Azərbaycanda bölgələrin inkişafına xüsusi diqqət yetirilir
15.02.2011 [09:20]
“Odlar yurdu” Universitetinin rektoru, Milli Məclisin deputatı Əhməd Vəliyev www.yap.org.az saytına müsahibə verib:
- Əhməd müəllim, məlum olduğu kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfər etdi. Siz, Qazax rayonunu təmsil edən millət vəkili kimi, bu səfərin əhəmiyyəti haqqında nə deyə bilərsiniz? ümumiyyətlə, bu gün bölgələrimizin inkişafını necə qiymətləndirmək mümkündür?
- Bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bölgələrə hər bir səfəri vacib hadisədir və bu səfərlər ölkəmizin inkişafı tarixində mühüm yer tutur. çünki dövlət başçısının bölgələrə səfərləri yeni-yeni obyektlərin, iş yerlərinin açılışı ilə müşayiət olunur. Dövlət başçısının qərb bölgəsinə son səfəri də bu baxımdan olduqca əhəmiyyətlidir. Qeyd edim ki, cənab Prezidentin Qazax rayonuna səfərində mən də, millət vəkili olaraq, iştirak etmişəm. Rayon ictimaiyyəti Prezidentimizin bu səfərini böyük sevinclə qarşıladılar. Bildiyiniz kimi, Qazax ölkəmizin ən strateji ərazilərindən biri sayılır. Qazax rayonunun həm cəbhə bölgəsində yerləşməsi, həm də Gürcüstan Respublikası ilə həmsərhəd olması, bu rayonun əhəmiyyətini ortaya qoyur. Bu baxımdan, rayonun problemlərinin həlli, rayonun inkişafı hər zaman dövlətimizin rəhbərliyinin diqqətindədir. Qazax rayonu son illərdə olduqca yüksək inkişafa nail olub. Bunun da əsas səbəblərindən biri ölkə Prezidentinin imzaladığı regionların sosial-inkişafını özündə ehtiva edən Dövlət proqramlarıdır. Bu baxımdan, Prezidentimizin qərb bölgəsinə səfəri çox yüksək dəyərə malikdir.
Səfəri çərçivəsində möhtərəm Prezidentimiz ictimaiyyət nümayəndələri ilə görüşlər keçirdi, ölkəmizin sosial-iqtisadi inkişafı, qəbul olunan Dövlət proqramlarının bölgələrin, o cümlədən, Qazax rayonunun inkişafındakı rolu ilə bağlı, həmçinin, Qazax rayonunda görülən işlərlə bağlı yüksək fikirlərini söylədi. Möhtərəm Prezidentimizin də vurğuladığı kimi digər bölgələrimiz kimi, Qazax rayonu da bu gün yüksək inkişaf tempi əldə edib. Qəbul olunan Dövlət proqramlarının yerinə yetirilməsi ilə bağlı rayonda ciddi fəaliyyət nümayiş etdirilir. Digər tərəfdən, ölkə başçısı öz çıxışında Azərbaycanda gedən proseslərdən, islahatlardan danışdı, yerlərdə sahibkarlığın inkişafına və digər məsələlərə mane olmağa çalışanlara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı dəyərli fikirlərini bölüşdü. Möhtərəm Prezidentimiz bildirdi ki, hər hansı bir qanun pozuntusuna rast gələn şəxs Prezident Administrasiyasına müraciət edə bilər. Bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm ki, Qazax rayonu da hər zaman dövlətçiliyə sadiqlik nümayiş etdirən rayonlarımızdandır. Prezidentlə görüşdə çıxış edən rayon sakinləri də bu məsələni vurğuladılar və bildirdilər ki, Qazax rayonunun əhalisi birmənalı olaraq Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir. Vurğulandı ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasi xətt Prezidentimiz tərəfindən layiqincə davam etdirilir. Sabitliyə, inkişafa və milli maraqların təmin edilməsinə yönəlik bu siyasi kursun inkişaf etdirilməsi hər bir Azərbaycan vətəndaşı kimi Qazax rayonunun sakinlərinin də arzusu və istəyidir. Cənab Prezident qeyd etdi ki, Qazax rayonu ölkəmizin qərb qapısıdır və sərhəd bölgəsi kimi bu rayona diqqəti daha da artırmaq lazımdır. ölkə başçısının bu qayğısı da qazaxlılar tərəfindən yüksək qiymətləndirilir. Qeyd edim ki, bu gün ən uzun cəbhə xətti məhz Qazax rayonundadır. Bu rayon işğalçı Ermənistanla 100 kilometrdən artıq sərhədə malikdir. Düşmən ölkə ilə bu qədər böyük sərhədə malik rayonun yüksək əhval-ruhiyyədə yaşaması, onların mübarizliyi Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi.
