/ / Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 20 yaşı tamam olub
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 20 yaşı tamam olub
31.01.2013 [01:19]
Dünən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə və 2012-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, ATƏT-in, Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Dövlət Komissiyasının fəaliyyətini əks etdirən fotostendlə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları barədə müxtəlif dillərdə nəşr edilmiş kitablar, fotoalbomlar, bukletlər və digər əyani vəsaitlərlə tanış olublar.
Tədbiri giriş sözü ilə Dövlət Komissiyasının sədri Eldar Mahmudov açıb.
Baş nazirin müavini Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Komissiyasının yaradılmasının 20 illiyi münasibətilə təbrik məktubunu oxuyub.
Sədr Eldar Mahmudov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və onun İşçi qrupuna göstərilən yüksək etimada və təbrikə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət Komissiyasının sədri deyib ki, günahsız insanların qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də öz həllini tapmayıb. Bu səbəbdən qurbanların sayı artır.
Qeyd olunub ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1993-cü ildə yaradılıb. Ən ağır bir dövrdə, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, müharibə qurbanlarına münasibətdə də özünü göstərib. Bu iş sonralar da daim dövlətin diqqət mərkəzində olub. Fəaliyyətə başladığı ilk günlərdən Komissiya Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində işləyib. Bu səmərəli əməkdaşlıq indi də davam edir.
Eldar Mahmudov deyib ki, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət Komissiyasının tərkibi yeniləndikdən sonra dövlət başçısının diqqət və qayğısı sayəsində əsir-girov və itkinlər probleminə yeni yanaşma baş verib. Qeyd olunub ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasəti barədə hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması işi daha da gücləndirilib, ardıcıl xarakter və geniş miqyas alıb.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işləmək lazım olduğunu bildirən Eldar Mahmudov status-kvonun dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılmasının mümkün olmadığını diqqətə çatdırıb. Sədr dövlətimizin başçısı tərəfindən Dövlət Komissiyanın qarşısına qoyulmuş vəzifələrin icrası və müəyyən edilmiş strateji məqamların həlli üçün bundan sonra da intensiv çalışacaqlarını bildirib.
Dövlət Komissiyasının katibi Şahin Sayılov qurumun 20 illik fəaliyyəti barədə məruzəsində qeyd edib ki, 1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi və hərbi böhran 1993-cü ilin yayında özünün son həddinə çatıb və Azərbaycanı parçalanma təhlükəsi, real vətəndaş qarşıdurması ilə üz-üzə qoyub. Belə bir vəziyyətdə narahatlıq doğuran daha bir ciddi məsələ yaranmış humanitar fəlakətin ən qabarıq və dəhşətli amillərindən olan əsir, girov və itkinlərin problemi idi.
Həmin dövrü xarakterizə edən əsas cəhət ondan ibarətdir ki, münaqişə qızışdıqca qurbanlar artır, ancaq yaxınları barədə məlumat almaq üçün insanlar müraciət etməyə ünvan tapa bilmirdilər. Erməni əsir-girovluğundan qayıtmış vətəndaşların bir qismində sonradan keçirilmiş tibbi müayinə zamanı yoluxucu xəstəliklər də aşkar olunurdu. Münaqişə ilə bağlı respublikada əhalinin miqrasiyasının xaotikliyi bu işi son dərəcə çətinləşdirirdi. Münaqişənin tarixi ilə yaşıd olan bu problemin həlli təxirəsalınmaz məsələ olduğundan hökmən rəsmi strukturların müdaxiləsini və məqsədyönlü dövlət siyasətini zəruri edirdi.
Dövlət Komissiyası yaradıldıqdan sonra öz işini bütövlükdə müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun surətdə planlaşdırır və həyata keçirirdi. Erməni tərəfi isə həmin beynəlxalq sənədlərə məhəl qoymur və soyqırımı, terror, etnik təmizləmə, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması siyasətini genişləndirirdi. Müharibə ilə əlaqəsi olmayan dinc adamların girovluqda işgəncələrə məruz qalması, şəxsiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver vasitəsinə çevrilməsinə dair xeyli faktlar toplanılıb.
Erməni əsirliyində insanlara qarşı əsl soyqırımı siyasətinin həyata keçirildiyini bildirən məruzəçi deyib ki, yüzlərlə həmvətənimiz öldürülüb, dəhşətli əzab və işgəncələrə məruz qalaraq şikəst edilib. Son illər apardığımız araşdırmalar nəticəsində əsir və girovluqda 553 soydaşımızın qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən olunub.
