Zəngəzur dəhlizi layihəsinə qarşı olanlar...
11.09.2024 [11:24]
II yazı
2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanat II Qarabağ müharibəsini yekunlaşdırmaqla yanaşı, həm də regionda yeni siyasi reallıqları özündə əks etdirirdi. Belə ki, sözügedən bəyanatda Ermənistanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verməsi də qeyd edilir. Bu, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq imzası kimi özünü ehtiva etməkdədir.
Amma zaman keçdikcə siyasi manipulyasiyalara əl atan İrəvan fərqli münasibət sərgiləyir, Zəngəzur dəhlizinin açılması prosesini ləngitməyə çalışır. Halbuki bölgədə bu kimi vacib və iqtisadi rentabelliyə malik dəhlizinin varlığı olduqca əsaslı üstünlüklər yaradır. Xüsusilə, illərdir “dalan dövlət” statusundan çıxa bilməyən Ermənistan bu dəhlizin açılması ilə qlobal bazara yol tapacaq, geniş iqtisadi əməkdaşlıq məkanının bir parçasına çevrilmə imkanı qazanacaq. Amma bəzi dövlətlərin təhriki ilə bu kimi vacib layihənin gerçəkləşməsini yubadan Ermənistan destruktiv fəaliyyətdən əl çəkmək istəmir.
Üçtərəfli bəyanat İranı nədən narahat edir?
Maraqlıdır ki, Zəngəzur dəhlizinin açılmasına qarşı olan ölkələrdən biri də qonşu İran İslam Respublikasıdır. Mövqeyini məhz “özünəməxsus” şəkildə izah etməyə çalışan İran əsl mətləbdən yan qaçır - bu narazılığını bir sıra mətləblərlə pərdələməyə çalışır. Məsələn, İranın İrəvandakı səfiri Mehdi Sobhani Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşündə İran İslam Respublikasının beynəlxalq sərhədlərin toxunulmazlığı, istənilən geosiyasi dəyişikliyə qarşı çıxması və qonşularının ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyini açıqlayıb.
Bir müddət öncə İranın xarici işlər naziri Abbas Əraqçi “X” səhifəsində bildirmişdi ki, regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, həm də ölkəsinin milli təhlükəsizliyinin sütunlarındandır: “Regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, milli təhlükəsizliyimizin sütunlarıdır. Şimaldan, cənubdan, şərqdən və ya qərbdən qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması qəbuledilməzdir”.
İranın son günlərdə bu mövqeyini dəfələrlə təkrarlamasının əsl səbəbi üçtərəfli Bəyanatın müddəalarıın yenidən gündəmə gəlməsidir. Rusiya Prezidenti Vladimir Putinin Bakı səfəri zamanı 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmaları xatırlatması, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli sazişi sabotaj etməsi ilə bağlı bəyanatı Tehranın “qırmızı xətt” adlandırdığı mövqeyini təkrarlamasına səbəb olub. Düzdür, dövlət rəsmilərinin birbaşa dilə gətirməkdən yayındıqları əsl məqsəd digər siyasətçilər vasitəsi ilə “dövriyyəyə buraxılır”. Məsələn, iranlı deputat Fədahüseyn Maleki Moskvanın “Azərbaycanı erməni keçid məntəqələri olmadan Naxçıvanla birləşdirmək üçün nəzərdə tutulan “Zəngəzur dəhlizi”nin yaradılmasını dəstəkləməsindən sonra Rusiyanın İrana qarşı ziddiyyətli siyasət yürütməsindən” şikayətlənib. Erməni mediasının bununla bağlı xəbərində bildirilib ki, Fədahüseyn Mələki “Tasnim” xəbər agentliyinə müsahibəsində deyib ki, İran Moskvanın Tehranla münasibətlərində paradoksal davranışlardan çəkinməsini gözləyir. “İran diplomatiyası Rusiya prezidentinin Zəngəzur dəhlizinə dəstək verən son mövqeyinə qəti cavab verəcək”, - deyən deputat əlavə edib ki, İranın milli maraqları heç bir təhlükə ilə keçilə bilməyən qırmızı xətdir.
Sərhəddə kim dayanacaq?
Vurğulandığı kimi, məhz Malekinin açıqlaması Tehranı “ələ verir” - iranlı deputat ölkəsinin Ermənistanla “sərhədlərinin” hayında deyil. Tehranın əsl “qırmızı xətti” üçtərəfli bəyanatda nəqliyyat nəzarətinin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilməsi məsələsinin yer almasıdır. Fikirləşmək olar ki, İran ən azından strateji əməkdaş saydığı Rusiyanın sərhədə gəlmə ehtimalından niyə bu qədər narahatdır? Sərhəddə Rusiya nəzarətinin olmasına qarşı İran niyə bu qədər dirəniş göstərir?
Ola bilsin ki, İranın dilindən salmadığı “qırmızı xətt” “prinsipi” qeyri-siyasi əsaslara malikdir. Yəni burada söhbət hansısa ticari maraqdan gedir - Rusiyanın həmin əraziləri gəlişi İranın bir sıra ticari maraqları ilə üst-üstə düşmür.
Tehran üzünü Parisə tutarsa...
Bəzi siyasi ekspertlər isə bunu İranın bölgədəki təsir dairəsinin əldən çıxmasının qarşısını almaq üçün cəhd kimi dəyərləndirirlər. Başqa sözlə, hazırda Ermənistan bölgədə daha çox İranın “sözünə baxır”. Tehran İrəvan üzərində həm iqtisadi, həm də regional təsirini azaltmamaq üçün Rusiya və Azərbaycanın, eyni zamanda Türkiyənin aktiv rol alacağı dəhlizlə bağlı fərqli mövqe sərgiləyir. Bəzi siyasi analitiklər hətta Tehranın bundan istifadə edərək Qərblə yaxınlaşma variantını da istisna etmir. Onların fikrincə, İran daha çox Fransaya fokuslanıraq anti - Zəngəzur “koalisiyasının” direktivləri üzərində çalışır. Bu isə, regional proseslərə mənfi təsir göstərdiyi kimi, İranın özü üçün neqativ bir haldır.
Çünki Qərb bütün hallarda İranla Cənubi Qafqazdakı hətta “prisipial yaxınlaşmasını” belə digər regionlar üçün proyeksiya etməyəcək - yəni, bu “əməkdaşlıq” digər bölgələrdəki, xüsusilə Yaxın və Orta Şərqdəki qarşıdurmaları ikinci plana keçirməyəcək.
Rusiyanın bəyanatlarını sabotaj etməklə...
Və ən nəhayət, İran bölgədə özünün ən mühüm tərəfdaşı saydığı Rusiyanın maraqlarını zərbə altında qoymaqdadır. Belə demək mümkündürsə, açılması üçün bütün beynəlxalq resursların işə salındığı Zəngəzur dəhlizinə qarşı radikal və aqressiv mövqe Tehran üçün başucalığı gətirməyəcək. Xüsusilə, açıq və ya dolayı kontekstdə anti-Rusiya bəyanatları, sərhəd məsələsini bəhanə etməklə Moskvanın bəyanatlarını sabotaj etmək yeni dövr üçün siyasi-iqtisadi əməkdaşlıq üçün qaranlıq zəmin yarada bilər...
Xəbər lenti
Hamısına baxHərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50

