/ / Bizim yeganə istəyimiz torpaqlarımızın işğaldan azad olunması və insanların öz yurdlarına qayıtmasıdır
Bizim yeganə istəyimiz torpaqlarımızın işğaldan azad olunması və insanların öz yurdlarına qayıtmasıdır
29.06.2019 [10:53]
Milli Məclisin deputatı Elman Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli prosesinin hazırkı durumu haqqında nə deyə bilərsiniz?
- Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində qətiyyətli mövqeyini, prinsipial siyasətini davam etdirir.
Son zamanlar beynəlxalq ictimaiyyət tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatların səsləndirilməsi, bu istiqamətdə mühüm sənədlərin qəbul olunması Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsini ifadə edir. Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına zidd olan iddiaları isə heç bir nəticə vermir, dünya ictimaiyyəti bu cür iddiaları qəbul etmir. Bütün hallarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil. Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Bu gün hərtərəfli inkişafımızda əldə etdiyimiz uğurlarla yanaşı, informasiya müstəvisində də aktivliyimiz müsbət mənada nəzərə çarpır. Bu, bizim informasiya məkanında əldə etdiyimiz uğurların və ölkə rəhbərinin düzgün, uğurlu siyasətinin nəticəsində mümkün olub.
- Bir neçə gün öncə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Sizcə, görüşdən hansısa nəticə gözləmək olarmı?
- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra həmsədrlər tərəfindən elə də ciddi açıqlamalar olmadı. Həmişəki kimi, bu görüşdə də ümumi detallara toxunuldu. Bildirildi ki, tərəflərin mövqeləri arasında ciddi fərq mövcudluğu var və bu qalmaqda da davam edir. Orada ABŞ tərəfindən maraqlı və təəccüblü açıqlama o idi ki, görüş çox məhsuldar keçdi. Yəni bunu nə bizim, nə də erməni tərəfinin XİN rəhbəri dedi. Axı bu görüşün məhsuldar keçdiyini nə ilə izah etmək olar? Çünki ortalıqda heç bir nəticə yoxdur. Sadəcə olaraq, görüşdə tərəflər öz mövqeyini ortaya qoydu.
Azərbaycan tərəfinin birmənalı olaraq mövqeyi budur ki, ərazilərimiz işğaldan azad olunmalıdır, ərazi bütövlüyümüz təmin olunmalıdır və məcburi köçkünlərimiz, qaçqınlarımız öz doğma yurdlarına qayıtmalıdır. Ermənilərin isə mövqeyi bundan ibarətdir ki, heç bir ərazini işğaldan azad etmək fikrində deyillər. Belə olan təqdirdə, burada hansı məhsuldarlıqdan söhbət gedə bilər? Əgər bu görüşlər elə-belə davam edəcəksə, hesab edirəm ki, bunun bizə heç bir xeyri yoxdur.
Hətta Vaşinqton görüşündə həmsədrlər tərəfindən bir fikir də səsləndi ki, biz cəbhə bölgəsinin təmas xəttində gərginliyin azaldılmasını alqışlayırıq, onun tərəfdarıyıq və xalqları sülhə hazırlamaq istiqamətində iş aparırıq. Bu fikirlərin ikisi də erməninin xeyrinədir. Çünki bu gün işğalçı bizim ərazimizdə oturub. Digər tərəfdən isə axı mən necə sülhə hazır olmalıyam ki, mən soyqırıma məruz qalmışam və ərazilərim işğal altındadır. Təbii ki, ermənilər xalqların sülhə hazırlanmasına razıdırlar. Çünki düşmən dövlət istədiyi qədər torpaq işğal edib. Biz isə o zaman sülhə hazırlaşmalıyıq ki, bizim ərazi bütövlüyümüz təmin olunsun, biz doğma yurdumuza qayıdaq. Əgər sülhə gedən yol müharibədən keçirsə, biz ona hazır olmalıyıq və hazırıq.
- İyunun 26-da Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olundu. Ordumuzun döyüş hazırlığını necə dəyərləndirirsiniz?
- Azərbaycanda ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. İnkaredilməz reallıqdır ki, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib.
Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır.
O da qeyd edilməlidir ki, ötən müddət ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilib. Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Eyni zamanda, Hərbi Dəniz Qüvvələrinin döyüş potensialının gücləndirilməsi istiqamətində də məqsədyönlü işlər görülməkdədir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm və tarixi işlər görülüb. Şübhəsiz ki, güclü ordumuz işğal olunmuş torpaqlarımızı azad etmək iqtidarındadır.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