Bildiyiniz kimi, səfər çərçivəsində, həmçinin, Prezidentimiz Qazaxdan Gürcüstan sərhədinə qədər olan yolun da açılışını etdi. Bu əraziyə yeni yol çəkilib. Olduqca keyfiyyətli və yüksək standartlara cavab verən bir yoldur. Prezidentimiz bu yolun çəkilişini də yüksək qiymətləndirdi. Sonra isə Qazax rayonunda yerləşən Gömrük İdarəsinə baxış keçirildi, yeni Gömrük İdarəsi binasının açılışı oldu. Həqiqətən də, Sınıq körpü deyilən ərazidə tikilən bu bina yüksək səviyyədədir.
Bundan əlavə, dövlətimizin başçısı Birinci Şıxlı kəndində yeni məktəb binasının açılış mərasimində iştirak etdi. Həqiqətən də, bu gün Azərbaycanın regionlarında yüksək standartlara malik məktəb binaları tikilir və möhtərəm Prezidentimiz də bu məqamı vurğuladı. Bu, ölkə əhalisi tərəfindən də yüksək qiymətləndirilir. Həmin məktəblərin əksəriyyəti yenidən tikilir, orada yeni texnologiyalardan istifadə olunur. Eyni zamanda, Prezidentimiz Xalq şairi Səməd Vurğunun ev-muzeyinin açılış mərasimində də iştirak etdi. Cənab Prezident vurğuladı ki, Səməd Vurğun kimi böyük bir şairin ev muzeyi də gözəl olmalıdır. Ev muzeyi yenilənib, orada yüksək səviyyəli təmir işləri aparılıb.
- Qeyd etdiyiniz kimi, ölkəmizdə təhsil ocaqlarının tikintisi də sürətlə davam edir. Bu baxımdan, təmsil etdiyiniz bölgədə təhsilin inkişafı hansı səviyyədədir?
- ölkəmizdə təhsilin inkişafı birbaşa möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzindədir. Eyni zamanda, xüsusilə vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondu da təhsillə bağlı mühüm layihələr həyata keçirir. Təhsil işçisi olaraq mən bu məqamı çox yüksək qiymətləndirirəm. Digər ölkələrdə bu məqama çox az-az rast gəlinir ki, dövlət başçısı ölkənin təhsil problemi ilə bu qədər geniş bir miqyasda məşğul olsun. Bu mənada Azərbaycan təhsili bu gün yüksək inkişaf tempi əldə edib. Təhsilin inkişafı ilə bağlı çoxsaylı sərəncamlar imzalanıb, “Təhsil haqqında” yeni qanun qəbul olunub, təhsil müəssisələrinin, binalarının yenidən tikilməsi, təmir olunması istiqamətində mühüm addımlar atılıb. Bu gün təhsil müəssisələrində yeni informasiya texnologiyalarından istifadə olunur, məktəblər kompüterləşdirilir. İnkişaf sürətimiz bizə yaxın zamanda təhsilimizi dünya standartlarına uyğunlaşdırmağa imkan verəcək. Fikrimcə, təhsilimizin inkişafı bu sahədə müəyyən problemləri də aradan qaldıracaq. Hesab edirəm ki, təhsil müəssisələri hazırda kadr məsələsinə ciddi diqqət yetirməlidir. Bu gün ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazası çox yüksək səviyyədədir. Sadəcə, yüksək səviyyəli kadrlar hazırlanmalıdır.
