“Azərbaycanın müstəqilliyinə gedən yolun əsası Ulu Öndər tərəfindən qoyulub”
11.12.2019 [10:14]
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun SİA-ya müsahibəsi:
- Məlum olduğu kimi, dekabrın 12-si Ulu Öndər Heydər Əliyevin anım günüdür. Siz dahi şəxsiyyətin yaxın silahdaşlarından biri olmusunuz. Ümummilli Liderin Azərbaycan dövləti üçün gördüyü işlər haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- Tarixi şəxsiyyət haqqında danışmaq həm çətin, həm də məsuliyyətlidir. Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndə Azərbaycan keçmiş SSRİ-də öz inkişafına görə ən geridə qalmış respublikalardan biri idi. Məhz Ulu Öndərin hakimiyyətə gəlməsindən qısa müddət sonra görülən işlər nəticəsində Azərbaycan ən qabaqcıl respublikalardan birinə çevrildi. Respublikamız bütün sahələrdə, xüsusilə də kənd təsərrüfatı, sənaye sahəsində böyük dönüş etdi. Heydər Əliyev uzaqgörən və müdrik insan idi. Təbii ki, Təhlükəsizlik Komitəsinin sədri işləyən zaman da Azərbaycanda gedən bütün prosesləri bilirdi. Dönə-dönə vurğulayıram ki, Heydər Əliyev tarixi şəxsiyyət idi. Çünki tarixi məhz şəxsiyyətlər yaradır. Ulu Öndər də Azərbaycanda bir tarix yaradıb. Ümummilli Lider 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Sovet büdcəsi hesabına Bakıda neftayırma zavodlarını yenidən qurdurdu. Düzdür, o vaxt biz keçmiş ittifaqa neft verirdik, amma Heydər Əliyev verdiyimiz neftdən qat-qat artıq SSRİ-nin büdcəsi hesabına Azərbaycanda quruculuq, abadlıq işləri həyata keçirdi. Həmin illərdə respublikamızda nə qədər binalar tikildi, böyük müəssisələr yaradıldı.
- Aqrar sahə haqqında geniş biliyə sahib olan biri kimi, Ulu Öndərin kənd təsərrüfatının inkişafı istiqamətində xidmətləri haqqında nə deyə bilərsiniz?
- Uzun illər bu sahədə çalışan biri kimi, deyə bilərəm ki, Azərbaycanda o dövrdə kənddə yaşayan insanlar kasıb idilər. Mən də həmin dövrdə kənddə yaşayırdım. Hər kəs ağır şəraitdə yaşayırdı. Ulu Öndər insanları həmin ağır vəziyyətdən xilas edərək, onların daha yaxşı yaşamasına imkan yaratdı. Azərbaycan qısa zamanda keçmiş SSRİ-nin tərkibində geridə qalmış aqrar respublikadan inkişaf etmiş respublikaya çevrildi. Həmin illərdə Azərbaycanda zəhməti hesabına avtomobil alanların sayı-hesabı yox idi. Təbii ki, bütün bunlar pambıq, üzüm istehsalından qazanılan gəlirlər hesabına əldə edilmişdi. Çünki bu sahələrdən əldə olunan gəlirlər respublikamızda kənd təsərrüfatının inkişafına, kəndlilərin güzəranının yaxşılaşmasına sərf olunurdu. Məhz bunun nəticəsində həmin illərdə respublikamızda kəndlərdə yaşayanların sosial rifah halı yaxşılaşdı. Azərbaycandan olan Sosialist əməyi qəhrəmanlarının sayı digər respublikalardakından çox idi. Hətta bununla bağlı Ukraynanın birinci katibi Heydər Əliyevdən soruşur ki, necə olur ki, biz Azərbaycandan böyük respublikayıq, amma sizdə Sosialist əməyi qəhrəmanlarının sayı bizdəkindən çoxdur. Ulu Öndər cavab vermişdir: “İndi neyləyim ki, mənim xalqım istedadlıdır”. Bu, böyük göstərici idi. Bu, respublikamızın böyük inkişaf yolunda olduğunu sübut edirdi. Məhz Heydər Əliyevin təşəbbüsü və səyi ilə 1978-ci ildə Azərbaycan Konstitusiyasında dəyişiklik ediləndə dövlət dilimiz Azərbaycan dili olaraq təsdiq edildi. O zaman, bildiyiniz kimi, bütün respublikalarda dövlət dili rus dili idi və heç kim bunu dəyişməyə cürət etmirdi. Bir sözlə, Azərbaycanın müstəqilliyinə gedən yolun əsası Ulu Öndər tərəfindən qoyulub.
- Bəs, Ulu Öndər Naxçıvanı işğaldan necə qorudu?
