/ / Bəhruz Quliyev: Hitler Almaniyasının məğlubiyyətində bu müharibədə çiyin-çiyinə vuruşan Qafqaz xalqlarının da rolu olmuşdur
Bəhruz Quliyev: Hitler Almaniyasının məğlubiyyətində bu müharibədə çiyin-çiyinə vuruşan Qafqaz xalqlarının da rolu olmuşdur
08.05.2010 [13:15]
- Siz bu yaxınlarda Rusiyanın Tuapse şəhərində keçirilən “Birlikdə qazanılmış böyük qələbə: Qafqaz Böyük Vətən müharibəsi illərində” forumundan qayıtmısınız. Xahiş edirik ki, forum haqda təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Konfrans çox yüksək səviyyədə keçirildi. Orada Şimali Qafqazın və üç Cənubi Qafqaz ölkəsinin - Azərbaycanın, Ermənistanın və Gürcüstanın bütün bölgələrindən nümayəndə heyəti iştirak edirdi. Qafqazın, demək olar ki, hər yerindən bu forumda Böyük Vətən müharibəsi veteranlarının iştirakı təşkilatçıların böyük uğurudur. Biz qürurla deyə bilərik ki, Azərbaycandan bu möhtəşəm tədbirdə iştirak edən Böyük Vətən müharibəsi veteranları B.Məmmədov və D.Nəbiyev burada ölkəni lazımi səviyyədə təmsil etmişlər. Onlardan biri Şimali Qafqazdan Berlinə kimi döyüşlərdə iştirak etmiş, digəri isə təyyarəçi olmuş, düşmən mövqelərinə 42 uçuş həyata keçirmişdir. Onların hər ikisi həyatsevərliyi və müsbət enerjiləri ilə konfrans iştirakçılarının rəğbətini qazanmışlar.
- Bu konfrans zamanı yadınızda daha çox qalan nə oldu?
- Ən böyük təəssüratım ilk əvvəl, Krasnodar vilayətinin rəhbərliyi və Tuapse sakinlərinin konfrans iştirakçılarına olan Qafqaz qonaqpərvərlikləri ilə əlaqədardır. Mən tez-tez tədbirlərdə iştirak edirəm, amma Tuapsedə keçirdiyim günlər tədbirin məna tutumu ömürlük yaddaşımda həkk olunacaq.
- Konfransın gedişatında toxunulan məsələlərdən ən aktualı, sizcə, hansılardır?
- Bilirsiniz, ümumilikdə məruzələr, çıxışlar aktual və obyektiv idi. Qeyd olunurdu ki, müharibənin əsas yükü rus xalqının üzərinə düşürdü, amma onunla yanaşı, Hitler Almaniyasının məğlubiyyətində bu müharibədə çiyin-çiyinə vuruşan Qafqaz xalqlarının da rolu olmuşdur. Dağıstandan, Qaraçay-çərkəzdən və Kabardin-Balkar vilayətlərindən olan məruzəçilərin çıxışlarında 1942-1943-cü illərdə Qafqaz ətrafında yaranmış vəziyyətin müfəssəl təhlili aparılıb. Demək olar ki, bütün məruzələri müsbət qiymətləndirsəm də, ermənistanlı Larisa Alaverdiyanın Azərbaycana qarşı yersiz çıxışlarını qeyd etməliyəm. Qeyd etmək lazımdır ki, Ermənistandan olan bütün məruzəçilərin çıxışları guya ki, 1915-ci il Osmanlı imperiyasında baş vermiş “erməni soyqırımı”na eyhamlarla bol idi. Yəqin onlar elə düşünürlər ki, konfransın “Qafqaz Böyük Vətən müharibəsi illərində” mövzusuna, həmçinin, Qafqazdan kənarda I Dünya müharibəsi zamanı baş vermiş uydurma məqamları da daxil etmək olar. L.Alaverdiynanın məruzəsində hamını bezdirmiş yalançı “soyqırımı” mövzusu ilə yanaşı, Azərbaycanın bostanına daş atmaq cəhdləri oldu. Onun çıxışından sitat gətirim: “Bu gün iki erməni marşalının vətəni Şamxor rayonunun çardaxlı kəndində, ölkənin adını çəkmək istəmirəm, abidələri vəhşicəsinə dağıdılmışdır”. Bizim nümayəndə heyəti zalı tərk etmək istəsə də, həmkarımız Rauf Həsənov cavab verməyi üstün tutdu. O, belə çıxışların forumun işinə neqativ təsir göstərdiyini bildirərək, xatırlatdı ki, 1970-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev vaxtilə çardaxlı kəndində doğulan Baqramyan və Babacanyanın xahişlərini yerə salmayıb, onların həmyerlilərinin sosial problemlərinin həllinə çalışmışdır. R.Həsənov cavab olaraq dedi ki, “çardaxlı kəndi haqqında danışanda, siz məhz bunu yada salmalı idiniz. Vəhşilik sözünə gəldikdə isə, bu, daha çox Xocalı şəhərinin məhvinə aiddir, nəinki çardaxlı kəndindəki abidələrə.” Bu an maraqlı məqam baş verir və bu vaxta kimi susan Rusiya prezidenti administrasiyasının idarə rəhbəri Sergey Vinokurov “tərəfsiz hakim” kimi çıxış etmək qərarına gəlir. O, qeyd etmişdir ki, Alaverdiyanın məruzəsində Azərbaycan tərəfinin emosional reaksiyasına səbəb olan bir məqam görmür. Bu an cənab Vinokurov öz sələfi Azərbaycanda özü haqqında xoş olmayan xatirələr qoyan Modest Kolerova bənzəyir. Bu, klassik bir sxemdir: Ermənistan təxribata çəkir - Azərbaycan cavab verir - Rusiya Ermənistanın tərəfini tutur. Məncə, düşünməyə dəyər.
- Bəs digər konfrans iştirakçıları Ermənistan tərəfinin bu təxribatçı çıxışına necə reaksiya verdilər?
- İlk əvvəl, mənə elə gəldi ki, zaldakıların çoxu bu məqama heç fikir vermədilər. Lakin konfransdan sonra, ziyafət zamanı Gürcüstan və Cənubi Qafqazın ayrı-ayrı bölgələrindən olan konfrans iştirakçıları bizim Ermənistan məruzəçisinə cavabımızı alqışladıqlarını bildirdilər.
- Bu böyük Qələbənin 65 illiyi ərəfəsində veteranlara nə arzu edərdiniz?
- Bu müharibənin hər günü bir qəhrəmanlıq idi. Qəhrəmanlıqların tarixi veteranların qürurla sinələrinə taxdıqları orden və medallarda həkk olunub. Vətənlərinin çağırışı ilə təxminən 700 min Azərbaycan oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində vuruşub və gələcək nəsillər üçün bir örnək yaratmışdılar. Əfsuslar olsun ki, veteranların sıraları ildən-ilə seyrəlir. Bu gün mən onlara və onların yaxınlarına uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayıram. Biz isə, öz növbəmizdə, onlara daha çox qayğı və diqqət ayırmalıyıq. Axı onlar Vətənimiz Azərbaycanın qızıl fondudur!
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

