/ / Asəf Hacıyev: Azərbaycanda yüksək səviyyəli texnologiyaların tətbiqinə yol açan geniş imkanlar var
Asəf Hacıyev: Azərbaycanda yüksək səviyyəli texnologiyaların tətbiqinə yol açan geniş imkanlar var
20.08.2009 [00:56]
- “Elm haqqında” Qanunun qəbulunu zərurətə çevirən amillər hansılardır?
- öncə onu deyim ki, bu il “Təhsil haqqında” Qanun qəbul edildi. Hazırda isə “Elm haqqında” Qanunun üzərində işlər gedir. Qanunun müəyyən maddələri var ki, onlar üzərində AMEA-dan və digər institutlardan cəlb olunmuş mütəxəssislərdən ibarət işçi qrupu işləyir. çox güman ki, Milli Məclisin payız sessiyasında bu Qanun müzakirəyə çıxarılacaq.
Konkret olaraq sualınıza gəlincə, Avropada Boloniya prosesinə aid sənəd qəbul olunub. 26 ölkənin imza atdığı bu sənədə 2005-ci ildə Azərbaycan da qoşulub. Məlum olduğu kimi, Avropada elm və təhsil anlayışı ayrılıqda mövcud deyil. Bu məfhumlar institutlarda, universitetlərdə birləşib. Azərbaycan da Boloniya prosesinə qoşulduğu üçün “Elm haqqında” Qanunun yenidən işlənib qəbul edilməsinə ehtiyac duyulur. Digər tərəfdən isə, elmdə gedən sürətli inkişaf, tərəqqi prosesləri bu məsələni gündəmə gətirir. Əgər ötən əsrlərdə dövlətlərin gücü və potensialı onun təbii sərvətləri ilə ölçülürdüsə, bu gün vəziyyət tamamilə dəyişib. Dünyanın bir çox ölkələrində zəngin təbii sərvətlər olmasa da, həmin dövlətlərdə yaşayış səviyyəsi, inkişaf tempi çox yüksəkdir. Bu isə elmin, texnologiyanın inkişafı nəticəsində əldə olunub.
Xatırladım ki, bir müddət öncə “Microsoft” şirkəti İsrailə 8 milyard dollarlıq investisiya yatırdı. Sual oluna bilər ki, nə üçün məhz İsrail?
Məlumat üçün bildirim ki, kompüterlərdə mövcud olan çiplər silikonlardan hazırlanır. Bu material isə qumdan əldə olunur. Bu baxımdan da yüksək təhsilli kadrların, ucuz işçi qüvvəsinin və bol qumun olması həmin yatırım üçün İsraili cəlbedici dövlətə çevirdi.
Azərbaycan kiçik ölkə olsa da, burada da yüksək səviyyəli texnologiyaların tətbiqinə yol açan geniş imkanlar var. Hazırda ölkəmizdə yüksək təhsil və təcrübə əldə etmiş kadrlar və geniş qum sahələri var. Bu şəraitdə Azərbaycan da bu işdə cəlbedici məkana çevrilə bilər. Bu səbəbdən də, həmin sahəyə investisiyalar yatıran ölkələrin Azərbaycana diqqətini çəkmək üçün qanunvericilik sahəsində təkmilləşmələr aparılmalıdır.
- Qanunun yeni variantında elm sahələrinin maliyyələşdirilməsi məsələsi öz əksini necə tapacaq?
- Keçmiş SSRİ dönəmində dövlət elm sahələrinə büdcədən maliyyə vəsaiti ayırırdı. 1990-ci illərdəki hadisələrdən sonra müstəqilliyini elan etmiş Azərbaycanda bu sahədə problemlər yaşanmağa başlandı. Bu özünü həm texniki, həm də maddi baxımdan büruzə verirdi. Amma 2001-ci ildə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə Elmlər Akademiyasına milli statusu verildi və elm sahəsinə vəsaitin ayrılmasına başlanıldı. Məhz “Elm haqqında” Qanunda da vəsaitlə bağlı məsələ öz əksini tapıb. Yəni, dövlət elmə maliyyə vəsaiti ayırır, eyni zamanda, digər təşkilatları da bu sahəyə pul ayırmağa həvəsləndirir.
Dünya təcrübəsinə də baxsaq görərik ki, xarici ölkələrdə elm sahəsinə çoxlu vəsait ayrılır. Amma özəl şirkətlər bu sahədə daha çox aktivlik nümayiş etdirir. Məsələn, Cənubi Koreyada, Yaponiyada və digər inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən şirkətlər elmə böyük vəsait ayırırlar. Əlbəttə ki, bu şirkətlərin də elmdən böyük gözləntiləri var ki, yeni nəticələr hesabına böyük miqdarda pul əldə etsinlər. Artıq Azərbaycanda da vəziyyət bu istiqamətdə gedir.
- “Elm haqqında” Qanunda daha hansı məsələlər öz əksini tapacaq?
- Qanunda bir çox məsələlər öz əksini tapacaq ki, onlar barədə bir qədər danışdıq. Amma onu xüsusilə qeyd etməliyəm ki, “Elm haqqında” Qanunda çox vacib bir məqam var. Bu da qrantlarla bağlıdır. Məhz bu Qanunda qrantlarla bağlı, onların verilməsi mexanizmləri və s. haqqında məqamlara da toxunulacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

