Hidayət Orucov: Bəzi şəxslər azanı yüksək səslə verməklə eyiblərini gizlətməyə çalışırlar
04.11.2009 [10:41]
- Son günlər azan verilməsinin məhdudlaşdırılması, guya qadağan edilməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Bu fikirləri nə dərəcədə həqiqət saymaq olar?
- Dövlət Komitəsi bu məsələyə münasibətini bildirib. Mən bir daha bəyan etmək istəyirəm ki, azanın qadağan olunması və ya nə vaxtsa qadağan ediləcəyi barədə deyilən fikirlərin heç bir əsası yoxdur. Əslində, bu, yalan, hətta deyərdim, böhtan xarakterli məlumatlardır. Məqsədli şəkildə yayılan bu fikirlərlə ictimaiyyəti çaşdırmağa cəhdlər edilir və bəzən bu prosesə bilərəkdən kütləvi informasiya vasitələri də cəlb olunur. Azərbaycanda indiyədək azan verilib, bundan sonra da veriləcək. Buna heç kimin şübhəsi olmamalıdır. Amma azanın insanlara narahatlıq yaratmamaq şərti ilə verilməsinin zəruriliyi nəzərə alınmalıdır. Təəssüf ki, bəzi şəxslər müqəddəs İslam dininin mahiyyətindən irəli gələn bu prinsipə əməl etmək istəmirlər. Etiraf etmək lazımdır ki, son illər din sahəsində əhalinin narahatlığına və narazılığına səbəb olan məsələlərdən biri məscid və ziyarətgahlarda azanın səsgücləndiricilər vasitəsilə yüksək səslə verilməsindən qaynaqlanır. Bəzi ibadət yerlərində, xüsusilə əhalinin sıx məskunlaşdığı, eləcə də təhsil müəssisələrinin və xəstəxanaların yaxınlığında yerləşən məscidlərdən azanın yüksək səslə verilməsi vətəndaşlar arasında ciddi narazılıq hallarının yaranması ilə yanaşı, müqəddəs İslam dininin mahiyyətinə də kölgə salır. Mövcud vəziyyət nəzərə alınaraq, məscidlərin axund və imamları ilə dəfələrlə lazımi söhbətlər aparılıb, vətəndaşların narazılıqları onların diqqətinə çatdırılıb. Lakin həyata keçirilən tədbirlər gözlənilən nəticəni verməyib, məscidlərdə azanın yüksək səslə verilməsi məsələsinin köklü həll olunması zərurəti yaranıb.
Ona görə də, ölkə vətəndaşlarının rahatlığını təmin etmək və müqəddəs İslam dininin humanist mahiyyətinə kölgə salınmasının qarşısını almaq üçün respublika ərazisində azanın səsgücləndiricilər vasitəsilə verilməməsi, tədricən canlı azana keçilməsi məqsədəuyğun sayılır. Dövlət Komitəsinin azanla bağlı məscidlərə verdiyi tövsiyənin mahiyyətində bu dayanır. Lakin bəzi “dindar” qruplar bu tövsiyəni azanın qadağan olunması kimi qələmə verməyə, hətta bundan hökumət qurumlarının, xüsusilə Dövlət Komitəsinin əleyhinə istifadə etməyə çalışır.
- İctimaiyyət, xüsusilə sağlam dindarlar azanla bağlı tövsiyəni dəstəkləyirmi? ümumiyyətlə, cəmiyyətdən kəskin reaksiya gözləyirsinizmi?
- Biz cəmiyyətin bu məsələyə normal yanaşdığından əminik. Belə olmasaydı, məscidlərə azanla bağlı tövsiyə verilməzdi. Əslində, həmin tövsiyə cəmiyyətin ümumi mövqeyinin ifadəsidir. Başqa ifadə ilə desək, bu, azanın yüksək səslə verilməsi ilə bağlı əhalinin narazılığının məntiqi nəticədir. çünki Dövlət Komitəsinə və digər dövlət qurumlarına daxil olmuş yüzlərlə şikayətə biganə yanaşa bilməzdik. Təsəvvür edin ki, azanla bağlı Dövlət Komitəsinə hər gün şikayət daxil olur. Şikayət edənlər təkcə sadə vətəndaşlar deyil, onların arasında xəstəxanalar, uşaq evləri, ali məktəblər də var. Hətta bəzi təhsil müəssisələri xahiş edir ki, yaxınlıqda yerləşən məscidlərdə günorta azanı verilməsin. Bu cür müraciətləri başa düşmək olar. çünki Bakı şəhərində elə məscidlər var ki, həyətinin o biri başında uşaq evi yerləşir. Belə olan təqdirdə azanla bağlı tövsiyədə məkrli niyyət axtarmaq ən azı insafsızlıqdır. Bəziləri bu addımı İslama, dini ənənələrə zidd hərəkət kimi qələmə verməyə çalışır. Halbuki, digər dinlərdən humanistliyi ilə fərqlənən İslam heç bir halda din pərdəsi altında insanların rahatlığının pozulmasına haqq qazandırmır. Əksinə, insanların ümumi maraqlarını həmişə nəzərə almağa çalışır. Məsələn, azanla bağlı böyük İslam alimlərinin konkret mövqeyi var. Onlar xəstələr, uşaqlar və ahıllar üçün narahatlıq yaradacağı təqdirdə hətta azanın verilməməsini məqsədəuyğun sayırlar. Əsl din xadimləri bunu başa düşürlər. Ona görə də tövsiyəyə əməl edirlər.
Təəssüf ki, bəzi şəxslərin “gücü” azanla ölçülür. Onlar eyiblərini azanı yüksək səslə verməklə gizlətməyə çalışırlar. Təsəvvür edin ki, bəzi məscidlərdə adam olmadığı üçün səhər namazı qılınmır. Amma həmin məsciddən verilən azan şəhərin kənarından eşidilir. Məncə, bunun izahı çox sadədir: onlar mövcudluqlarını bununla sübut etmək istəyirlər.
- Hidayət müəllim, bu məsələnin qanunla tənzimlənmə mexanizmi varmı?
- Əlbəttə. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy normaları haqqında ölkə Prezidentinin fərmanı var. Həmin Fərmana əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy normaları təsdiq edilib. Bir sıra məscidlərdən verilən azan bu normalara uyğun deyil. çünki məscidlərin böyük əksəriyyətində istifadə olunan səsgücləndiricilər köhnəlib, onların istifadə müddəti çoxdan bitib. Bəzi məscidlərdə isə normalara zidd yeni səsgücləndiricilər quraşdırılıb. Təbii ki, məscidlərə tövsiyə verilərkən bütün bunlar nəzərə alınıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

