Beynəlxalq birlik Ermənistanın təxribatlarına son qoyulması üçün konkret addımlar atmalıdır
08.09.2020 [09:52]
Milli Məclisin deputatı Müşfiq Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Müşfiq müəllim, son zamanlar işğalçı Ermənistan təxribatçı hərəkətlərini artırmaqdadır. Sizcə, bu təxribatları törətməklə erməni tərəfi hansı məqsəd güdür?
- Ümumiyyətlə, Ermənistanın daxili siyasətində vəziyyət çox gərgindir. Son zamanlar Ermənistanda gərgin sosial-iqtisadi, demoqrafik vəziyyət hökm sürür. Ölkənin siyasi sistemi bərbad vəziyyətdədir. Bu durumda Ermənistan rəhbərliyi yarıtmaz siyasətini ört-basdır etmək və xalqın, ictimaiyyətin diqqətini xarici düşmən obrazına yönəltmək üçün müxtəlif provokasiyalara əl atdı.
Ermənilər dəfələrlə Azərbaycana hərbi təcavüz ediblər, türklərə qarşı soyqırımlar törədiblər. Bütün bunlar təsadüfi deyil və ermənilər bu addımları planlı şəkildə həyata keçiriblər. Bunun arxasında türk düşmənçiliyi ilə yanaşı, “Böyük Ermənistan” ideyası da dayanır. Ermənistanın məkrli planlarının əsası budur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonunu işğal altında saxlayan düşmən ölkə yeni münaqişə zonaları yaratmaq arzusundadır. Məhz bu məqsədlə də təxribata əl atır. Əsas qayə isə Gəncə şəhərini hədəf kimi göstərərək daxildə öz xalqını yeni ərazi iddialarına həvəsləndirməkdir. Bu bəyanatı verən Ermənistan özünü dünyaya faşist dövlət kimi təqdim edir. Mənfur qonşularımız hər zaman beynəlxalq hüququn prinsip və normalarına, beynəlxalq ictimaiyyətə və demokratiya qanunlarına etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərinin azad olunması barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qaçırır. Ermənistan beynəlxalq öhdəlikləri açıq şəkildə pozmaqda davam edir və ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması prosesini davam etdirirlər. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qurulmuş saxta, qondarma rejimin rəhbəri Livandan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib. Hətta Ermənistanın ictimai radiosunun yaydığı xəbərə görə, artıq Livandakı bir neçə ailə bölgədə yerləşdirilib. Bu qanunsuz məskunlaşma, həmçinin Azərbaycana məxsus olan torpaqlarda aparılan tikinti işləri dayandırılmalı, beynəlxalq normaları pozan düşmən dövlət məsuliyyətə cəlb olunmalıdır.
- Azərbaycan cəmiyyəti beynəlxalq birliyin, xüsusilə ATƏT-in Minsk qrupunun Ermənistanın təxribatlarına münasibət bildirməsini tələb edir. Bu barədə nə deyə bilərsiniz?
- Biz gözləyirik ki, ATƏT-in Minsk qrupu Ermənistanın bu seperatçı davranışına qarşı əməli tədbir görsün, eləcə də işğalçı ölkə rəhbərliyindən dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət göstərərək BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən 4 qətnaməsini qeyri-şərtsiz icra etməsini tələb etsin. Düşünürəm ki, Nikol Paşinyanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi, orada döyüş postlarını gəzib bəyanatlar verməsi bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti heç bir sülh danışıqlarına razı deyil. İşğalçı ölkənin hakimiyyəti qanunsuz davranışlarını davam etdirir.
İşğalçı niyyətini açıq aşkar ortaya qoyan Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda, Azərbaycan torpaqlarında “təntənəli” mərasim keçirib və generalımız Polad Həşimovun da şəhid olduğu Tovuzdakı iyul döyüşlərinin iştirakçılarına müxtəlif medal və ordenlər, kapitan Ruben Samayana isə şəxsən “milli qəhrəman” mükafatı verib. Görünən odur ki, Paşinyan öz sələflərinin və faşist babasının faşizmə olan dəstəyini davam etdirib daha da möhkəmlənməsinə çalışır. Artıq mötəbər beynəlxalq birlik və təşkilatlar Ermənistan dövlətinin işğalçı mövqeyini, terrorizmə olan dəstəyini görməli və ifşa etməlidir.
- Bu yaxınlarda Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri keçirilib. Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərində hərbi əməkdaşlıq nə kimi əhəmiyyət kəsb edir?
- Azərbaycan-Türkiyə əlaqələrində hərbi əməkdaşlıq da mühüm yer tutur. Bilirsiniz ki, hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var.
İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir. Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr, üçüncüsü isə Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır.
İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.
Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. Belə ki, iki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

