/ / Müsabiqənin istiqamətləri və mövzuları medianın ictimai həyatın bütün sahələrinə nüfuz etməsinə şərait yaradır
Müsabiqənin istiqamətləri və mövzuları medianın ictimai həyatın bütün sahələrinə nüfuz etməsinə şərait yaradır
01.07.2009 [11:27]
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Müşahidə Şurasının üzvü Əflatun Amaşovun APA-ya müsahibəsi:
- KİV və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin təşkilini Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun əsas fəaliyyət istiqaməti hesab etmək olarmı?
- Güman edirəm ki, qarşıdakı illərdə KİV-lərin maliyyələşdirilməsi sahəsində fərqli mexanizmlərin dəyərləndirilməsi mümkün olacaq. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda da bununla bağlı müddəalar var. Sadəcə, Fond yeni yarandığından hələlik onlara tam diqqət yetirmək mümkünsüzdür. Digər tərəfdən, dövlət büdcəsindən KİV-lərin maliyyələşdirilməsi ilə bağlı vəsait ayrılıb. Hazırda qarşıda duran başlıca vəzifə həmin məbləği məqsədyönlü şəkildə istifadə etməkdir. Bunun üçün ən məqbul variant isə müsabiqənin təşkilidir. Əlbəttə, vəsaitin məbləği artdıqca Konsepsiyada göstərilən digər yardım formalarına da müraciət olunacaq. Düşünürəm ki, bunun üçün müəyyən zaman kəsiyinə ehtiyac var.
Prosesin özünə gəldikdə, indiyədək ayrı-ayrı illərdə mətbuata dövlət tərəfindən, bu və ya digər dərəcədə yardımlar olub. Mətbuatın inkişafı ilə bağlı mühüm dövlət sənədləri, o cümlədən, fərman və sərəncamlar imzalanıb, bir sıra tədbirlər həyata keçirilib. Qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borclarının dövlət büdcəsi hesabına silinməsini, “Milli Mətbuat Günü” ilə bağlı media orqanlarına birdəfəlik maliyyə yardımlarının göstərilməsini, müxtəlif jurnalistlərin fəxri adlara layiq görülmələrini misal çəkmək olar. Bu, dövlətin mətbuata dəstək ənənəsinin mövcudluğunu deməyə əsas verir. Kompleks yanaşsaq, Fond həmin dəstəyi və yardımı sistemləşdirmək rolunu oynayacaq, həmçinin, onun mütəmadi xarakter almasını təmin edəcək. Məqsəd isə bəllidir: müstəqil mətbuatın maddi bazasını möhkəmləndirmək, iqtisadi müstəqilliyini artırmaq, jurnalist peşəkarlığına nail olmaq. Düşünürəm ki, bunlar əldə olunanadək mətbuata dövlət tərəfindən yardım göstərilməlidir.
- Müsabiqənin əsas istiqamətləri və mövzuları hansılardır?
- ümumilikdə 12 istiqamət üzrə 45 mövzu ilə bağlı layihələr qəbul olunacaq. İstiqamətlərdən biri bilavasitə jurnalist peşəkarlığının və məsuliyyətinin artırılmasına yönəlib. Bu sırada jurnalistlərin peşə davranışı qaydalarına əməl etməsinin monitorinqi, həmçinin, jurnalist peşəkarlığı və məsuliyyətinin artırılması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi mövzuları qeyd edilməlidir. Jurnalist peşəkarlığı ilə əlaqəli, bunun formalaşmasına stimul yaradan istiqamətlər də var. Bu baxımdan fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı 1-ci, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan 11-ci, habelə KİV-lərin və jurnalistlərin mükafatlandırılmalarını, jurnalistlərin beynəlxalq tədbirlərdə iştirakına dəstəyi, KİV-lər tərəfindən irəli sürülən ictimai əhəmiyyətli ideya və təşəbbüslərin, konfrans, seminar və digər zəruri tədbirlərin, Konsepsiyanın müddəalarından irəli gələn başqa fəaliyyətlərin dəstəklənməsini, KİV-lərə metodiki, konsultativ və texniki yardımların göstərilməsini nəzərdə tutan 12-ci istiqamət xüsusi əhəmiyyət daşıyır. Müsabiqənin istiqamətləri demək olar, bütün zəruri sahələri əhatə etməsi ilə diqqət çəkir. Seçilən mövzular da kifayət qədər dolğundur. Götürək, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı 2-ci istiqaməti. Bura KİV-lərdə insan hüquqları, gender bərabərliyi sahəsində maarifləndirmə, əhalinin müxtəlif kateqoriyalarının hüquq və azadlıqlarının müdafiəsi, ayrıca jurnalist hüquqlarının müdafiəsi, vətəndaşların hüquqi biliklərinin və ictimai fəallıqlarının artırılması, vətəndaş cəmiyyəti quruculuğunun dəstəklənməsi daxildir.
Müsabiqənin istiqamətləri və mövzuları medianın ictimai həyatın bütün sahələrinə nüfuz etməsinə şərait yaradır. Orada göstərilən məsələlərin reallaşdırılması KİV-lərin IV hakimiyyət kimi cəmiyyətə təsir mexanizmlərini möhkəmləndirir. Məncə, ən önəmli cəhət də budur. çünki mətbuat zaman-zaman müxtəlif amillərdən-siyasiləşmənin təsirindən, özünümaliyyələşdirmə imkanlarının məhdudluğundan və s. səbəblərdən asılı olaraq bir sıra məsələlərə ya diqqət ayırmır, ya da az və pərakəndə diqqət ayırır. Bu sırada regionların sosial-iqtisadi inkişafının təşviqi, uşaq və gənclərin fiziki və mənəvi inkişafı, ictimai maraqların və dövlət maraqlarının müdafiəsi və sair istiqamətlər vurğulanmalıdır. Fikrimcə, maddi yardım bu sahələrdə canlanmaya səbəb olacaq. Eyni zamanda, layihələr həmin məsələlərin işıqlandırılmasında hər bir KİV-in öz konsepsiyasını işləməsi üçün əlavə stimul yarada bilər ki, işlər qaydasında getsə, bunun bütövlükdə vətəndaş cəmiyyəti quruculuğuna mühüm töhfə olacağı şübhə doğurmur.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

