/ / YAP Sədrinin müavini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının müşahidə missiyasının nümayəndələri ilə görüşüb
YAP Sədrinin müavini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının müşahidə missiyasının nümayəndələri ilə görüşüb
31.08.2024 [14:08]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının müşahidə missiyasının rəhbəri - Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov və Parlament fəaliyyətinin qaydaları və təşkili komitəsi sədrinin müavini Aleksandr Terentyevlə görüşüb.
İlyas Umaxanov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib. O, təmsil etdiyi missiyanın geniş müşahidə təcrübəsinə malik olduğunu və Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərə də böyük maraq göstərdiyini söyləyib.
İlyas Umaxanov seçki qanunvericiliyinə uyğun olaraq ədalətli rəqabət mühitinin, o cümlədən namizədlər üçün bərabər imkanların yaradılmasının mühüm əhəmiyyət daşıdığını bildirib.
Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıqla bağlı gördüyü işlər haqqında məlumat verən YAP Sədrinin müavini 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin də ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq rəqabətli mühitdə keçiriləcəyinə əminliyini ifadə edib.
Tahir Budaqov seçkilərə hazırlığın yüksək səviyyədə olduğunu qeyd edərək yerli və beynəlxalq müşahidəçilərə seçki prosesini izləmək üçün bütün şəraitin yaradıldığını qeyd edib.
Sonra YAP Sədrinin müavini Tahir Budaqov müşahidə missiyasını maraqlandıran sualları cavablandırıb və onlara fəaliyyətində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

