Onları 100.000 manata da satmaram
17.12.2021 [11:07]
Günel Abbas
Müsahibimiz Elmir Mədətoğlu kimi tanınan istedadlı bəstəkar Kərimov Elmirdir. O, 1984-cü ildə Astara rayonunda dünyaya göz açıb. Ali təhsilini Lənkəran Dövlət Universitetinin Pedaqogika və Psixologiya ixtisası üzrə alıb. Ancaq musiqiyə olan marağı və sevgisi Elmir bəyi bu sahədən ayrılmağa qoymayıb. Onunla söhbət etməyimiz təsadüfi deyil. Belə ki, qonağımız Vətən müharibəsinin hər gününə bir mahnı həsr edib. Gəlin 44 günlük müharibənin bütün izlərini özündə əks etdirən 44 bəstənin müəllifini yaxından tanıyaq...
İlk musiqimi toy müğənnilərinə verdim
- Elmir bəy, ərsəyə gətirdiyiniz iş həqiqətən təqdirəlayiqdir. Ancaq görünür, fəaliyyətinizdən və sizdən xəbəri olmayanlar da var. Elə söhbətimizə özünüz haqda məlumat verməklə başlayaq...
- Uşaqlıqdan musiqiyə böyük marağım olub. Musiqi təhsilim, ya da müəllimim olmayıb, özüm öyrənmişəm. Ali təhsilim fərqli sahədə olsa da tələbəlik illərində bir neçə mahnı bəstələyərək rayonumuzda fəaliyyət göstərən toy müğənnilərinə təqdim etmişəm. Tanınmışlar arasında ilk tanışlığım Qədir Qızılsəs və Elxan Şirinovla olub. Sonra başqa tanınmış müğənnilərlə yavaş-yavaş iş birliyi qurdum. Hazırda orta məktəbdə praktik psixoloq vəzifəsində çalışıram.
- Bu günə qədər neçə bəstəniz olub?
- 400 dən çox bəstəm var, onlardan ən az 100-ü vətənpərvərlik mövzusundadır. Bu bəstələrim tez-tez televiziya və radio verilişlərində də təqdim olunur. Hətta bəstələdiyim mahnılar Türkiyədə, Dağıstanda, Gürcüstanda, İraqın Ərbil şəhərində xalqa təqdim olunub.
Məni müharibəyə aparmadılar
- Necə oldu ki, 44 günlük müharibəyə mahnı həsr etmək qərarına gəldiniz?
- Düşündüm ki, bizim müzəffər Ordumuz, igid qardaşlarımız gecə- gündüz yatmadan, soyuq, qar, boran, yağış demədən bizim üçün vuruşurlar, canlarını fəda edirlər. Biz də kənardan nəsə etməli, bu günlərə öz töhfəmizi verməliyik. Yaşım 35-dən çox olduğundan məni müharibəyə aparmadılar. Mən də gecə-gündüz yatmadan hər gün bir mahnı bəstələdim, nəticədə müharibənin şərəfinə 44 mahnı alındıra bildim.
Polad Həşimova 10-a yaxın mahnı bəstələmişəm
- Bundan əvvəl vətənpərvərlik mövzusunda hansı mahnılarınız olub?
- Aprel döyüşlərində şəhidlərimizin bir neçəsinin və Tovuz döyüşləri zamanı şəhadətə yüksələn başda ölməz general-mayor, Milli Qəhrəman Polad Həşimov olmaqla bir çox şəhidlərimizin adına mahnı ərsəyə gətirmişəm. Təkcə Polad Həşimovun unudulmaz xatirəsinə 10-a yaxın mahnı bəstələmişəm.
İlk bəstəni 27 sentyabr gecəsi yazdım
- Mahnıların yazılması prosesi necə idi?
- Müharibə başlayan ilk günlərində şəhidlər verdik, gərgin hisslər keçirdirdim, mən bilmirdim ki, müharibə 44 gün çəkər və sonda neçə mahnı alınar. İlk günün mahnısı gecə hazır oldu, 27 sentyabr günü axşamı bu qərara gəldim. Başqa mövzularda bəstələdiyim mahnılar bir həftəyə başa gəlirdi. Amma vətənpərvərlik mövzusunda mahnılarım maksimum 20 dəqiqəyə yaxın bitirdi. Çətin də olsa, qarşıma məqsəd qoymuşdum ki, nə olursa olsun, hər gün bir mahnı bəstələyim. Xoşbəxtəm ki, bunun öhdəsindən gəlməyi bacardım.
- Mahnılarınızı bir çox tanınmış ifaçılar səsləndirib. Özünüz onlara müraciət edirdiniz?
- Bəli, özüm onlara müraciət edirdim. Həmçinin dəyərli qardaşım, vətənpərvər şair, AYB-nin üzvü, Prezident mükafatçısı Qabil Ədalət də mənə dəstək olaraq 10-dan çox mahnıya öz şeirlərindən pay verdi. 30 mahnım müxtəlif sənətkarlar, müğənnilər tərəfindən ifa olunub. Onlardan Gülyaz və Gülyanaq Məmmədovalar, Firuz Səxavət, Babək Niftəliyev, Fərqanə Qasımova, Baba Dərələyəzli, Gilavar Qrupu, Mirələm Mirələmov, Rövşən Əziz, Sahib İbrahimov və başqalarının adını qeyd edə bilərəm.
- İfaçılar bəstələrinizə nə qədər məbləğ təklif edirdilər?
- Vətənpərvərlik mahnılarım üçün müğənnilərdən pul almamışam, almaram. Başqa mövzularda istəsələr, əlbəttə, sataram. Şəhidlərimiz, qazilərimiz, vətənimiz üçün nə qədər bəstəm var ki, onlara 100.000 manat təklif olunsa da, satmayacağam.
Dövlət Radiosunun Qızıl Fondunda 20-dən çox bəstəm var
- Bəstəkar üçün çətindir, ancaq özünüzün ən çox bəyəndiyiniz bəstəniz hansıdır?
- Bu suala cavab vermək mənim üçün həqiqətən çətindir. Demirəm, bütün bəstələrim yaxşıdır, amma seçim edə bilmirəm. Seçməli olsam da, ən az 30-40 bəstəm gözəl alınıb. Qeyd edim ki, Dövlət Radiosunun Qızıl Fondunda 20-dən çox bəstəm var.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49

