/ / Siyasi etika siyasi dialoqda mühüm və zəruri komponent kimi: pozitiv və neqativ nümunə kontekstində
Siyasi etika siyasi dialoqda mühüm və zəruri komponent kimi: pozitiv və neqativ nümunə kontekstində
29.01.2013 [01:08]
Və yaxud hər bir subyektin siyasi fəaliyyətinin səmərəliliyini təmin edən amillərdən biri də onun siyasi etika və siyasi mədəniyyətə söykənən dialoq imkanlarıdır
Bu və ya digər cəmiyyətlərdə siyasi proseslərin aktoru kimi çıxış edən subyektlərin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini təmin edən mühüm amillərdən biri də siyasi mübarizə metodlarının düzgün müəyyənləşdirilməsi və bu kontekstdə rasional vasitələrə istinad edilməsidir. Heç şübhəsiz, siyasi palitranın rasional iştirakçıları qismində çıxış edən subyektlər öz fəaliyyətləri çərçivəsində müxtəlif vasitə və metodlara istinad etsələr də, bu kontekstdə mütəşəkkil siyasi dialoq məsələsini xüsusi diqqət mərkəzində saxlayırlar.
Ümumiyyətlə, siyasi dialoq fəaliyyətdə olan aktorların müəyyən dəyərlər və maraqlar əsasında orientasiyasından asılı olmayaraq digər subyektlərlə yaratdığı ünsiyyət formasıdır. Başqa sözlə, siyasi dialoq özündə müəyyən dəyərlər, maraqlar, məsələlər və tərəfləri ehtiva edən əlaqələr sistemidir. Müxtəlif cəmiyyətlərdə siyasi sistemin xarakteristikasından asılı olmayaraq birbaşa və ya dolayı şəkildə baş tutan dialoq tərəflər üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər ətrafında həyata keçirilir və bir çox hallarda dialoqun nəticəsi kimi qəbul edilmiş qərarlar cəmiyyət daxilində bu və ya digər ictimai-siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir.
Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, siyasi dialoqun səmərəliliyini şərtləndirən fundamental amillərdən biri birbaşa və ya dolayı olmasından asılı olmayaraq onun siyasi sistemin dəyərlərinə, siyasi mədəniyyət və siyasi etikaya müvafiq surətdə təşkil edilməsidir. Başqa sözlə, siyasi palitranın tələblərinə və siyasi sistemin qanunauyğunluqlarına müvafiq surətdə təşkil edilməyən dialoq həm siyasi aktorların fəaliyyət mexanizminin səmərəsizliyinə dəlalət edir, həm də dialoq müstəvisinin siyasi subyektlər üçün formal xarakter kəsb etməsini göstərir. Məhz bu baxımdan, siyasi palitranın iştirakçılarının dialoq çərçivəsində müəyyən olunmuş tələbələrə riayət etmələri və siyasi dəyərlərə, qanunauyğunluqlara müvafiq mövqe sərgiləmələri zərurət kimi çıxış edir.
