Azərbaycanda daha bir internet televiziyasının təqdimatı olub
02.02.2013 [02:25]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində www.Oxu.tv internet televiziyasının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, “Kaspi” Təhsil Mərkəzinin rəhbərliyinin, Milli Məclisin deputatlarının, Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələrinin, KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə yeni yaradılmış internet televiziyasının məqsədləri barədə ətraflı məlumat verilib.
Layihənin rəhbəri Azər Vəliyev www.Oxu.tv-nin milli təhsil layihəsi olduğunu deyib. Bildirilib ki, layihənin yaradılmasına təhsil sahəsində tanınmış mütəxəssislər və pedaqoji kadrlar, eləcə də peşəkar televiziya əməkdaşları dəstək olublar.
Bu layihənin bir yenilik olduğunu bildirən “Kaspi” Təhsil Şurasının sədri Sona Vəliyeva qeyd edib ki, yeni internet televiziyasının maddi və akademik dəstəkçisi “Kaspi” Təhsil Mərkəzidir. O bildirib ki, layihənin məqsədi Azərbaycanda orta təhsil bazasını möhkəmləndirmək, bütün orta ümumtəhsil məktəblilərində yüksək səviyyəli tədris imkanlarını genişləndirmək, müəllimlər, xüsusilə də gənc pedaqoji kadrlar üçün alternativ dərslərin keçirilməsi sahəsində təcrübə toplamaq imkanı yaratmaqdır.
S.Vəliyeva deyib: “Şagirdlər arasında musiqinin, incəsənətin, idmanın təbliği də bizim prioritetlərdən biridir. Yeni yaranmış internet televiziyası fəaliyyətini Təhsil, Gənclər və İdman nazirlikləri, müxtəlif dövlət qurumları, uşaq, gənclər və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq şəklində quracaqdır”.
www.Oxu.tv saytının əsas məqsədinin yüksək keyfiyyətlə hazırlanmış videodərslərin geniş tamaşaçı auditoriyası üçün yayımlanması olduğunu bildirən S.Vəliyeva qeyd edib ki, bu videodərslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədris planına əsasən hazırlanıb. Onlar ölkəmizin orta ümumtəhsil məktəblərində tədris olunan I-XI siniflər üzrə bütün fənləri əhatə edir.
Tədbirdə çıxış edən professor Yəhya Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və başqaları “of line” internet televiziyası formatında qurulmuş bu təhsil portalının Azərbaycanın internet aləmində bir yenilik olduğunu bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, yeni internet televiziyası həm də gənc nəslin asudə vaxtının səmərəli təşkil olunmasında mühüm rol oynayacaq.
Mərasimdə www.Oxu.tv-nin fəaliyyətini əks etdirən film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34

