəmiyyət kəsb edir.
- Təkliflərə əsasən, ölkəmizdə vitse-prezidentlik institutu yaradılacaq. Bunun əhəmiyyəti nədən ibarət olacaq?
- Belə bir institutun yaradılması dünyada mövcuddur. Bir çox ölkələrdə vitse-prezidentlər var. Azərbaycanda da yaradılması günün tələbidir. Bu, çox düzgün qərardır və mən bu addımı alqışlayıram. Bu institutun yaradılmasında məqsəd dövlət idarəetməsini daha da gücləndirməkdir. Layihədə I vitse-prezidentin toxunulmazlığı və digər məsələlər geniş şəkildə əks olunub. Onlar seçildikdən sonra onlara hansı səlahiyyətlərin verilməsini isə ölkə başçısı müəyyən edəcək.
- Layihədə Prezidentin səlahiyyət müddətinin artırılması məsələsi də öz əksini tapıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Prezidentin səlahiyyət müddətinin artırılması məsələsi dünya təcrübəsində mövcuddur. Dünya ölkələri arasında prezidentlik müddəti 7 il olan ölkələr az deyil. 2003-cü ilin fevral ayının 1-də Ulu öndər xəstəxanada olarkən Ona zəng vuraraq söylədim ki, bir çox ölkələrdə prezidentlik müddəti 7 ildir. O da cavabında bildirdi ki, nə demək istəyirsən, bizdə də elə olsun? O zaman mən söylədim ki, müharibə ölkəsində 5 ildən bir seçkinin keçirilməsi həm də maddi tərəfdən sərf etmir. Çünki seçkiyə kifayət qədər maliyyə ayrılır. Bundan başqa, seçki ölkədə qeyri-münasib hallarla qarşılaşa bilir, insanlar da işindən olur. Onsuz da iki ildən bir seçkilərin keçirildiyi ölkə olmuşuq. Çünki ölkədə həm prezident, həm deputat, həm də bələdiyyə seçkiləri keçirilir. Bu baxımdan səlahiyyət müddətinin 7 il olması daha yaxşıdır. Onsuz da 5 il elə bir müddətdir ki, çox tez gəlib keçir və prezidentin fəaliyyəti üçün bu müddət azlıq təşkil edir. 2003-cü ildə deputat həmkarlarım da məni dəstəklədi. Lakin Ulu öndərin mətbuat katibi məlumat yaydı ki, Ümummilli lider bu təkliflə çıxış edənlərə təşəkkür edir, lakin bununla razılaşmır. O zaman Fransada da prezidentlik müddəti 7 il idi. Sonradan Jak Şirak bunu 5 ilə endirdi. Bu gün Qazaxıstan, Özbəkistan, Türkiyə və bir çox ölkələrdə prezidentin səlahiyyət müddəti 7 ildir. Xalq da bunu istəyir. Seçkilərə sərf olunan vaxt digər məsələlərin həllinə yönələ bilər.
- Təkliflərdə Azərbaycanda parlament seçkilərində deputatlığa namizədlərin yaş həddinin 18 olmasının müsbət tərəfləri nədən ibarətdir?
- Əgər 18 yaşında gəncin seçmək hüququ varsa, niyə seçilmək hüququ olmasın? Bu baxımdan düşünürəm ki, bu, yerində edilən təklifdir. Azərbaycan demokratik ölkədir və dünyaya inteqrasiya yolunu seçib. Seçkidə iştirak etmək mütləq şəkildə seçilmək demək deyil, sadəcə, bu yaşda da namizədlər özlərini sınamaq imkanı qazanacaqlar. Niyə 20 yaşında deputat olmasın? Hazırda parlamentdə gənc deputatların sayı 27-dir və biz onları alqışlayır, fikirlərini yüksək qiymətləndiririk. Bunun, əskinə, xeyri var. Dünyaya gənclərin gözü ilə baxmaq ölkəmiz üçün böyük əhəmiyyətə malikdir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

