Durovun həbsi...
27.08.2024 [10:25]
İnsan hüquqlarına və söz azadlığına zərbədir
Qərb çətin imtahan qarşısında - ya Fransa repressiv addımlarına görə qınanmalı, ya da...
Qərb özünün ambisioz maraqlarının alətinə çevirdiyi “demokratiyanın” əsas meyarlarından elan etdiyi söz azadlığı və insan hüquqlarını yenidən pozmaqdadır. Yeni texnoloji innovativliyi dəstəklədiyini bəyan edən, hətta vaxtilə özünün bəzi məram və ideyalarını bu yeni innovativ vasitələrlə (Ərəb baharı, Şimali Afrika hadisələri, Yaxın və Orta Şərqdə siyasi qarşıdurmalar, Gürcüstan hadisələri və bu kimi misallar) həyata keçirən Qərb hazırki məqamda sözügedən bəşəri dəyərə özünün rəqibi, bəlkə də düşməni kimi baxır, ona qarşı davranışlarda heç də demokratik prinsiplərə riayət etmir. Məsələn, Pavel Durovun Fransada saxlanılması kimi...
Paris prokurorluğu “ittiham” axtarır...
Qeyd edək ki, “Rusiyanın Mark Zukerberqi” adlanan, Sent Kitts və Nevis, BƏƏ və Fransa vətəndaşlığına malik Pavel Durov Telegram”ın və “VKontakte” sosial şəbəkəsinin, həmçinin eyniadlı şirkətin yaradıcılarından biridir. Belə demək mümkündürsə, Durov Qərbin ən böyük təsir mexanizmlərindən biri sayılan “sosial tənzimləmənin” “antiQərb koalisiyasının” aparıcı nümayəndəsidir. Avqustun 245-də axşam saat 8 radələrində Fransanın Le Bourget hava limanına şəxsi təyyarəsi ilə eniş edib və dərhal Fransa jandarm qüvvələri tərəfindən həbs edilib. Durovu bir qadın və mühafizəçi müşayiət edib. Fransanın TF1 kanalının verdiyi məlumata görə, Pavel Durov çoxsaylı cinayətlərdə ittiham olunacaq. O, terrorçuluq, narkotik maddələrin satışı, fırıldaqçılıq, çirkli pulların yuyulması və pedofiliyada ittiham edilir. Telekanalın məlumatına görə, onu 20 ilədək həbs gözləyir.
İllərdir ki, “insan hüquq və azadlıqları” profozasını əlində və dilində alət edərək sağa-sola təhdid yağdıran rəsmi Paris bu gün özü bəyan etdiyi prinsipləri pozmaqdadır. Durovun saxlanılması ilə bağlı ilkin rəyi məhz fərqli və onun təmsil olunduğu sahəyə yaxından-uzaqdan aidiyyatı olmayan “ittihamlarla” verən Paris cəmisi bir neçə saat sonra özünü çətinə saldığını əyani şəkildə sübut etdi - Paris prokurorluğu avqustun 26-da mətbuata açıqlama verməyi planlaşdırdığını, dolayısı ilə “ittiham axtarışında” olduğunu söylədi.
Maraqlıdır ki, əgər demokratiya dəyərlərinə hörmət Qərb tərəfindən meyar kimi müəyyən edilibsə, onda “X” və “Meta” rəhbərliyi niyə həbs edilmir? Axı, adıçəkilən platformalarda da analoji eynilik hökm sürməkdədir. Demək ki, Durovun həbsi heç də Paris prokurorluğunun bəyanatında “qeyd ediləcək” məqamlarla bağlı deyil...
Artıq sosial şəbəkələrdə Durovun həbsinin Fransanın xüsusi xidmət və kəşfiyyat xidmətləri ilə əməkdaşlıqdan imtina etməsinin nəticəsi olduğu açıq kontekstdə ifadə edilməkdədir. Bildirilir ki, “Telegram” təsisçisi saxlanılmasından öncə Fransa kəşfiyyat xidmətləri ilə əməkdaşlıq təklifindən imtina etmişdi. Görünür ki, Fransa prokurorluğu artıq düşdüyü quyudan çıxmaq üçün bəhanələr axtarışına çıxıb...
ABŞ və Aİ niyə susur?
Eyni zamanda, bir məqam diqqəti cəlb edir - Avropanın mərkəzində dünyanın aparıcı sosial şəbəkə kontentlərindən birinin sahibi həbs edilir, Paris prokurorluğu ağzına gələn ittihamları səsləndirir, amma nə Avropanın birliyinə, bütövlüyünə, demokratiyasına, hüquq və azadlıq meyaralarına cavabdeh Avropa İttifaqından, nə də Qərbin “özünəməxsus standartlarının” “yaradıcısı olan” ABŞ Dövlət departamentindən səs çıxmır. Dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır? Aİ niyə açıqlama vermir? Niyə bildirmir ki, sosial şəbəkədə ifadə olunan fikirlər “söz azadlığı” prinsipi ilə tənzimlənir? Niyə Fransanın məsələsini Aİ-nin ayrı-ayrı strukturlarında müzakirə predmeti etmirlər?
Bəs ABŞ Dövlət Departamenti necə? Niyə Ağ Evdən, Kapitolidən səs gəlmir. Niyə ABŞ prezidentliyinə namizəd hazırki vitse-prezident özünə əziyyət vermir - bir bəyanat belə səsləndirmir?
Axı, bu hal başqa bir ölkədə, azad, öz maraqları naminə addımlar atan bir ölkədə, məsələn Azərbaycanda baş versəydi, bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutu qalmamışdı. Avropanın, ABŞ-ın bütün rəsmi və qeyri-rəsmi “kualisyon şəbəkəsi” bizləri hədəfə almışdı. Niyə Fransaya “gözün üstə qaşın var” deyilmir? Bu, ikili standartın ən bariz, hətta gözlə görüləcək misalı deyilmi. Avropa daxil bütövlükdə Qərbin səssizliyə qərq olması onların onsuz da müzakirə predmetinə çevrilmiş “demokratik imiclərini” yerlə-yeksan etmirmi? Bir Fransadan ötrü bu boyda “tarana” getməyə dəyərmi?
Öz prinsiplərinə hörmət etməyənlər...
İstisna edilmir ki, “Teleqram” sosial şəbəkəsində bir sıra məqamlar narahatedicidir. Bu da anlaşılandır. Sosial şəbəkələr sosial platformadır və orada rəngarəngliyin olması, hətta qeyri-ciddi nüanslara belə rast gəlinə bilər - bu artıq adət halını alıb. Hətta bəzi nüanslar da var - vaxtilə bəzi ölkələrin sosial şəbəkələrdəki nizamsızlığın qanun müstəvisində tənzimlənməsi fikri və ya təklifi elə Qərb tərəfindən top-tüfənglə qarşılanırdı. Bu gün isə artıq Fransa sosial kontentin rəhbərini həbs edir. Axı, insan hüquq azadlıqlarına hörmət, biznes prinsiplərinə riayət olunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ən azından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və ya digər hadisəyə demokratiya və insan hüquqları kontekstində münasibət bildirməkdə haqsız olacaq. Qərb bu kimi qeyri-demokratik standartlar sərgiləməklə özünün “demokratiya standartlarının” sonunu hazırlamış olur...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

