İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri böyük sürətlə həyata keçirilir
23.02.2021 [09:35]
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı www.yap.org.az saytına müsahibə verib:
- Məlahət xanım, hazırda işğaldan azad edilmiş ərazilərdə sürətlə quruculuq-bərpa işləri həyata keçirilir. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Bu gün Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.
Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə növbəti səfəri də bir sıra vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması ilə yadda qaldı. Prezident İlham Əliyev, ilk növbədə, Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu hadisənin əhəmiyyəti olduqca böyükdür. Bu dəmir yolu xətti nəinki ölkəmizin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Ümumi uzunluğu 100 kilometr olan bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ən mühümü isə odur ki, bu infrastruktur Türkiyəyə qədər uzanmaqla Bakı-Tbilisi-Ceyhandan sonra Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi olacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək.
Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları ona növbəti mərhələyə keçmək imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına da töhfə verə bilər. Bu isə böyük bir regionda Azərbaycanın strateji əhəmiyyətini artıracaq, o cümlədən iqtisadi potensialına təkan verəcək. Dövlətimizin başçısının işğaldan azad edilən bütün şəhərlərin baş planlarının hazırlandığını bildirməsi yaxın gələcəkdə bu ərazilərdə ciddi şəhərsalma fəaliyyətinə start veriləcəyinin və yerli yol-nəqliyyat infrastrukturunun qurulacağının anonsu kimi qiymətləndirilə bilər.
- Azad olunmuş ərazilərin bərpasında yeni, müasir texnologiyaların, layihələrin tətbiq olunması nəzərdə tutulur. Bunun əhəmiyyəti nədən ibarətdir?
- Prezident İlham Əliyev bərpa olunacaq ərazilərdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi barədə öz fikirlərini bölüşdü. Bu isə dövlətimizin başçısı tərəfindən xalqımızın Qarabağın “ağıllı region” kimi inkişafı ilə bağlı istəklərinə cavab verməsi deməkdir. Bu istiqamətdə Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” layihəsinin icrasına başlanılması da xüsusi əhəmiyyətə malikdir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu yolla ölkəmiz daha geniş aspektdən alternativ enerjinin tətbiqini reallaşdırmış olacaq. Ümumilikdə isə layihənin spektri çox geniş olmaqla yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi bir sıra zəruri sahələri əhatə edir.
“Ağıllı” şəhər və kəndlərin fəaliyyəti smart cihazlardan əldə olunan məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar və ya avtomobillərdəki sensorlar da ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyənləşdirə və lazımi infrastruktur işlərinə start verə bilərlər. Hazırda bir çox “ağıllı şəhər”lərin bütün evlərində yalnız günəş enerjisindən istifadə olunur. Əsas nəqliyyat vasitələri isə elektriklə işləyən avtomobillərdir. Bu şəhərlərdə küçələr sensorlu işıqlandırma sistemləri ilə təchiz edilib. Bunların isə əhəmiyyəti böyükdür. Zamanla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının bütün ölkə üzrə reallaşdırılması daha yüksək yaşam standartlarının tətbiqinə, kənd təsərrüfatında və istehsalatda yeni innovasiyalar sayəsində ciddi inkişafa, bütövlükdə isə enerji resurslarından səmərəli istifadəyə gətirib çıxara bilər. Bu məqsədlə Qarabağ bölgəsində həyata keçirilən faktiki layihələr gələcəkdə bütün ölkə üçün pilot layihə kimi baza rolunu oynaya bilər. Bütövlükdə, bu tipli layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.
- Ermənistanda revanşist qüvvələr təxribatçı bəyanatlarla çıxış edirlər. Buna münasibətiniz necədir?
- Bəli, biz bu gün müşahidə edirik ki, Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələr var. Ölkəmizin geosiyasi əhəmiyyətinin və iqtisadi gücünün artması bölgədə sülhün, sabitliyin təmin edilməsi üçün də böyük əhəmiyyətə malikdir. Bu güc Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələrin önünü kəsmək üçün zəruridir. Ermənistan Azərbaycanı növbəti təxribatlarla, yeni müharibə ilə hədələməyə çalışır. Bu cür revanşist və faşist yanaşmalar artıq öz əhəmiyyətini itirməyə başlayıb. Zamanla regional layihələr icra edildikcə Ermənistan belə münasibətdən əl çəkməli, öz məğlubiyyətini qəbul etməlidir. Çünki artıq Ermənistan ordusu yoxdur, məhv edilib. Digər tərəfdən isə Ermənistanın artıq iqtisadi və sosial potensialı da qalmayıb.
Regionda bu potensiala sahib olan və tranzit əlaqələri təmin edən ölkə Azərbaycandır. Bütün iqtisadi maraqlar Azərbaycanın ərazisində kəsişdiyinə görə burada bütövlükdə regionun təhlükəsizliyi məsələsi önəm daşıyır. Ermənistanın bu cür münasibəti bütün region üçün təhdid deməkdir və bu yolu seçməklə növbəti dəfə öz dezinteqrasiyasının mənfi nəticələrini görəcək. Ermənistanda artıq anlamalıdırlar ki, erməni faşizminin mövcud şəraitdə - regional maraqlar və təhlükəsizlik çərçivəsində bir daha baş qaldırması qeyri-mümkündür, belə addımların nəticəsi onlar üçün daha acınacaqlı ola bilər. Erməni tərəfi başa düşməlidir ki, onların başqa çıxış yolu yoxdur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

