Vasitəçi olmaq üçün...
07.12.2024 [09:57]
Bayden administrasiyası tərəfsiz qala bilmədi
Azərbaycan ikili görüşlərlə bütün problemlərin həllinə nail olur
2024-cü il Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prinsipi üzrə aparılan danışıqlarda yeni bir mərhələ yaratdı. Artıq bir ildir ki, məsələ iki ölkə arasında vasitəçisiz görüşlər əsasında müzakirə olunur. Qeyd edək ki, Azərbaycanın öz suverenliyini bərpa etməsi, separatçı xunta rejiminin təslim və ləğv olması sülh prosesində mənzərəni bir az da aydınlatdı - məsələ beynəlxalq gündəlikdən düşdü və sadəcə olaraq, iki dövlətin arasında nizamlama prosesinə çevrildi. Hətta bu ikitərəfli görüşlər bir sıra nəticələrə də yol açdı - ötən ilin dekabrında iki ölkənin müvafiq strukturlarının birgə bəyanatı, delimitasiya və demarkasiya komissiyaları arasında keçirilən çoxsaylı görüşlər, nəhayət, bu ilin aprelin 19-da 4 kəndin azad edilməsi ilə bağlı razılığın əldə olunması, yayda iki ölkənin müvafiq strukturlarının delimitasiya və demarkasiya prosesi ilə bağlı Əsasnamə qəbul etməsi aparılan danışıqlarda mühüm bir məsafə qət edildiyini göstərir. Beləliklə, regionda sülhün əbədiliyinin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması və sərhədlərin müəyyənləşdirilməsi danışıqlar prosesinin əsasını təşkil etdi...
Maltada görüş baş tutmadı...
Sirr deyil ki, Cənubi Qafqazda baş verən proseslər, xüsusilə danışıqlar prosesi bu və ya digər şəkildə beynəlxalq diqqət mərkəzindədir. Ayrı-ayrı dövlətlər, təşkilatlar danışıqlar prosesinin gələcək inkişafı ilə bağlı münasibətlərini sərgiləyir, ikitərəfli görüş üçün şəraitin yaradılmasını təklif edir, dəstəyini bildirir. Ortada isə bir reallıq var - məsələnin artıq vasitəçiyə ehtiyacı yoxdur. İndiki mərhələdə, bu, tamamilə yersiz görünür. O baxımdan ki, bütün tərəflər sülh sənədində yer alan müddəaların əksəriyyətinin razılaşdırıldığını bəyan edir. Bu mənada, qarşıdakı dövrlərdə hansısa xüsusi vasitəçilik təklifləri prosesin gedişinə əsaslı təsir göstərə bilməz.
Yeri gəlmişkən, KİV-ə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Maltada ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində görüşü keçirilməməsinin bəzi detalları məlum olub. Belə ki, diplomatik mənbələrdən bildirilib ki, ABŞ dövlət katibi Antoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib. Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ı yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib. Səbəb isə budur ki, “ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür”. “Buna görə Azərbaycan ABŞ-ın, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”, - deyə diplomatik mənbə bildirib. Azərbaycan məhz ABŞ-nin vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.
Bayden administrasiyasının “sülhpərvər” maskası...
Siyasi ömrünə cəmisi 2 ay qalmış Bayden administrasiyasının Cənubi Qafqaz yönəlik siyasətində tərəfsizlik nümayiş edilməyib - əksinə, bu komanda bütün mənalarda və hər zaman Ermənsitanın yanında yer almaqla yadda qaldı. Özünü “sülhpərvər” qiyafədə qələmə verən Vaşinqton prosesi fərqli addımları ilə bəzən yubatmağa, bəzən yeni “ştrixlərlə bəzəməyə”, bəzən isə sözün əsl mənasında tormozlamağa çalışdı. Məsələn, ABŞ konqresi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə qarşı fərqli adlar və bəhanələr altında fəaliyyətlə yadda qaldı. Vaşinqtondan ölkəmizin qanunvericiliyini pozaraq cinayətdə ittiham olunan, separatizmi yaymaqda günahlandırılan və ədalət mühakiməsinə verilmiş bəzi cinayətkarların azad edilməsi ilə bağlı “çağırışlar” səslənməyə başladı, Zəngəzur dəhlizi məsələsindəki manipulyasiyalar açıq kontekst aldı. Ermənistanla ard-arda hərbi təlimlər keçirildi və nəhayət, ABŞ-nin Ermənistanda hərbi varlığını təmin etmək üçün 5 aprel “razılaşması”na imza atıldı. Bütün bu faktoloji sübutlar isə Vaşinqtonun da “vasitəçilik” məsələsində qeyri-səmimi olduğunu göstərir - ABŞ bu kimi davranışlarla vasitəçilərin tərəfsizliyi prinsipinə xələl gətirmiş oldu.
İkitərəfli görüşlərin üstünlüyü...
Ötən dövr ərzində qət olunan əsaslı məsafə isə birbaşa təmasların nəticəsi kimi meydana çıxıb - may ayında Almatıda baş tutmuş ikitərəfli görüş, ikitərəfli komissiyaların hazırladığı Əsasnamə vasitəçisiz görüşlərin nəticələridir. Bu isə onu göstərir ki, problemlərin ən yaxın və ən effektiv həlli prosesi məhz ikitərəfli təmasların nəticəsində əldə olunur. Bəli, bu uğur Azərbaycanın yaratdığı mənzərədir - dövlətimiz hər zaman bu məsələni xüsusi olaraq vurğulayıb ki, aparılan danışıqlarda üçüncü tərəfə ehtiyac yoxdur. Hətta Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir və Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər. Beləliklə, irəli sürdüyü tezisin həqiqiliyi bütün çalarları ilə önə çıxır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