Sadalananlar baxımından Azərbaycan siyasi palitrası da istisna təşkil etmir və cəmiyyətimizdə cərəyan edən ictimai-siyasi proseslər siyasi sistemin qanunauyğunluqlarına və müəyyən olunmuş dəyərlərə müvafiqlik təşkil edir. Lakin siyasi palitrada heç bir funksionallığa malik olmayan, konkret olaraq autsayder qismində çıxış edən və müəyyən xarici qüvvələrin (anti-Azərbaycan dairələrin) sifarişlərini yerinə yetirmək missiyası daşıyan bir sıra şəxslər siyasi mədəniyyətə və siyasi etikaya uyğun gəlməyən ifadələr səsləndirməklə dolayı siyasi dialoqa girdiklərini zənn edirlər. Amma əslində, onların ifadə etdikləri fikirlər özündə qərəzli çalarları ehtiva edir və məişət üslubuna söykənməklə siyasi mədəniyyətə zidd hal kimi səciyyələnir. Məsələn, “ziyalı” statusu arxasına sığınaraq siyasi proseslərdə iştirak etmədiklərini vurğulayan amma əslində, siyasi palitrada qərəzli xarici dairələrin əmri altında ucuz vasitə kimi çıxış edən Namazov, İbrahimbəyov kimilər müəyyən siyasi bəyanatlar səsləndirməklə dolayı siyasi dialoqa girdiklərini zənn etsələr də, əslində, öz ifadələri ilə məişət səviyyəsindəki dedi-qodudan irəli gedə bilmirlər. Həmin şəxslərin səsləndirdiyi bəyanatların siyasi sistemin qanunauyğunluqlarına zidd olmasını göstərən başlıca arqumentlərdən biri də onların fikirlərinin milli maraqlara və dəyərlərə uyğun olmaması, siyasi manipulyasiyaya xidmət göstərməsi və cəmiyyət daxilində təşəkkül tapmış normalarla ziddiyyət təşkil etməsidir. Məsələn, İbrahimbəyovun “biz bir-birimizi qıracağıq” kimi xalqımıza fəlakət arzulayan bir fikir səsləndirməsinin əsasında hansı siyasi mədəniyyət və siyasi etika komponenti axtarmaq olar? Və ya bu ifadə bilavasitə milli maraqlara və dəyərlərə zidd deyilmi? Digər tərəfdən, bəzi ifadələr işlətməklə İbrahimbəyov nəinki normal dialoq imkanlarına malik olmadığını, hətta hansı etika və mədəniyyət səviyyəsinə malik olduğunu nümayiş etdirir. Həmçinin, Azərbaycanın xarici siyasətini də tənqid edən, “əgər bacarıqlı siyasətçi olsa, Amerikanı da, Rusiyanı da razı sala bilər” deyən İbrahimbəyov nəinki normal dialoq imkanlarına malik olmadığını, ümumiyyətlə, siyasətdən anlamadığını nümayiş etdirir. Məgər müstəqil siyasət yürütmək kimlərisə razı salmaq deməkdir?
Bunlarla yanaşı, siyasi dialoq adı altında səsləndirilən, həmçinin, korporativ maraqlara və siyasi ambisiyalara xidmət edən məişət üslubundakı ifadələr və bəyanatlar siyasi etika və siyasi mədəniyyətdən uzaq olmaqla yanaşı, həm də cəmiyyətdə təşəkkül tapmış normalara aşındırıcı təsir göstərir, eləcə də, sosiumun nümayəndələri üçün mənfi presedent qismində çıxış edir. Məhz bu baxımdan qeyd edə bilərik ki, Eldar Namazov və onunla eyni fəaliyyəti paylaşan reneqatların fəaliyyəti cəmiyyətimiz tərəfindən yolverilməz və arzuolunmaz hal kimi səciyyələndirilir.
Sadalananlarla yanaşı, Azərbaycan siyasi palitrasında öz fəaliyyəti ilə dialoq müstəvisində siyasi etika və siyasi mədəniyyət baxımından pozitiv nümunə kimi çıxış edən kifayət qədər siyasətçilər var və sadəcə mətbuatda ifadə edilən fikirlərə istinad etmək belə bir qənaətə gəlməyə imkan verir. Məhz bu cür rasional və nümunəvi siyasətçilərin həm fəaliyyətləri, həm də səsləndirdikləri fikirlər onu deməyə əsas verir ki, birbaşa və ya dolayı olmasından asılı olmayaraq siyasi dialoq heç də şəxsi zəmində və ya siyasi maraqlar kontekstində emosional xarakterli, məişət üslubundaki ifadələrin mətbuat səhifələrinə transfer edilməsi demək deyil. Siyasət nə qədər emosional peşə olsa da, hər bir uğurlu siyasətçi və ya siyasi palitrada təmsil olunduğunu qeyd edən, yaxud hansısa formada siyasi fikirlər səsləndirən şəxs öz fəaliyyətində rasional olmağı bacaran subyekt kimi çıxış edir. Bu baxımdan, yuxarıda diqqət çəkdiyimiz İbrahimbəyovun fikirlərinə və fəaliyyətinə bir daha nəzər saldıqda məlum olur ki, o, nəinki rasional deyil, həm də qəzəb, qisas kimi neqativ enerji yüklü hisslərlə çıxış edən şəxsdir. Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov yap.org.az saytına müsahibəsində bu məqama xüsusilə diqqəti çəkərək qeyd edib ki, Rüstəm İbrahimbəyovun davranışının hərəkətverici qüvvəsi qəzəb, kin və qisas almaq hərisliyidir: “Təəssüf ki, o, özünün hansısa problemini və ya kiminləsə şəxsi ədavətini siyasi üsullarla həll etmək istəyir. Və ən təəccüblüsü də budur ki, vasitə qismində prezident seçkilərini seçib. Belə bir seçimin sırf praktik rasionallığını kənara qoyub, mənəvi məsuliyyətini qeyd etmək istəyirəm. Atalar yaxşı deyib: “qəzəbli başda ağıl olmaz”. Siyasət insanın şüurlu seçimi olmalıdır. Qəzəblənib “haqq-hesab çürütmək” məqsədilə siyasətə qoşulmaq, xüsusilə də, prezident seçkiləri kampaniyasında bu motivə istinad etmək həm təhlükəli, həm də siyasi əxlaq baxımından qüsürludur”.
