Paşinyanın “hərbi xərc” uydurması...
03.09.2024 [09:50]
Azərbaycanda hərbi xərclərin ÜDM-də payı 4,9 faiz, Ermənistanda isə 7 faiz təşkil edir
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana qarşı növbəti ittihamla çıxış edərək bildirib ki, guya Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 17 faizini hərbi məqsədlərə xərclənir. Paşinyan sözsüz ki, ağ yalan danışır, Azərbaycanın cəmi dövlət büdcəsinin cari xərclərinin həcmi heç 17 faiz deyil. Dövlət büdcəsində 2024-cü ilin iyul ayında aparılan dürüstləşmədən, yəni büdcə layihəsinə əlavə və dəyişikliklərdən sonra təsdiq edilmiş 39,7 milyard manat xərclərin 7,1 milyard manatı müdafiə və milli təhlükəsizlik xərcləridir ki, onun da təxminən 1 milyard manatı sərhəd xidməti və milli təhlükəsizlik üzrə xərclərdir. Yəni, birbaşa müdafiə
xərclərinin məbləği təxminən 6 milyard manat təşkil edir. Bu, dövlət büdcəsi xərclərinin 15 faizi, icmal büdcənin isə (43,4 milyard manat) 14 faizi deməkdir. ÜDM-ə gəlincə, bu rəqəm Paşinyanın iddiasından 3,5-4 dəfə azdır. Belə ki, 2024-cü il yanvarın 1-nə olan statistikaya əsasən, Azərbaycanda ÜDM-in həcmi 123 milyard manat təşkil edib. 6,1 milyard manatlıq hərbi büdcə isə 123 milyard manatlıq ÜDM-in 4,9 faizi deməkdir.
Ermənistanın hərbi xərcləri isə həm ÜDM, həm də büdcə ekvivalenti ilə Azərbaycanla müqayisədə daha çoxdur. Bu ölkədə ÜDM-in həcmi təxminən 9,5 trilyon dram və ya 23 milyard dollar təşkil edib. Ermənistanın 2024-cü il dövlət büdcəsində cəmi xərclərinin məbləği isə 3,1 trilyon dram (7,8 milyard dollar) təşkil edir ki, onun da 565 milyard dramı və ya 1,5 milyard dolları hərbi xərclərdir. Yəni, büdcənin xərclərinin 20 faizi birbaşa hərbi-müdafiə xərcləridir. Ermənistanın hərbi xərclərinin ÜDM-də payı isə 7 faizə bərabərdir. Yəni, bu ölkədə hərbi xərclərin həm büdcədəki, həm də ÜDM-dəki payı Azərbaycanla müqayisədə daha böyükdür. Yeri gəlmişkən, Ermənistanın büdcə xərclərində təhsil, infrastruktur, səhiyyə, sosial təminat proqramlarına ayrılan vəsaitlər hərbi xərclərdən xeyli azdır. Bu ölkədə təhsil xərcləri təxminən 287 milyard dram (700 milyon dollar) səhiyyə xərcləri 170 milyard dram (430 milyon dollar) təşkil edir. Bu o deməkdir ki, bu ölkədə təhsil, səhiyyə, sosial sahələr xərc parametrlərinə görə, hərbi bölmədən sonrakı yerlərdə dayanır.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda büdcə xərclərində ilk yerdə sosial xərcləri dayanır, büdcədə sosialyönümlü xərclərin həcmi ümumi büdcə xərclərinin 44 faizini təşkil edir. Azad edilmiş ərazilərin bərpasına yönələn xərclər ilk prioritetlərdən biridir. Bundan başqa, ən strateji sahələrdən biri kimi təhsil və səhiyyə
xərclərinin (təkcə təhsil xərclərin həcmi 4,6 milyard manatdır) birgə həcmi (icbari dövlət sığorta fondunun büdcəsi də nəzərə alınmaqla) 9 milyard manatdan da böyükdür. Yəni, hərbi xərclərdən 2 milyard manat çoxdur. Bu da sübut edir ki, Azərbaycan hökuməti sosialyönümlü büdcə xərclərinə daha çox üstünlük verir. Bundan başqa, büdcədəki ehtiyat fondlarının vəsaitlərinin mütləq əksəriyyəti birbaşa infrastruktur, investisiya, sosial, yəni vətəndaşların həyat təminatlarının yaxşılaşdırılması üçün xərclənir. Halbuki həmin xərclərin də bir hissəsini hərbi sahəyə ayırmaq mümkündür, ancaq dövlət üçün əsas prioritet vətəndaşların həyat şəraitini və sosial rifahını yaxşılaşdırmaq olduğundan büdcə siyasətində xüsusi hərbiləşdirilmiş təyinatlı xərclər geridə qalır.
Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanın ÜDM-i Cənubi Qafqaz ölkələrinin cəmi milli məhsulunun 70 faizindən çoxunu təşkil edir. Ölkəmizin ÜDM-nin həcmi dollar ekvivalenti ilə 73 milyard, Ermənistanın ÜDM-i isə 23,6 milyard dollardır, Azərbaycandan 2,8 dəfə azdır.
2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 40 milyard dollar təşkil edir ki, onun 25 milyard dolları və ya 65 faizi Azərbaycanın, qalan 35 faizi 2 ölkənin payına düşür. Bu isə bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir. Bundan başqa, fiskal amil kimi suveren yığımların, strateji rezervlərin həcmini də nəzərə alsaq, ölkəmiz xüsusi gücə malikdir. Azərbaycanın strateji valyuta ehtiyatları 70 milyard ABŞ dollarına bərabərdir, Ermənistanın strateji valyuta ehtiyatları isə 3,1 milyard dollardır.
Bütün bunları nəzərə aldıqda, böyük həcmdə güclü maliyyə imkanlarına malik olan Azərbaycan üçün hərbi xərcləri artırmaq, ÜDM-də həmin xərclərin məbləğini 4,9 faiz deyil, hətta 9-10 faizə çatdırmaq mümkündür və iqtisadi məntiqlə normal da sayıla bilər. Sözsüz ki, büdcənin imkanları hər il artdıqca peşəkar və nümunəvi ordu quruculuğuna xüsusi diqqət yetirilir, ordunun maddi-texniki bazasının artırılması, ən qabaqcıl peşəkar ordu birləşmələrinin yaradılması, ordunun silah təchizatının gücləndirilməsi üçün əlavə resurslar səfərbər edilir. Silahlı Qüvvələrimiz öz tarixi missiyasını uğurla yerinə yetirərək torpaqlarımızı azad etdikdən və ərazi bütövlüyümüzü təmin etdikdən sonra hərbi heyəti son 4 ildə say və təminatının daha da yaxşılaşdırılması, yeni hərbi birləşmələrin yaradılması və müasir silahların, texnikaların alınması əlavə xərclər tələb edir. Daha əzmkar qüdrətli, müasir siması formalaşmış Azərbaycan Ordusunun bazası ən son yeniliklərə uyğunlaşdırılır, zabit heyəti Türkiyə və NATO standartlarına uyğun təcrübə və təlimlərlə peşəkarlığını artırır, yeni döyüş birləşmələri yaradılır. Zəfərdən sonra Silahlı Qüvvələrin tərkibində tamamilə yeni struktur olan Komando birləşmələri yaradılır. Bütün bunlar müdafiə xərclərinin artırılmasını şərtləndirir.
Ancaq Azərbaycan dövləti xüsusi olaraq hərbiləşdirmə yolu seçməyib, iqtisadi gücünü bilavasitə hərbi xərclərə yönəltmir. Büdcədə cari və əsaslı xərclərin tarazlığını elə bir təmkinli və konservativ plan üzrə tərtib edir ki, xərclərin sosial ahəngdarlığı daha üstün olsun.
Azərbaycan dövləti dürüstdür, büdcə göstəriciləri tam şəffaf və bütün parametrləri bənd-bənd ictimaiyyətə və qlobal iqtisadi icmaya açıqdır. Ermənistan isə hərbi büdcə xərclərinin məbləğini gizlədir, büdcədəki müdafiə xərclərindən başqa, gizli hərbi xərc fondları var, Xaricdən köçürülən ianələr, erməni fondlarının müdafiə ayırmaları və s. Ona görə də, Ermənistanın real hərbi xərcləri büdcə göstəricilərindən əhəmiyyətli dərəcədə böyükdür. Eləcə də Ermənistan hər il əlavə borclanmaya gedərək hərbi sahəyə ayrılan xərcləri artırır. Bunun nəticəsidir ki, ölkənin xarici borcu 60 faizə çatıb. Yəni ölkədə büdcənin və ÜDM-in əhəmiyyətli hissəsi hərbiləşdirmə üçün yönəldilir.
Beləliklə, Nikol Paşinyanın Azərbaycanda hərbi xərclərin ÜDM-də 17 faizə çatması barədə dedikləri cəfəngiyatdan başqa deyil. Bu, baş nazirin savadsızlığı ilə yanaşı, ağ yalan danışmaqdan utanmayacaq dərəcədə növbəti riyakarlığıdır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