Hazırda BQXK-nın rəsmi qeydiyyatında olan bir azərbaycanlı əsir Yerevanda saxlanılır. Bu, 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 2012-ci il iyulun 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Fərəcov Firuz Mirzə oğludur. Erməni tərəfinin bildirdiyinə görə, guya F.Fərəcov Vətənə qayıtmaqdan imtina edir. Ümumiyyətlə, azərbaycanlı əsirlərin qayıtdıqdan sonra repressiyalara, təzyiqlərə məruz qalması, incidilməsi, cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar Vətənə qayıtmaqdan imtina etmələri barədə ermənilər tərəfindən xeyli böhtan xarakterli məlumatlar yayılıb. Bu iftiraların ortaya atılmasının əsas səbəblərinin ictimaiyyətə çatdırılması, mahiyyətinin açıqlanması Dövlət Komissiyasının vacib vəzifələrindən biri olub, bunların erməni tərəfinin siyasi oyunu olduğu, təxribat xarakteri daşıdığı dəfələrlə bəyan edilib. Əsirlərimiz saxlanma yerlərində mənəvi-psixoloji təzyiqlərə, guya Vətənə qayıtdıqda həbs olunacaqları, incidiləcəkləri barədə yalan və böhtanlara məruz qalıblar.
Əslində, əsirlikdən azad olunmuş 1042 vətəndaşımızdan cəmi 31 nəfəri heç də əsir düşdüklərinə görə deyil, məhz konkret cinayət əməllərinə görə məhkum olunub. 1994-cü il iyulun 3-də Bakı metropoliteninin sərnişin qatarında xeyli insan tələfatı ilə nəticələnmiş partlayış törədən əsirlikdə məxfi əməkdaşlığa cəlb edilmiş vətən xaini Azər Aslanov, erməni əsirliyində olarkən öz həmvətənlərinə işgəncələr verən, onları alçaldan İlham Qurbanov, “ağ bayraq” qaldıraraq əlində silah düşmənə könüllü təslim olmuş, satqınlıq etmiş Nizaməddin Bayramov və başqaları bu qəbildəndir. Çoxsaylı faktlar göstərir ki, erməni xüsusi xidmət orqanları Azərbaycan Respublikasına qarşı kəşfiyyat-təxribat fəaliyyətində azərbaycanlı əsir və girovlardan fəal istifadə edir, onlar vasitəsilə terror və digər düşmənçilik əməllərini həyata keçirirlər. Belə ki, 107 nəfərin erməni əsirliyində olarkən məxfi əməkdaşlığa cəlb olunması faktları aşkar edilib. Onların böyük əksəriyyəti hər hansı düşmənçilik hərəkəti etmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunmayıblar.
Hesabatda bildirilib ki, 2004-cü ildən etibarən Komissiyanın fəaliyyətində yeni dövr başlanıb və köklü dəyişikliklər baş verib. Prioritet təşkil edən məsələlərin müəyyənləşdirilməsi, kadr probleminin həlli və maddi-texniki bazanın yaradılması əsas amil kimi önə çəkilib. Bu dövrdə başlıca vəzifə itkinlərlə bağlı Dövlət Komissiyasındakı siyahıda dəqiqləşmənin həlli və bu siyahı ilə BQXK-da olan müvafiq siyahıdakı fərqin aradan qaldırılması idi. Bu həm də humanitar problemin miqyasının dəqiqləşməsi üçün əhəmiyyətli idi. Bu işin mühüm nəticəsi 2008-ci ilin aprelində BQXK və Dövlət Komissiyası arasında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinin imzalanması oldu.
Beləliklə, siyahılarda dəqiqləşmə işinin başlanmasından keçən müddətdə 1045 nəfərin taleyinə aydınlıq gətirilərək adları itkin düşmüş şəxslərin siyahısından çıxarılıb. Onlardan 386 nəfərinin sağ, 312 nəfərin hərbi əməliyyatların gedişində həlak olduğu və meyitlərinin tanınaraq dəfn edildiyi, 332 nəfərin adının siyahıdan təkrar keçdiyi, 15 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyənləşdirilib. Bundan başqa, 2280 itkin barədə Komissiyanın İşçi qrupu tərəfindən toplanıb və dəqiqləşdirilmiş məlumatlar BQXK-ya göndərilib. Hazırda siyahılarda dəqiqləşmə işi demək olar ki, başa çatmaq üzrədir. Ancaq münaqişənin xarakteri elədir ki, hər gün yeni-yeni məlumatların ortaya çıxması mümkündür. Təsadüfi deyil ki, bu müddət ərzində yaxınlarının və aidiyyəti qurumların Komissiyaya müraciət etmədiyi 147 nəfərin hərbi əməliyyatların gedişində itkin düşməsi faktı aşkarlanıb və qeydiyyata götürülüb.
