2012-ci ildən hüquqi şəxslərin də onlayn qeydiyyatı mümkün olacaq
08.07.2011 [10:16]
Məlum olduğu kimi, iyul ayının 1-dən etibarən Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin onlayn rejimində qeydiyyata alınmasına başlanılıb. Bəs, bu addımın atılması hansı zərurətdən irəli gəlib. Vergilər nazirinin birinci müavini Natiq Əmirov dünən keçirdiyi brifinqdə həm bu, həm də digər məsələlərlə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb:
- Bildiyiniz kimi, 2011-ci il iyul ayının 1-dən etibarən Vergilər Nazirliyi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin qeydiyyatının onlayn rejimdə, elektron qaydada həyata keçirilməsinə başlayıb. Bu, 2008-ci il 1 yanvar tarixindən etibarən Azərbaycan Respublikasında biznes mühitinin yaxşılaşdırılması sahəsində, xüsusilə, qeydiyyat sahəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Məlum olduğu kimi, 2008-ci il 1 yanvar tarixindən sahibkarlıq subyekti qeydiyyatının “bir pəncərə” sistemi ilə aparılmasına start verilib. Cənab Prezident İlham Əliyev bu prosesin başlanmasına dair mərasimdə iştirak edərkən qeydiyyat sisteminin gələcəkdə daha da təkmilləşdirilməsi, elektron qeydiyyatın, onlayn şəkildə qeydiyyatın aparılması barədə tapşırıqlarını vermişdi. Biz çox şadıq ki, bu gün artıq sahibkar fiziki şəxslərin onlayn qeydiyyatına başlamışıq. Vergilər Nazirliyi qeydiyyat sisteminin təkmilləşdirilməsi və gələcəkdə hüquqi şəxslərin qeydiyyatının da onlayn rejimdə aparılması üçün möhtərəm Prezidentimiz İlham Əliyevin verdiyi tapşırıqların icrası istiqamətində müvafiq addımlar atır və bundan sonra da atacaq.
- Sahibkarlıqla məşğul olan fiziki şəxslərin onlayn rejimində qeydiyyata alınması prosesinin tətbiq olunmasından keçən dövr ərzində neçə nəfər bu imkandan istifadə edib?
- Onlayn qeydiyyatın başladığı yeddi gün ərzində artıq 75 Azərbaycan Respublikası vətəndaşı internet vasitəsilə qeydiyyata düşərək, VöEN alıb.
- Natiq müəllim, qeydiyyatını ləğv etmək istəyən sahibkarlar bunun üçün nə etməlidirlər?
- Azərbaycanda sahibkar - Vergilər Nazirliyi münasibətinin elə bir sahəsi qalmayıb ki, bu gün artıq orada elektron şəkildə fəaliyyət nəzərdə tutulmasın. Əgər söhbət qeydiyyatın ləğvindən gedirsə, məlum olduğu kimi VöEN fiziki şəxs olaraq ləğv edilmir. Yəni, fiziki şəxs varsa ona VöEN bir dəfə verilir və həyatı boyu həmin VöEN qüvvədə qalır. Amma fiziki şəxslər fəaliyyətinin dayandırılması və fəaliyyət göstərilməməsi barədə internet vasitəsilə elektron ərizələr təqdim edə bilər.
- Bəs, ölkəmizdə hüquqi şəxslərin onlayn qeydiyyatı nə zaman həyata keçiriləcək?
- Hüquqi şəxslər arasında xarici vətəndaşlar da olduğundan, onların onlayn qeydiyyatı fiziki şəxslərə nisbətən daha mürəkkəb prosesdir. Hüquqi şəxslərin onlayn qeydiyyatı üçün vacib şərtlərdən biri elektron imzanın təsdiqidir. Hazırda bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aktiv iş aparılır. Elektron imza təsdiq olunduqdan, həmçinin, bu sahədəki qanunvericiliyə müəyyən dəyişikliklər edildikdən sonra prosesə start veriləcək. Hesab edirəm ki, bütün bunlar öz həllini tapdıqdan sonra Azərbaycanda 2012-ci ildən hüquqi şəxslərin də onlayn qeydiyyatı mümkün olacaq.
- Regionlardakı vergi ödəyicilərinə xidmət terminallarının sayının artırılması gözlənilirmi?
- Vergi ödəyicilərinə xidmət terminallarının sayının artırılması istiqamətində hər il irəliləyiş olur. Eyni zamanda, 2011-ci ildə də onların sayının artırılması üçün maliyyə vəsaiti ayrılıb. İlin sonuna qədər neçə əlavə terminal tikiləcəyinə dair dəqiq say deyə bilmərəm. Lakin həm bu il, həm də gələn il onların sayı artırılacaq. ümumilikdə isə, 2002-ci ildə həyata keçirilən islahatlar çərçivəsində rayon vergi şöbələri ləğv edilərək, ərazi vergi idarələri yaradılıb. Ona görə də, bizim respublikanın bütün inzibati rayonlarında vergi idarələrimiz mövcud deyil. Hansı inzibati rayonda Ərazi Vergi İdarəsi mövcud deyilsə, gələcəkdə o rayonların hər birində vergi ödəyicilərinə xidmət terminallarının yaradılması nəzərdə tutulur. Bu proses isə yəqin ki, yaxın 3-4 il ərzində başa çatacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51

