Ermənistana təzyiqlər olarsa, gözləntilər də daha çox olar
06.04.2010 [09:46]
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SİA-ya müsahibəsi:
- Tükiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfər edəcəyi artıq dəqiqləşib. Aprelin 12-13-də keçiriləcək enerji təhlükəsizliyi sammitinə Ermənistan prezidenti Serj Sarkisyan da dəvət olunub. Sammit çərçivəsində R.T.Ərdoğanla Sarkisyanın görüşü planlaşdırılır. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözləniləndirmi?
- Hesab edirəm ki, Türkiyə Baş nazirinin ABŞ-a səfəri və orada aparacağı danışıqlarda ağırlıq mərkəzi Dağlıq Qarabağ münaqişəsi üzərində olacaq. çünki Türkiyənin Ermənistanla sərhədləri açmaması bu gün Ankara ilə Vaşinqton arasında çox ciddi qarşıdurmanın yaranmasına səbəb olub. Türkiyə sərhədin açılmasında əsas maneə kimi Dağlıq Qarabağ probleminin həll edilməməsini göstərib və bu, haqlı mövqedir.
Qarşıdurmanın aradan qaldırılması üçün həm Obama-Ərdoğan, həm də gözlənilən Sarkisyan-Ərdoğan görüşündə Dağlıq Qarabağ probleminin müzakirə olunacağını əminliklə söyləmək olar.
- Elə isə, münaqişənin həlli istiqamətində bu müzakirələrdən sonra nəyəsə ümid etmək olarmı?
- Ermənistana təzyiqlər olarsa, gözləntilər də daha çox olar. ABŞ, eyni zamanda, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan Fransa və Rusiya İrəvana təzyiqlərini artırmalıdır. Bu ölkələr Ermənistanı konstruktiv mövqedən çıxış etməyə sövq etməlidirlər, əks təqdirdə aparılan danışıqlar səmərə verməyəcək. Türkiyənin birmənalı mövqeyi də ondan ibarətdir ki, Ermənistanla münasibətlərin normallaşması, eyni zamanda, Cənubi Qafqazda sabitliyin əldə olunması üçün birinci növbədə Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. ABŞ öz nüfuzundan istifadə edərək münaqişənin həlli istiqamətində prosesi sürətləndirə bilər. Perspektiv budur ki, ABŞ öz siyasətində təzyiq mövqeyinə keçsə, Ermənistana, erməni lobbisinə qarşı sərt mövqe ortaya qoysa, təbii ki, müəyyən nəticəyə nail olmaq mümkündür. Bu baxımdan Obama-Ərdoğan danışıqlarının necə nəticələnəcəyi ABŞ-ın mövqeyi ilə birbaşa əlaqədardır.
- Minsk qrupu həmsədrlərinin Ermənistanda keçirdiyi son görüşlər və İrəvan tərəfindən Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməməsi göstərdi ki, Ermənistan əvvəlki mövqeyində qalır. Prosesin bundan sonrakı gedişatını necə qiymətləndirirsiniz?
- Baxmayaraq ki, Madrid prinsiplərinin yenilənmiş variantı tamamilə Azərbaycanın maraqlarına uyğun deyil, Azərbaycan bu prinsipləri qəbul edib. Bununla da Azərbaycan konstruktivlik nümayiş etdirib. Ermənistan isə Madrid prinsiplərinin bir neçə bəndindən imtina etməklə, əslində, bütövlükdə həmin prinsiplərin söykəndiyi təməli dağıdıb. Bu, nəticə etibarilə həmin prinsiplərin işlənilməsinə maneə olacaq. Azərbaycan ən kompromis variant kimi mövqeyini bildirib.
Ermənistan təəssüf ki, mövqeyindən əl çəkmir və bu da dediyim kimi bu ölkəyə işğalçı siyasətinə görə təzyiq göstərilməməsi ilə bağlıdır.
- ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin ardınca İsveç parlamenti də qondarma “erməni soyqırımı”nı qəbul etdi. Necə hesab edirsiniz, burada Türkiyə daha çox itirdi, yoxsa ermənilərə himayədarlıq edərək qazanmaq istəyən ABŞ və İsveç?
- Düşünürəm ki, qondarma “erməni soyqırımı”nı kimin qəbul etməsindən asılı olmayaraq, son söz Türkiyənindir. Qəbul edilən qərarların Türkiyəyə heç bir dəxli yoxdur, bunu rəsmi Ankara da bəyan edib. Ermənistanın bu cür təcavüzkar siyasəti ermənilərin bölgədəki taleyinə mənfi təsir göstərir. Bu baxımdan “soyqırım” qərarlarının qəbul edilməsi nəinki Türkiyənin, daha çox Ermənistanın və onun havadarlarının ziyanınadır.
- Xeyli vaxtdır ki, cəmiyyətdə müzakirə olunan “Diffamasiya haqqında” qanun bir neçə gün bundan əvvəl parlamentin iclasında da ciddi müzakirələrə səbəb oldu. Bu məsələ, eyni zamanda, Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı münasibətiniz necədir?
- Azərbaycanda “Diffamasiya haqqında” qanuna ehtiyac yoxdur. Bu qanunun qəbul olunmasını bizdən istəyən Avropanın ən yüksək inkişaf etmiş ölkələrində belə sözügedən qanun qəbul edilməyib. Ona görə də, biz Azərbaycanı hansısa qüvvələrin təcrübə meydanına çevirə bilmərik. Əgər o qədər yaxşı şeydirsə, niyə özləri qəbul etmirlər. Seçki Məcəlləsinə gəlincə, hesab edirəm ki, onun ya dəyişilməsinə, ya da yenidən işlənilməsinə heç bir ehtiyac yoxdur. Məcəllə indiki şəraitdə tamamilə işləkdir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

