Zərifə xanım Əliyeva səhiyyə tariximizdə müstəsna yeri olan korifey idi
27.04.2010 [09:45]
Azərbaycan Dövlət Tibb Universitetinin I Uşaq Xəstəlikləri Kafedrasının müdiri, akademik Adilə Namazova www.yap.org.az. saytına müsahibə verib:
- Adilə xanım, aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümüdür. Azərbaycanın tibb elminə böyük töhfələr vermiş bu insanı necə xatırlayırsınız?
- Dünya təbabətində, eləcə də, minilliklərdən qaynaqlanan Azərbaycan tibb elmində parlaq iz qoymuş, kəsərli sözünü demiş, öz dövründə yaşayaraq fitri elmi müdrikliyi ilə gələcəyə çox faydaları və əbədiyaşar elmi-təfəkkür körpüsü salmış korifeylərimiz sayca çox deyil. Lakin onların ümman qəlbinin, kainat tutumlu təfəkkürünün çırağında, nurunda, enerjisində, elmin, ziyanın, biliklərin əsrarəngiz və ecazkar sehri, möcüzəsi gizlənir.
Bu gün biz dünyamızın mənəvi kamilliyinin ən uca zirvəsində dayanaraq öz ziyası ilə bəşəriyyəti işıqlandıran, müqəddəs xatirəsi milyonlarla insanların qəlbinə, beyninə, ürəyinə isti bir məlhəm kimi axan qüdrətli bir şəxsiyyətin, heyrətamiz elm fədaisinin, insanların təkcə gözlərinə yox, şüuruna, həyatına, taleyinə gur işıq seli axıdan böyük bir insanı - akademik Zərifə xanım Əliyevanı xatırlayırıq. Həkim, əsilzadə, xanım-xatın, nəcib və zərif bir Azərbaycan qadınının obrazı gözümüz qarşısında canlanır. Adı-ünü dünyalarca tanınan, böyük bir nəslin layiqli övladı, öz övladlarına dünyada ən nümunəvi sayılmağa layiq, istəkli, kövrək bir ana görürük. Dünyanın bütün şöhrət və zirvələrini fəth etmiş qüdrətli ömür-gün yoldaşı, ümummilli liderimiz Heydər Əliyevin ən layiqli, mehriban, sadiq, dəyanətli dostu, ismət mücəssəməsi, böyük hərflərlə yazılan ANA! Bir elin, bir xalqın pərvanəsi Zərifə xanımı xatırlayırıq. Zərifə xanım Əliyevanın həyat yolu çoxşaxəli, şərəfli olmuşdur. O, sıravi həkimlikdən tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlüyünə-akademikliyə qədər, oftalmologiya kafedrasının müdiri vəzifəsinə qədər yüksəlmişdir.
- Zərifə xanımın oftalmologiya elminin inkişafındakı xidmətləri haqqında nə deyə bilərsiniz?
- Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür. Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, həmçinin, gözəl insan olan Zərifə xanım milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə, tibb işçilərinin hazırlanmasında böyük əmək sərf etmişdir.
Onun əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə, elm sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqdadır. Zərifə xanım Əliyevanın çox müsbət aurası var idi. Səhiyyə tariximizdə müstəsna yeri olan Zərifə xanım oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları olub. O, tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Zərifə xanım oftalmologiyanın müasir problemlərinə dair bir sıra sanballı tədqiqatların, “Terapevtik oftalmologiya”, “İridodiaqnostika”nın əsasları kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 140-dan artıq elmi əsərin, 12 səmərələşdirici təklifin müəllifidir.
- Zərifə xanım Əliyevanın elmi əsərlərində yeniliklər cəmiyyətimizə hansı töhfələri verib?
- Zərifə xanım novator, uzaqgörən alim idi. Onun elmi araşdırmalarının nəticələri bu gün də çox aktualdır. O, ilk dəfə olaraq dünyada analoqu olmayan on böyük sənaye müəssisələrində: Bakı ŞİN, Yod və Məişət maşınqayırma zavodlarında, Sumqayıt üzvü sintez birliyində, Mingəçevir “İzolit” və rezin texniki zavodunda, Gəncə gil-torpaq kombinatında müxtəlif peşə və zərərli faktorların görmə üzvünə, daxili orqanlara (ağciyərlərə, böyrəklərə, qara ciyərə) biokimyəvi təsiri mexanizmini müayinə edərək bir sıra yeniliklər əldə etdiyi məlumatlar əsasında tibb elmləri doktorluq dissertasiyasını da müdafiə etmişdir.
ümumiyyətlə, Zərifə xanım Əliyeva dünya təcrübəsində ilk dəfə olaraq konserv zavodunda xüsusi elmi-tədqiqat laboratoriyası təşkil etmişdir. Orada müasir həssas müayinə cihazları ilə işçilərin görmə qabiliyyətinin funksional vəziyyətini öyrənərək baş vermiş göz xəstəliklərinin müalicə və profilaktikası üsulları haqqında öz konsepsiyasını irəli sürmüşdür. Bu konsepsiyanın həyata keçirilməsi nəticəsində minlərlə mühəndis, fəhlələrin görmə qabiliyyəti yaxşılaşmış, onlar nur tapmışdılar. Zərifə xanım Əliyevanın elmi araşdırmalarının yeniliyinə, tibbi təcrübədən faydalı olmasına görə ona Averbax mükafatı da verilmişdir.
- Zərifə xanımın tibb işçilərinə əsas tövsiyəsi nədən ibarət idi?
- Yüksək intellektə, geniş erudisiyaya, zəngin mədəniyyətə, dərin biliyə malik həkim, pedaqoq alim, gözəl insan akademik Zərifə xanım Əliyeva çoxsaylı əsərlərində həkimlərin, tibb işçilərinin həm ixtisasının artmasına, biliyinin zənginləşməsinə, həm də etik mənəvi cəhətdən sağlam olmasına çalışırdı. Onun əsərləri ölməzdir. çünki bugünkü gündə də göründüyü kimi bu əsərlər və mövzular çox aktualdır, dünyəvidir. Zərifə xanım həmişə həkimlik peşəsini çox uca tuturdu, həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”. Əslində, Zərifə xanım özü yüksək mənəviyyata malik bir günəş idi.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50

