"Partiyamızın bütün bələdiyyələr üzrə namizədləri mövcuddur"
27.11.2009 [09:29]
“Digər partiyalardan fərqli olaraq, Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərin əksəriyyəti Dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Partiyamızın bütün bələdiyyələr üzrə namizədləri mövcuddur”. Bu sözləri YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bələdiyyə seçkiləri ilə əlaqədar jurnalistlərin suallarını cavablandırarkən deyib. Əli Əhmədov bəzi müxalifət partiyalarının seçki ilə bağlı iddialarının əsassız olduğunu da bildirib.
- Müxalifət partiyalarını təmsil edən deputatlar həmin partiyaların namizədlərinə qarşı təzyiqlərin olduqlarını iddia edirlər. Bildirirlər ki, bir sıra şəxslərin namizədliyi qeydə alınmayıb. Bu iddialara münasibətiniz necədir?
- Bələdiyyə seçkilərində çoxlu sayda partiyaların, o cümlədən də, müxalifət partiyalarının iştirak etməsinə baxmayaraq, onların təmsil etdiyi nümayəndələrin say etibarilə xeyli az olduğu aydın şəkildə nəzərə çarpır. Bu vəziyyətə görə həmin partiyalar tərəfindən nə dairə seçki komissiyalarını, nə də ayrı-ayrı strukturları günahlandırmaq kimi səmərəsiz yol seçilməməlidir”. Əgər müxalifət partiyalarının kifayət qədər nümayəndələri olsaydı, onlar çoxlu sayda namizəd irəli sürərdilər və qeydə alınanlar da çox olardı. Həmin partiyaların az sayda namizədlərinin olmasının günahını nə Dairə seçki komissiyalarında, nə də başqa strukturlarda axtarmaq düzgündür. Əgər xatırlayırsınızsa, 2004-cü ildə keçirilmiş seçkilərdə də eyni hal müşahidə edilirdi. O zaman da bələdiyyə seçkilərində təmsil olunmaq üçün müxalifət partiyalarının yerlərdə insan resurslarının olmamasını açıq şəkildə bildirirdik. 2009-cu ilin seçki mənzərəsi də bunu əyani şəkildə göstərir. Ayrı-ayrı partiyaların öz insan resurslarının məhdudluğunu ört basdır etməkdən ötrü DSK-ları və yerli icra orqanlarını hədəf kimi seçmələrini səmərəli siyasi mübarizə forması saymıram.
- YAP ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri olduğu üçün qanunla İctimai Televeziyada ödənişsiz efir vaxtı almaq hüququ əldə edib. Ancaq digər partiyalardan heç biri bu imkanı qazana bilməyib. 2004-cü ildə də yalnız YAP bu hüququ əldə etsə də, bu imkandan istifadə etmədi. Builki seçkilərdə ödənişsiz efir vaxtı hüququndan istifadə edəcəksinizmi, yoxsa bundan imtina olunacaq?
- Bilirsiniz, əgər söhbət ödənişsiz təbliğatdan gedirsə, bunun məqsədi bir tərəfdən siyasi partiyalara dövlət tərəfindən imkan yaradılması mənası daşıyırsa, digər tərəfdən, debat təşkil etmək məqsədi güdür. İndiki halda YAP partiya şəklində seçkilərdə iştirak edən yeganə siyasi təşkilat olduğundan bu debatı aparmaq imkanı yoxdur. Belə olan halda, YAP-ın verilmiş bu imkandan istifadə etməsi də öz mənasını itirir. Bizim digər partiyaların nümayəndələri ilə diskussiyalar aparmaq imkanımız olmayacaq. Ona görə də, hesab edirəm ki, bu şəkildə televiziyada təşviqat aparmaq öz mənasını itirir. YAP-ın bütövlükdə müəyyənləşdirdiyi konsepsiyada əhəmiyyətli məqamlardan biri ondan ibarətdir ki, seçki təşviqatının bütün ağırlığını yerlərdə keçirək. çünki, bələdiyyə üzvləri yerlərdə seçiləcək. Belə olan halda, təşviqat da həmin bələdiyyənin ərazisində aparılmalıdır ki, namizədlərin həqiqətən bələdiyyə üzvlüyünə layiqli olduğunu bu ərazidə yaşayan insanların diqqətinə çatdıraq.
- Əli müəllim, fərdi qaydada namizədliyini irəli sürən YAP üzvləri də var. Onlara qarşı münasibət necə olacaq?
- Belə namizədlərin sayı çox deyil. Biz yerlərdə rayon və şəhər təşkilatlarının vasitəsilə partiya üzvləri arasında izahat işləri aparmışıq. Bunun da mahiyyəti ondan ibarətdir ki, bütün üzvlər YAP tərəfindən irəli sürülən namizədlərin təşviqatının aparılmasına kömək etməlidirlər. Və onu bildirmək istəyirəm ki, əsas etibarilə bu vəzifənin öhdəsindən gələ bilmişik. YAP üzvlərinin əksəriyyəti namizədlərin təşviqat kampaniyasında iştirak edəcəklər. Az sayda fərdi qaydada bələdiyyələrə namizədliyini irəli sürmüş YAP üzvləri də var. Bu məsələ ilə ciddi şəkildə məşğuluq. Fikrimcə, seçki kampaniyasının məntiqi də onu irəli sürür ki, bir partiya uğurlu seçki kampaniyası aparmaqdan ötrü onun bütün resursları, o cümlədən, insani resurslar bu məqsədə xidmət etməlidir. Əgər hansısa üzvümüz kampaniyanın uğurla aparılmasına maneçilik törədəcəksə, o, özünü partiyadan kənarda qoymuş olur. Bütövlükdə, bu məsələyə biz kütləvi deyil, fərdi qaydada yanaşacağıq və müvafiq qərarlar qəbul olunacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

