/ / Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir
Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir
02.07.2020 [09:42]
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklifi 130 dövlət tərəfindən dəstəklənib. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Bu gün COVID-19 pandemiyası bütün dünya dövlətlərini öz əsarəti altına alıb. Sözün həqiqi mənasında, dünya dövlətləri bu ümumi bəla ilə müharibə vəziyyətindədir. Əslində, biz əsrin müharibəsini yaşayarıq. Bu reallıqda hər bir dövlət öz məsuliyyətini ortaya qoymalıdır. Bu reallıqda dövlətlərin birgə səyləri ümumbəşəri bəlaya qalib gəlməsində çox böyük rol oynaya bilər. Yəni birliyimizə, həmrəyliyimizə, məsuliyyətimizə böyük ehtiyac var. Bu, həm milli səviyyədə, həm regional, həm də beynəlxalq səviyyədə belədir. Bu məntiqdən də çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyev həm milli, həm regional, həm də qlobal səviyyədə pandemiyaya qarşı mübarizədə ardıcıl, sistemli addımlar atır və bu addımlar həm ölkə ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Xüsusilə, cənab Prezidentin mayın 4-də Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas Qrupunun Zirvə Görüşündə pandemiyaya qarşı ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə əlaqədar təşəbbüsü çox böyük beynəlxalq rezonansa səbəb oldu. Cənab Prezidentin bu təşəbbüsü may ayının 13-də Nyu-Yorkda Qoşulmama Hərəkatının koordinasiya bürosunda müzakirə olunub və yekdilliklə dəstəklənib, Qoşulmama Hərəkatının adından BMT Baş katibinə müraciətin qəbul edilməsi razılaşdırılıb. Bunun ardınca Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Sədri olaraq BMT Baş katibinə müraciət edib və bu müraciət BMT Baş katibliyi səviyyəsində qəbul edilib.
Ümumiyyətlə, BMT Nizamnaməsinin 20-ci maddəsindən çıxış edərək 3 halda xüsusi sessiyanın çağırılması mümkündür. Birincisi, BMT Təhlükəsizlik Şurasının üzvləri, ikincisi, Baş Assambleyanın üzvlərinin mütləq əksəriyyəti xüsusi sessiyanı tələb etməlidir. Üçüncüsü isə BMT-nin üzvü olan istənilən dövlətin təşəbbüsü əksəriyyət tərəfindən dəstəkləndiyi halda xüsusi sessiya çağırıla bilər.
Azərbaycan Prezidentinin bu təşəbbüsünü artıq 130-dan çox dövlət dəstəkləyib. Bu təşəbbüsü yeganə dəstəkləməyən Ermənistan olub. Bu ölkənin BMT yanındakı nümayəndəliyi Baş katibə məktubla müraciət edərək bu təşəbbüsün həyata keçirilməsinə lüzum görmədiyini bildirib. Yəni Ermənistan dövləti bütün dünyanı hədələyən, bəşəriyyəti ölümlə hədələyən bəlaya qarşı ümumi mübarizə prosesində bu cür unikal təşəbbüsü dəstəkləməkdən imtina edir. Bununla da özünü bütün dünyanın gözündə ifşa edir ki, Ermənistan hansı hansı mahiyyətli dövlətdir: Ermənistan faşist mahiyyətli dövlətdir və ondan bundan artığını gözləmək mümkün deyil.
- BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması proseduru necədir? Hansı hallarda xüsusi sessiya çağırıla bilər?