- Qeyd edim ki, SSRİ-də ən ağır sahələr məhz Heydər Əliyevə tapşırılmışdı və Ulu Öndər həmin vəzifələrin öhdəsindən də yüksək səviyyədə gəlib. Lakin mənfur Qorbaçov hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib M.Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdi. Ulu Öndər həmin dövrdə də Azərbaycanı unutmur, ölkəmizə kömək edirdi. Daha sonra hər kəsin də bildiyi kimi, Heydər Əliyev 1990-cı ildə Azərbaycana gəldi. Lakin həmin dövrdə hakimiyyətdə olan rəhbərlik Onun Bakıda yaşamasına imkan vermədi və O, doğulduğu Naxçıvana getdi. Onu da deyim ki, Ulu Öndər Naxçıvanı erməni işğalından qorudu. Ermənilərin özləri də Heydər Əliyevdən çəkinirdilər. Həmin illərdə Bakıda vəziyyət o qədər də yaxşı deyildi. AXC adlı hərəkat hakimiyyətdə idi, Kommunist Partiyası iflic olmuşdu. AXC-“Müsavat” hakimiyyətinin səriştəsizliyi ölkəni məhv olmaq təhlükəsi ilə baş-başa qoymuşdu. Həmin dövrdə Naxçıvanda da vəziyyət ağır idi. O dövrdə mən də Azərbaycanın deputatı idim. Yəni 1990-cı ildə Ulu Öndər Naxçıvana gələndə hər ikimizə deputat seçilmək qismət oldu. Beləliklə, bəhs edilən zamanda Naxçıvanın dayanıqlığını təmin edən, işğala qarşı çıxan yeganə şəxsiyyət Heydər Əliyev idi. Coğrafiyanı bilənlər təsdiqləyərlər ki, ermənilər Sədərəkdən girib Ordubaddan çıxmaqla Naxçıvanı işğal edə bilərdilər. Məhz Heydər Əliyevin zəkası, ağlı erməniləri yerində oturtdu və işğala imkan verilmədi. Heydər Əliyev Ali Məclisə Sədr seçilən kimi orada Müdafiə Komitəsi yaratdı, daha sonra islahatlara başladı. Bir sözlə, muxtar respublika ağır vəziyyətdə olmasına baxmayaraq, Heydər Əliyev iqtisadi islahatlar apardı, Naxçıvanı qoruyub saxlayaraq yüksək səviyyəyə qaldırdı.
- Naxçıvanı işğaldan qurtaran Ulu Öndər həm də Azərbaycanı dağılmaqdan, parçalanmaqdan xilas etdi. BDU-nun 100 illik yubiley tədbirində Prezident İlham Əliyev də qeyd etdi ki, 1990-cı illərin əvvəllərində AXC-“Müsavat” hakimiyyəti Heydər Əliyevin Bakıya gəlməsi üçün 3 dəfə təyyarə göndərdi.
- 1993-cü ilin iyun ayında Gəncə hadisələri zamanı qan tökülərkən Azərbaycan əhalisi ayağa qalxdı, Ulu Öndəri hakimiyyətə dəvət etdi. Burada bir haşiyə çıxım. Baxmayaraq ki, Heydər Əliyev bir o qədər də partiya yaratmaq istəmirdi, amma Azərbaycan ziyalılarının xahişinə, müraciətinə müsbət cavabından sonra 1992-ci ildə belə bir partiya - Yeni Azərbaycan Partiyası yaradıldı. 16 oktyabrda “Səs” qəzetində 91 ziyalı tərəfindən Heydər Əliyevə edilən müraciətdən sonra 1992-ci ilin 24 oktyabrında Ulu Öndər Heydər Əliyev “Səs” qəzetində onlara cavab verdi. Həmin gün AXC rəhbərləri Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. Bu cür ağır vəziyyətdə Heydər Əliyev Naxçıvanı qorudu. 1993-cü ilin iyun hadisələrindən sonra Azərbaycanın bütün bölgələrində insanlar Ulu Öndərdən Naxçıvandan Bakıya dönməsini təkidlə tələb edirdilər. 5 iyun tarixində Ulu Öndərin arxası ilə təyyarə gəlmişdi. Lakin O getmək istəmirdi. Mən ayın 7-də Bakıya gələrək burada insanların, həqiqətən də, Heydər Əliyevi gözlədiklərinin şahidi oldum. Onların ümidi, nicatı Ulu Öndərə idi. Heydər Əliyev iyunun 9-da Bakıya gəldi və bildiyiniz kimi, ayın 13-də Ali Sovetdə keçirilən iclasda çıxış edərək Gəncəyə getdi. Ayın 15-də isə Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Azərbaycanın və xalqımızın, sözün əsl mənasında, qurtuluşu məhz həmin tarixdən başlayır.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