İtkin düşmüş 4031 nəfərdən 877 nəfərinin, o cümlədən 22 uşaq, 99 qadın və 133 qocanın əsir-girov götürülməsi, lakin ermənilərin bunu gizlətməsi barədə Dövlət Komissiyasında konkret faktlar var. Erməni əsirliyindən azad edilmiş vətəndaşlarımızın şahid ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilib, onların ilkin saxlanma yerləri və digər faktlar dəqiqləşdirilib. Dəlil-sübutlara baxmayaraq, erməni tərəfi bu şəxslərin onlara əsir düşməsi faktını yenə də inkar edir.
Çərçivə sazişi imzalandıqdan sonra zəruri olan ilk iş itkinlər barədə məlumatların toplanması idi. Bu iş Dövlət Komissiyasının İşçi qrupunun və BQXK-nın köməyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən həyata keçirilib. 2011-ci il yanvarın 26-da BQXK və Dövlət Komissiyası arasında imzalanmış “AnteMortem/PostMortem məlumat Bazasının istifadəsi” üzrə Proqram Təminatı Müqaviləsinə uyğun olaraq, artıq 850 nəfər barədə toplanmış məlumatlar elektron məlumat bazasına daxil edilib.
Məruzədə bildirilib ki, qeyd olunan bu işlər qarşıda duran vəzifənin həyata keçirilməsinin ilkin mərhələsidir. Çərçivə sazişinə əsasən, sonrakı mərhələlərdə itkin düşmüş şəxslərin yaxın qohumlarından qan nümunələrinin götürülməsi və müvafiq qan bankının yaradılması, bankın və naməlum sümük qalıqlarının beynəlxalq aləmdə qəbul olunmuş qaydada saxlanması üçün müasir tələblərə uyğun laboratoriyası olan xüsusi mərkəzin yaradılması nəzərdə tutulur. Dövlət Komissiyasının qərarına uyğun olaraq bu məsələ ilə bağlı 2011-ci ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. Dövlətimizin başçısı bununla əlaqədar Nazirlər Kabinetinə göstəriş verib və məsələnin icrası Səhiyyə Nazirliyinə tapşırılıb. Yeni mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılacağı planlaşdırılır.
Dövlət Komissiyasının səyləri nəticəsində 2004-2012-ci illər ərzində əsir və girov götürülmüş 22 nəfər BQXK-nın vasitəçiliyi ilə azad edilib. Bundan başqa, aparılmış araşdırmaların nəticəsi olaraq adları 2004-cü ilə qədər Dövlət Komissiyasının siyahısına düşməmiş 54 nəfərin əsir və girov götürülməsi və azad edilməsi faktı müəyyən edilərək qeydiyyata alınıb. Bu müddətdə, həmçinin Azərbaycan ərazisində saxlanılmış 21 erməni və 1 meyit də qarşı tərəfə qaytarılıb.
Məlumdur ki, Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqe ilə bağlı münaqişənin həllinin uzanması, eyni zamanda, Ermənistan hərbçilərinin mütəmadi şəkildə atəşkəsi pozması nəticəsində Azərbaycan hərbçilərinin və mülki şəxslərin, o cümlədən uşaqların həlak olması halları davam edir. Komissiya 2004-cü ildən ötən müddət ərzində həlak olaraq düşmən nəzarətində qalmış 3 hərbçinin və 2 mülki şəxsin meyitini alaraq yaxınlarına təhvil verib.
Böyük ictimai rezonans doğurmuş hadisə 2010-cu ilin yayında Ermənistan hərbçilərinin hücumunu dəf edərkən şəhid olmuş hərbçilərimizin meyitlərinin uzun müddət Ermənistan tərəfindən qaytarılmaması olub. Onlara qarşı qeyri-insani hərəkətlərə yol verilməsi isə daha çox narahatlıq yaradıb. Bu faktlar Ermənistanın beynəlxalq humanitar hüquq normalarına əməl etmədiyini bir daha təsdiqləyir.