- Sizcə, bu məsələ ilə bağlı hansı addımlar atılmalıdır?
- Bildiyiniz kimi, Azərbaycan təhsili Boloniya təhsil sisteminə qoşulub. Yəni, biz artıq Avropa təhsil məkanına inteqrasiya edirik. Təhsil sahəsində çalışan insanlarımız da yeni texnologiyalardan yüksək səviyyədə istifadə etmək bacarığına malik olmalıdırlar. Eyni zamanda, tədris proqramlarımız da Avropa standartlarına uyğunlaşdırılmalıdır. Bu sahədə böyük işlər görülüb və bu işlər davam etdirilir. Təbii ki, təhsil elə bir sahədir ki, orada islahatların nəticələrinin, yəni, nailiyyətlərin üzə çıxması üçün bir az zaman tələb olunur. Amma ölkəmizdə bu yöndə işlər davamlı xarakter alıb. Hesab edirəm ki, dövlətimizin gənclərin xaricdə təhsil alması ilə bağlı atdığı addımlar olduqca təqdirəlayiqdir. Bununla yanaşı, Azərbaycanın ali təhsil ocaqlarının dünyanın aparıcı ali məktəbləri ilə əlaqələri yaranıb, bu münasibətlər çoxşaxəli istiqamətdə davam etdirilir. Bu isə gələcəkdə kadr potensialının hazırlanmasında mühüm rol oynayacaq.
- Milli Məclisin yaz sessiyasının iş planına “Elm siyasəti haqqında” və “Ali təhsil haqqında” qanun layihələri daxıl edilib. Bu sənədlərin qəbulu təhsilimizdə nə kimi dəyişikliklər yarada bilər?
- Təbii ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də məsələlər qanunla tənzimlənir. Zaman, yeniliklər baxımından yeni “Təhsil haqqında” Qanunun qəbulu vacib xarakter daşıyır. Parlament 2009-cu ildə bu sənədi qəbul edib. Bu yaxınlarda ali təhsil və elm haqqında qanunların da müzakirəyə çıxarılması gözlənilir. Fikrimcə, bu qanunların qəbulu da təhsilimizin inkişafına öz töhfələrini verəcək.
- Əhməd müəllim, parlamentin son iclasında ölkəmizdə korrupsiyaya qarşı mübarizə haqqında millət vəkilləri öz fikirlərini bildirdilər. Bəzi müxalifət nümayəndələri isə bu mübarizə barədə reallıqdan uzaq fikirlər səsləndirirlər. Millət vəkili olaraq belə iddialara münasibətiniz necədir?
- Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində hər zaman aparılıb. Bu mübarizə, sadəcə, bu günün məsələsi deyil. Sadəcə, bu gün məsələyə diqqət daha da artırılıb. Bu, nə beynəlxalq aləmlə, nə də başqa bir məsələ ilə bağlı deyil. O fikirləri bildirənlər Azərbaycandakı inkişafı, görülən işləri qiymətləndirməyən insanlardır. Onlar, sadəcə, görülən işlərin üzərinə kölgə salmağa çalışırlar. Amma istəklərinə nail ola bilmirlər. Hər kəs dərk edir ki, bu, ölkəmizin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlərdir. Azərbaycan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs əsasında inkişaf edir. Dövlətimiz xalqın xidmətindədir, ölkəmizdə vətəndaş birliyi yüksək səviyyədədir, dövlət-xalq vəhdəti mövcuddur. ölkəmizdə keçirilən seçkilər zamanı da xalqımız Prezidentin yürütdüyü siyasətə, Yeni Azərbaycan Partiyasına səs verirlər. O baxımdan, bu inkişafa, birliyə kölgə salmağa çalışanlar yanlış yoldadırlar.
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

