/ / Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yeni təyin edilmiş Müşahidə Şurasının ilk iclası keçirilib
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yeni təyin edilmiş Müşahidə Şurasının ilk iclası keçirilib
13.06.2013 [01:03]
İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yeni təyin edilmiş Müşahidə Şurasının ilk iclası keçirilib.
Fonddan AzərTAc-a bildiriblər ki, iclası açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yeni təyinatla bağlı icraçı direktoru və Müşahidə Şurasının üzvlərini təbrik edib. Diqqətə çatdırıb ki, ötən dörd ildə Fond səmərəli fəaliyyət göstərib, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirib.
Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi yüksək etimadı doğrultmaq, ölkəmizdə KİV-lərin müstəqilliyinin inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi və digər məsələlərin həlli məqsədilə həyata keçirilən dövlət siyasətinə əməli işlə daha böyük töhfələr vermək üçün Fondun kollektivi və Müşahidə Şurasının üzvləri bundan sonra da əzmlə çalışmalıdırlar.
Şöbə müdiri deyib: “Ötən dörd ildə Fondun fəaliyyətinin təşkili, KİV-lərə yardım mexanizminin formalaşdırılması, onun təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülmüşdür. Fondun maliyyə dəstəyi, reallaşdırdığı digər tədbirlər mətbuatın iqtisadi müstəqilliyini gücləndirmiş, onun problemlərinin həllinə müsbət təsir göstərmişdir. Fond məqsədyönlü fəaliyyəti ilə cəmiyyətdə və media arasında nüfuz qazanmışdır. İndiki mərhələdə isə artıq hazır mexanizmə, yetkin fəaliyyət proqramına əsaslanaraq Azərbaycan mediasının daha dərindən öyrənilməsi, onun ehtiyaclarının müəyyənləşdirilməsi və ödənilməsi üçün var qüvvənizlə çalışmalısınız”.
Özünə və Müşahidə Şurasının üzvlərinə göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlığını bildirən Fondun icraçı direktoru Vüqar Səfərli ötən dörd ildə qurumun fəaliyyətinin təşkili və mətbuata yardım məqsədilə həyata keçirilən tədbirlərdən danışıb, habelə gələcək planlar barədə məlumat verib.
Sonra Fondun Müşahidə Şurası sədrinin və onun müavininin seçilməsi məsələsi müzakirə edilib.
Təkliflər dinlənildikdən sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin Fondun Müşahidə Şurasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin isə sədr müavini seçilməsi təklifi səsə qoyulub və yekdilliklə qəbul edilib.
İclasda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Fondun gələcək fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