Göründüyü kimi, YAP İcra katibinin “siyasət insanın şüurlu seçimi olmalıdır. Qəzəblənib “haqq-hesab çürütmək” məqsədilə siyasətə qoşulmaq, xüsusilə də, prezident seçkiləri kampaniyasında bu motivə istinad etmək həm təhlükəli, həm də siyasi əxlaq baxımından qüsürludur” fikri iki məqamdan xəbər verir. Birincisi, rasional təfəkkürlü siyasətçinin və ziyalının istənilən məsələyə siyasi etika və siyasi mədəniyyət çərçivəsində yanaşması vacibdir. İkincisi isə, siyasətlə məşğul olmadığını iddia edən, lakin özünün korporativ maraqları və anti-Azərbaycan dairələrin imperialist mənafeyi naminə siyasət meydanında dedi-qodu şousu düzənləyən bir şəxs siyasi münasibətlər kontekstində irrasionallıq nümayiş etdirir.
Qeyd edilənlərlə yanaşı, bu kontekstdə siyasi məsuliyyət və ya siyasətçinin məsuliyyəti məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, hər bir siyasətçinin siyasi təfəkkürünü müəyyən etmək və ya qiymətləndirmək üçün ilk növbədə onun siyasi məsuliyyət anlayışına nəzər yetirmək gərəkdir. Rasional siyasətçi korporativ maraqlardan çıxış etmədiyi və milli maraqlara əsaslanan fəaliyyət mexanizminə sahib olduğu üçün yüksək siyasi məsuliyyət daşıyıcısı kimi çıxış edir və onun fəaliyyəti həm cəmiyyət tərəfindən təqdir olunur, həm də bir çox hallarda siyasi sistemin yeni dəyərlərlə zənginləşməsini şərtləndirir. Bu məsələyə toxunan YAP İcra katibi deyib ki, siyasətçini və yaradıcı insanı fərqləndirən əsas əlamət məsuliyyət məsələsidir: “Bütün yaradıcı insanlara hörmətimi ifadə edərək bildirirəm ki, siyasətçi məsuliyyəti tamam başqa kateqoriyalı anlayışdır. Hiss etdiyim budur ki, Rüstəm İbrahimbəyov yenicə atıldığı siyasət meydanında siyasətçi məsuliyyətini hələ tam dərk edə bilmir”.
Nəticə etibarilə, nəzər yetirdiyimiz pozitiv və neqativ məqamlar və gəldiyimiz analitik qənaət deməyə əsas verir ki, siyasi etika və siyasi mədəniyyət siyasi dialoqda mühüm və zəruri komponent kimi çıxış edir. Başqa sözlə, hər bir rasional subyektin siyasi fəaliyyətinin səmərəliliyini təmin edən amillərdən biri də onun siyasi etika və siyasi mədəniyyətə söykənən dialoq imkanlarıdır. Məhz bunun üçün də şərtdir ki, hər bir siyasətçi və ya siyasi palitrada təmsil olunduğunu qeyd edən, yaxud hansısa formada siyasi fikirlər səsləndirən şəxs öz fəaliyyətində və dolayı, yaxud birbaşa olmasından asılı olmayaraq dialoq prosesində siyasi sistemin qanunauyğunluqlarına və dəyərlərinə söykənsin, milli maraqlarla və cəmiyyətdə təşəkkül tapmış normalarla uzlaşan mövqe sərgiləsin.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