Bu hadisələr baş verən andan məsələ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olub. Şəhid hərbçilərimiz Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin alınması ilə bağlı dövlətimizin başçısı tərəfindən bütün göstəriş və tapşırıqlar verilib. Beləliklə, Həştərxan Bəyannaməsinə uyğun olaraq, eyni zamanda, Dövlət Komissiyasının və beynəlxalq təşkilatların birgə səyləri, aparılan müntəzəm danışıqların nəticəsində 2010-cu il noyabrın 6-da şəhid hərbçilərimizin meyitləri Ermənistandan alınaraq Prezidentin göstərişi ilə Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.
Humanizm prinsiplərini əsas götürərək Azərbaycan Respublikasının Dövlət Komissiyası itkin düşdüyü bildirilən və BQXK tərəfindən siyahısı təqdim olunan 416 erməninin də axtarışını diqqət mərkəzində saxlayır. Bu şəxslərdən 211 nəfəri Dağlıq Qarabağ bölgəsində yaşamış Azərbaycan Respublikasının vətəndaşları olub. Araşdırmalar zamanı onlardan 27 nəfərinin, ümumiyyətlə, münaqişəyə aid olmadığı və hərbi əməliyyatların getdiyi Azərbaycan Respublikasının ərazisində itkin düşmədiyi, 25 nəfər Ermənistanda, 2 nəfər isə Gürcüstanda aşkarlanıb.
Bu illərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq əlaqələri də xeyli genişlənib. Azərbaycan reallıqlarının, Qarabağ münaqişəsi və onun fəsadları ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün geniş işlər aparılıb. Ümumiyyətlə, 2004-2012-ci illər ərzində Dövlət Komissiyasının təşəbbüsü və iştirakı ilə 20-dən çox dildə hazırlanmış iki yüz mindən artıq təbliğat vasitəsi respublikamızın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinə, diaspor təşkilatlarına, dünyanın tanınmış elm ocaqlarına və kitabxanalarına, politoloq və konfliktoloqlara, xarici ölkələrin dövlət və ictimai xadimlərinə göndərilib, keçirilmiş tədbirlərdə yayılıb. Materialların yayılma coğrafiyası dünyanın aparıcı dövlətlərinin demək olar ki, hamısını əhatə edir.
Məruzəçi deyib ki, Ermənistanın təcavüzü ilə birlikdə yaranmış əsir, girov və itkinlər problemi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Ona görə də vətəndaşlarımız əmindirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hər bir insanımızın sonrakı taleyi aydınlaşana qədər Komissiya Vətən və dövlət tərəfindən onun qarşısında qoyulmuş missiyanı layiqincə həyata keçirəcək.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iclasda çıxış edərək bildirib ki, Ermənistanın hərbi təcavüzü ən ağır problemlərdən biri - əsir, girov və itkinlər problemi kimi humanitar fəlakət yaradıb. Artıq 20 ildir ki, Dövlət Komissiyası fəaliyyət göstərir. Bu illər ərzində geniş dövlət və ictimai təbəqələri təmsil edən Komissiya insanlarımızın ümidlə baxdığı bir ünvan olub. Bütün bu müddət ərzində Komissiyanın fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzində olub, günün tələbləri səviyyəsində fəaliyyət göstərməsi üçün bütün zəruri şərait yaradılıb, maddi-texniki baza ildən-ilə möhkəmləndirilib. Bu iş gələcəkdə də davam etdiriləcək. Çünki Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində münaqişə hələ də davam edir. Hələ də Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində atəşkəsin pozulması nəticəsində insanlarımız həlak olur, əsir və girov götürülür. Odur ki, Dövlət Komissiyasının fəaliyyəti önəmlidir və onun məqsədyönlü surətdə davam etdirilməsi zəruridir.
Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, Ermənistanın təcavüzkar və terrorçu dövlət kimi tanıdılması, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursa əlverişli şəraitin yaradılması üçün Dövlət Komissiyası son illər daha səmərəli və məqsədyönlü fəaliyyət göstərib. Bu istiqamətdə hərtərəfli tədbirlər görülməklə təbliğat işi gücləndirilib, informasiya mübarizəsinin səmərəliliyi yüksəlib. Sözsüz ki, Dövlət Komissiyasının uğurlu fəaliyyətində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq mühüm rol oynayır.
