/ / Xəzər hövzəsində qlobal oyunçu: Azərbaycan iqtisadi artımın tərəqqisini mədəni əlaqələrin inkişafında görür
Xəzər hövzəsində qlobal oyunçu: Azərbaycan iqtisadi artımın tərəqqisini mədəni əlaqələrin inkişafında görür
14.07.2012 [12:06]
“Bünövrə mədəni əlaqələrdə mübadilə prosesini sürətləndirir”, “Xarici layihələrin dəstəklənməsi” və “Xeyriyyəçiliyə xüsusi diqqət” yarımbaşlıqları altında dərc olunan məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xarici ölkələrə səfərlərinə, uşaq bağçalarının sakinləri ilə görüşlərindən birinə, paytaxt Bakının panoramına dair rəngli fotoşəkillər də verilib.
AzərTAc məqalənin xülasəsini təqdim edir. “Nəzərəçarpan inkişaf özünəməxsus bir inkişafdır: Azərbaycan ötən 20 il ərzində dəyişərək modernləşmə prosesi üçün bir modelə çevrilib”, - sözləri ilə başlayan məqalədə diqqətə çatdırılır ki, keçmiş postsovet ölkələrindən biri olan, Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycan son illərdə modern və iqtisadi cəhətdən güclü inkişaf edən elə bir energetik mərkəzə çevrilib ki, onun əhəmiyyəti Cənubi Qafqaz və Xəzər dənizi sərhədlərini aşaraq beynəlxalq aləmdə böyük əks-səda doğurub. Gəlirlərinin hər il 10 faiz artması sayəsində Azərbaycan hazırda dünyada müxtəlif mədəniyyətlərin qovuşduğu və iqtisadiyyatında çoxsaylı firmaların çalışdığı birinci ünvandır.
Məqalədə deyilir ki, ölkənin dinamik yüksəlişi çərçivəsində cəmiyyətin bütün sahələrində balansın saxlanılması və inkişafın düzgün və geniş istiqamətə yönəldilməsi aydın nəzərə çarpır. İlk növbədə, bu ardıcıllıq özünü Heydər Əliyev Fondunun yerləşdiyi və beynəlxalq dialoqun mərkəzi sayılan Azərbaycanın paytaxtı Bakı şəhərində büruzə verir. Heydər Əliyev Fondu mədəniyyət, təhsil, elm, texnologiya, ekologiya və idman sahələrində nəzərdə tutulan layihələri fəal dəstəkləyir. Fond öz fəaliyyətini milli və beynəlxalq səpkidə qurur. Hazırda Rusiya, ABŞ, Türkiyə və Rumıniyada Fondun filialları fəaliyyət göstərir. Filialların məqsədi aydın xarakter daşıyır: müxtəlif mədəniyyətlər arasında müştərək maraqlar tapmaq, müasir qloballaşma dövründə birgə yaşamanı təmin etmək. Bu problemin həlli Azərbaycan nümunəsində təqdim olunur və bildirilir ki, müxtəlif dünyagörüşü və həyat tərzinin, müxtəlif mədəni və mənəvi, eləcə də dini maraqların kəsişdiyi geostrateji məkanda yerləşdiyinə görə Azərbaycanda Qərb və Şərq mədəniyyətinin harmoniyası özünü aydın şəkildə göstərir.
ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməyi, bəşəri mədəni irsi qoruyub saxlamağı özünün prioriteti elan etmiş Heydər Əliyev Fondunun Fransada, İtaliyada və digər xarici ölkələrdə həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətinin vurğulandığı məqalədə deyilir: “Fondun dünyada fəaliyyət göstərən digər fondlardan fərqli olaraq həyata keçirdiyi layihələrdən nəinki azərbaycanlılar, eyni zamanda, Avropa və Şərqdə yaşayan xalqlar da bəhrələnirlər. Qeyri-hökumət təşkilatı olan bu fond ötən illərdə uşaq evlərinin abadlaşdırılması kimi xeyriyyəçilik fəaliyyətindən başqa digər mühüm layihələr də həyata keçirmişdir. Fond BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər mühüm beynəlxalq qurumlarla birgə təşkil etdiyi forumlarda dünyada savadsızlığın aradan qaldırılması, gender bərabərliyi, uşaq hüquqlarının qorunması, irqi və dini ayrı-seçkiliyin qarşısının alınması, humanitar dialoqun, multikulturalizmin, tolerantlığın inkişaf etdirilməsi sahələrində böyük uğurlara imza atıb.
Məqalədə Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu fikirləri sitat gətirilir: “Müasir dünyanın üzləşdiyi ən böyük çağırış mənəvi dəyərlərin saxtalaşdırılması və onların dəyərsiz ideyalar ilə əvəz olunması problemidir”.
İslam ölkəsi olan Azərbaycanda dünyəvi dövlətin qurulduğunun və bu əsasda beynəlxalq əlaqələrin genişləndirildiyinin vurğulandığı məqalədə bildirilir ki, Heydər Əliyev Fondu UNESCO-nun təhsil proqramlarını dəstəkləyir. Fond “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirib və bu təşəbbüs çərçivəsində son illərdə ölkədə müasir avadanlıqla təchiz olunmuş 300-ə yaxın məktəb binası tikilib.
Heydər Əliyev Fondunun Azərbaycanda ilk neft bumu dövründə yaranmış xeyriyyəçilik ənənələrinin yenidən canlandırdığının diqqətə çatdırıldığı məqalədə Bakının arxitekturasının tanınmaz dərəcədə müasirləşdirildiyi xüsusi vurğulanır.
Məqalə bu fikirlərlə tamamlanır: “Heç bir tərəddüdə yer yoxdur: Xəzər dənizi və Cənubi Qafqaz arasında yerləşən Azərbaycan hazırda inkişaf mərhələsindədir. Azərbaycan hər zaman olduğu kimi, insanların xoşməramlılığı, mədəni irsin qorunması, qədimliyin və müasirliyin mükəmməl harmoniyası əsasında quruculuğun yeni zirvələrinə doğru irəliləyir”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30

