/ / Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Yeni Azərbaycan Partiyası ilə əlaqələrə böyük əhəmiyyət verir
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Yeni Azərbaycan Partiyası ilə əlaqələrə böyük əhəmiyyət verir
23.06.2012 [10:47]
- Cənab Jose de Venecia, ilk olaraq Azərbaycana səfərinizin məqsədi haqqında məlumat verməyinizi xahiş edirik...
- Mən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) yaradıcılarından biri, təşkilatın Daimi Komitəsinin həmsədri kimi Bakıya səfərə gəlmişəm. Bildiyiniz kimi, İCAPP-da 50-yə yaxın ölkənin 350-dən artıq partiyası təmsil olunur. Bu partiyalar hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq öz ölkəsinin həyatında aparıcı rol oynayır.
Bilirsiniz ki, 22-23 iyun tarixlərində Bakı şəhərində İCAPP-ın Daimi Komitəsinin iclası keçirilir. ötən il Daimi Komitə 2012-ci ilin noyabr ayında Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasının Bakıda keçirilməsi barədə qərar qəbul etmişdir. Bu iclasda müzakirələrin nəticəsi olaraq Baş Assambleyaya hazırlıq işləri ilə bağlı müvafiq qərarların qəbul olunması nəzərdə tutulur. Bu məqsədlə Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə görüşlərimiz olub və hesab edirəm ki, bu görüşləri kifayət qədər məhsuldar saymaq olar.
- İCAPP-ın VII Baş Assambleyasının məhz Bakıda keçirilməsi ilə bağlı qərarı nə ilə əlaqələndirirsiniz? Burada hansı amillər əsas rol oynayır?
- Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsində və onun İdarə Heyətində təmsil olunur. Son illər ərzində isə YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının bütün tədbirlərində fəal iştirak edir. Bizim isə Asiya qitəsinin məhz bu bölgəsində fəaliyyətimiz elə də fəal olmadığı üçün qərara gəldik ki, Azərbaycan dövlətinin və rəhbərliyinin də razılığı ilə Baş Assambleyanın iclasını məhz Bakıda keçirək. Təbii ki, bu seçimdə Azərbaycan dövlətinin nüfuzu, ölkənin inkişafı da vacib rol oynayır.
- YAP ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı arasında əməkdaşlığın mövcud vəziyyəti haqqında nə deyə bilərsiniz. Siz bu əlaqələrin perspektivlərini necə görürsünüz?
- Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında və bizim keçirdiyimiz tədbirlərdə çox fəal iştirak edir. YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin İdarə Heyətinin üzvüdür. Biz Yeni Azərbaycan Partiyası ilə münasibətləri yüksək qiymətləndiririk və əlaqələrimizə böyük əhəmiyyət veririk. Düşünürəm ki, əlaqələrimiz gələcəkdə daha da inkişaf edəcək. Xüsusilə, bu ilin noyabrında Baş Assambleyanın Bakıda keçiriləcək VII iclasından sonra bu iki siyasi qurum arasında münasibətlər yeni inkişaf dinamikası qazanacaq.
- Bu, Sizin Bakıya ilk səfəriniz deyil. İlk səfərdən keçən müddət ərzində burada hansı yenilikləri müşahidə edirsiniz? Sizin Azərbaycanla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...
- Bakıya səfərimizdən əvvəl də ölkəniz haqqında müəyyən qədər məlumatlı idim. Amma deyə bilərəm ki, buraya gəldikdən sonra mən Azərbaycanın nə qədər inkişaf etdiyini görürəm. Azərbaycan xalqı çox zəngin və böyük tarixə, mədəniyyətə sahibdir. Sizin mədəniyyətinizə, mədəni dəyərlərinizə belə yüksək səviyyədə sahib çıxmağınız, qorumağınız təqdirəlayiqdir. Müşahidələrim əsasında deyə bilərəm ki, Azərbaycan son illər ərzində böyük uğurlara imza atıb. Düşünürəm ki, bu, ilk növbədə dövlət tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Bu baxımdan, siz çox şanslı insanlarsınız. Azərbaycanda son illər müşahidə olunan inkişaf dinamikasını görməmək mümkün deyil. Mən burada Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Cənab İlham Əliyev Azərbaycanın inkişaf siyasətini həyata keçirir və bu istiqamətdə böyük nailiyyətlər qazanıb. Ona görə də, burada insanlar öz Prezidentinə böyük dəstək nümayiş etdirirlər. Bakının timsalında deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının simasında əmin-amanlıq, firavanlıq, xoşbəxtlik müşahidə olunur. Bakını isə dünyanın ən gözəl şəhərlərindən biri hesab edirəm. Təbii ki, insanların qayğısız yaşayışı dövlətin həyata keçirdiyi siyasətdən asılıdır. Bu siyasəti də Prezident İlham Əliyev, Yeni Azərbaycan Partiyası uğurla həyata keçirir. Azərbaycanın inkişafı xalqınızın dostu kimi məni çox sevindirir. Mən dövlətinizə və xalqınıza bundan sonra da böyük nailiyyətlər qazanmağı arzulayıram. İnanıram ki, belə də olacaq.
- Cənab həmsədr, bildiyiniz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin bir hissəsi işğal olunub. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi necədir?
- Təbii ki, bu münaqişə çox ağır nəticələr, fəsadlar törədib. Biz bundan kədərlənirik, təəssüflənirik. Eyni zamanda, bu münaqişənin tez bir zamanda həllini arzulayırıq. çünki istənilən halda münaqişələrin həll edilməmiş qalması gələcəkdə daha böyük təhlükələrə yol aça bilər. Təşkilatımız bu problemlə bağlı öz mövqeyini ifadə edib. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı problemin sülh yolu və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Bu münaqişənin həlli, bütövlükdə Cənubi Qafqaz regionunun inkişaf və tərəqqisinə böyük təkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52