- Bilirsiniz ki, Azərbaycanın təşəbbüsünü Qoşulmama Hərəkatının üzvləri, Avropa İttifaqının aparıcı dövlətləri, Afrika, Asiya, Latın Amerikası ölkələri müdafiə edib. Cənab Prezidentin dediyi kimi, Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin bizim sözümüzün mənası və çəkisi böyükdür. Bəli, Azərbaycan dövlətinin və onu ali rəhbərinin sözünün mənası və çəkisi olduqca böyükdür. Dünyanın təhdid olunduğu bir reallıqda hər bir dövlət və lider öz simasını ortaya qoyur. Bu gün sözün həqiqi mənasında Azərbaycan dövləti, onun lideri cənab İlham Əliyev bütün dünya üçün bir nümunədir. Çoxları güman edirdilər ki, yəqin ki, dünyanı təhdid edən ümumbəşəri bəlaya qarşı mübarizədə ən böyük öhdəliyi üzərinə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Fransa, Rusiya, Böyük Britaniya və virusun yayıldığı Çin götürərək analoji təşəbbüslə çıxış edəcək. Amma belə olmadı. Bu təşəbbüslə Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış etdi. O dövlət ki, iki il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, iki dəfə bu quruma sədrlik edib. Bütün bu amillər göstərir ki, bu gün beynəlxalq ictimaiyyət arasında Azərbaycanın, onun Prezidenti cənab İlham Əliyevin çox böyük nüfuzu var. Dövlətimizin başçısının hər bir təşəbbüsü beynəlxalq aləmdə çox ciddi rezonansa səbəb olur, təşəbbüsləri birmənalı şəkildə dəstəklənir.
- Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizəyə nə kimi töhfələr verəcək?
- Yəqin ki, postpandemiya dövründə “əsrin müharibəsi” hesab edilən COVID-19-a qarşı mübarizə məsələlərində hansı dövlətin, hansı liderin və hansı xalqın hansı davranışı ortaya qoyduğu geniş müzakirə olunacaq. Bu müzakirələr artıq bu gün başlayıb və bütün dünya bir daha etiraf edəcək ki, beynəlxalq səviyyədə pandemiyaya qarşı mübarizə prosesinin qəhrəmanı Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyevdir.
Bu mübarizənin ən böyük əhəmiyyəti ondadır ki, bu, təkcə, Azərbaycanı bu bəladan hifz etmir. Bu təşəbbüs qlobal səviyyədə pandemiyaya qarşı mübarizə prosesinə çox böyük töhfə verir. İlk növbədə, bəlaya qarşı iqtisadi səylərin birləşməsi mənafeyinə xidmət edir, daha çox əziyyət çəkən kasıb ölkələr dəstəyi özündə ifadə edir. Bundan əlavə, tibbi səylərin birləşdirlməsini özündə ehtiva edir. Çünki nə qədər peyvənd tapılmayıb, dünya üçün təhlükə davam edəcək. Peyvənd tapılsa belə, bütün üzv dövlətlər üçün əlçatan olacaqmı? Bu proses necə gedəcək? Bunlar aktualdır. Sessiyada bu sualların cavabları da tapıla bilər.
Bütün dünya şahidlik edəcək ki, heç bir dövlətin irəli gəlib bu ümumi bəlaya qarşı mübarizə prosesində ən yüksək səviyyədə, BMT Baş Assambleyası səviyyəsində ideya, təşəbbüs ortaya qoymadığı reallığında, bir çoxları özünə qapanıb izolyasiya yolunu seçdiyi reallığında, bir çox böyük dövlətlərin geosiyasi maraqlarının yenidən üzə çıxdığı reallığında, Azərbaycan dövləti, onun Prezidenti İlham Əliyev bütün ölkələri həmrəyliyə, böyük məsuliyyət ortaya qoymağa çağırır. Bu çağırışın əsas fəlsəfəsi odur ki, gəlin birləşək, um-küsü kənara qoyub, geosiyasi ambisiyanı kənara qoyub gözəgörünməz düşmənə qarşı birgə mübarizə aparaq. “Biz birlikdə güclüyük”,-deyən cənab Prezidentin bu çağırışı qlobal miqyasda böyük əhəmiyyət və məna kəsb edir. Bu təşəbbüsün özünə “biz birlikdə güclüyük” məntiqindən çıxış edərək qiymət vermək lazımdır. BMT-nın 193 üzv dövləti bir yerdə olub ümumi bəlaya qarşı bir mövqedən çıxış edərsə, biz mütləq qalib gələ bilərik.
Bütün bunlar onu göstrir ki, Azərbaycan dövləti bu tarixi sınaqdan üzüağ çıxdı və gələcək nəsillər qarşısında üzüağdır. Sözün həqiq mənasında, Azərbaycan dövləti ümumi bəlaya qarşı mübarizə prosesinə çox böyük töhfələr verən dövlət kimi özünü dünyaya nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