Daha sonra Dövlət Komissiyası tərəfindən ötən il görülmüş işlərin yekunlarına dair çıxış edən İşçi qrupunun rəhbəri Firudin Sadıqov bildirib ki, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, xüsusən də itkin ailələrindən götürüləcək DNT nümunələrinin və onların saxlanması barədə təşkilati məsələlər, itkinlərin siyahıları arasındakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər BQXK ilə müzakirə olunub, görülmüş işlər nəzərdən keçirilib, o cümlədən əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılıb.
Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində 2012-ci il noyabrın 30-da Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, Azərbaycan-Ermənistan sərhədində, qoşunlarının təmas xəttində növbəti humanitar aksiya həyata keçirilib. Prosesdə həmin il noyabrın 12-də Qazax rayonunun Alpoud kəndi istiqamətində Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı 1972-ci il təvəllüdlü Alıyev Telman Cavanşir oğlu azad edilib.
Ötən il itkinlərin axtarışı istiqamətində aparılmış araşdırma zamanı 20 nəfərin də döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və adları müvafiq siyahıya salınıb. 38 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb. 38 nəfərdən 5 nəfərinin həlak olduğu, 5 nəfərinin itkin düşmədiyi, 26 nəfərin adının siyahıda təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşməsi faktı müəyyənləşdirilib. 13 nəfərin də axtarış siyahısından çıxarılması üçün tədbirlər davam etdirilir. 2012-ci il dekabrın 1-nə olan məlumata görə, 4031 nəfər itkin düşüb, 1402 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.
İşçi qrupunun rəhbəri deyib ki, araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 33 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını yaradan faktlar müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 125 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib.
Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 606 nəfər barədə 961 sorğu göndərilib. 1567 itkin barədə toplanmış əlavə məlumat və materiallar onların işlərinə əlavə olunub.
Azərbaycan Respublikasının təşəbbüsü ilə BMT İnsan Hüquqları Komissiyasının və Baş Məclisin müvafiq sessiyalarında qəbul edilmiş “İtkin düşmüş şəxslər” adlı qətnamənin icrası barədə baş katib tərəfindən İnsan Hüquqları Şurası və Baş Məclisin 67-ci sessiyasında hesabatın təqdim edilməsi ilə bağlı Xarici İşlər Nazirliyindən daxil olmuş sorğuya əsasən, geniş məlumat hazırlanaraq göndərilib.
Dövlət Komissiyasında və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 232 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar təhlil edilib və sistemləşdirilərək müvafiq bazalara əlavə edilib. İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 67 sorğu icra olunub. Dövlət Komissiyasına müraciət etmiş 758 itkinin yaxın qohumları İşçi qrupunda qəbul olunub, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilib, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib, anket vərəqələri doldurulub.
Ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və insanlığa qarşı cinayət olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Dövlət Komissiyası beynəlxalq silsilə tədbirlərin keçirilməsinə yardımçı olub.
Ötən il keçirilmiş tədbirlərdə Dövlət Komissiyasının Azərbaycan, rus, ingilis dillərində 1300 nüsxə materiallar toplusu, 6317 nüsxə “Erməni terroru”, “Prestuplenie armənskix terroristiçeskix i banditskix formiravaniy protiv çeloveçestva”, “Bizi əsirlikdən qurtarın”, “QSM-7 təsdiq edir”, “Qarabağ: dünən, bu gün fotoşəkillərdə” adlı kitablar və onların 18127 DVD versiyası yayılıb. Bu işdə Komissiyanın üzvləri, dövlət və qeyri-hökumət təşkilatları yaxından iştirak ediblər.
Sonra məruzələr ətrafında müzakirələrdə Komissiyanın üzvləri Yaqub Mahmudov, Rəbiyyət Aslanova, Xələf Xələfov və İsmayıl Ömərov çıxış edərək 20 yaşı tamam olan, ağır və eyni zamanda, şərəfli bir missiyanı həyata keçirən bu qurumun fəaliyyətinin yüksək qiymətləndirdiklərini, görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə böyük rəğbətlə qarşılandığını və beynəlxalq ictimaiyyətdə maraq doğurduğunu bildiriblər. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın yeganə problemi olması, bununla əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi üçün səylərin və əlaqələndirmə işinin gücləndirilməsinin vacibliyi qeyd olunub. İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Tədbirin sonunda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə həsr olunmuş “Tarixi humanitar missiya” sənədli filmi nümayiş edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

